Prezident İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib. ANS PRESS-in məlumatına görə, bu ada prezidenti “The Business Year” şirkəti layiq görüb.
İlham Əliyev bu mükafatı aşağıda göstərilən xidmətlərinə görə alıb.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, “XXI əsrin layihəsi” olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, ona göstərilən etimadı tam doğruldub və Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə edib. Azərbaycan həm də böyük beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, öz böyük potensialını bütün dünyaya bir daha təqdim edib.
Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Son illər hava, yol, dəniz və dəmir yolu infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla, Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib.
Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir. Artıq Bakı şəhəri dünyanın ən müxtəlif ölkələrini təmsil edən nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin iştirakı ilə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu mərkəz statusu qazanıb.
Cəmi 20 ildən bir az artıq müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Etiraf edilməlidir ki, bütün bu nailiyyətlər bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Hava necə olacaq?
Söz birləşməsi-2
Buz kimi soyuqda su altında səyahət
Prezident İlham Əliyev: "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır"
Pakistanın baş naziri ABŞ-ı pilotsuz təyyarələrin iştirakı ilə hücumu dayandırmağa çağırıb
Məhəbbəti necə qoruyub saxlamaq olar?
Bu gün bu şəxslər də pensiyalarını alacaqlar - SİYAHI
Monika Belluçidən yeni FOTOlar
HAVA necə olacaq? 15 İyun
Bazilika sisterni
Diş ağrısından qurtulmaq üçün...
Böyrək daşı
Neft getdikcə bahalaşacaq?
Günəşdə güclü partlayış: təsirini sabah hiss edəcəyik
Çuğundur salatı (foto resept)
Ön dişi olmayan model tanıtım etdi - FOTO
Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülərin DİQQƏTİNƏ
Prezidentdən yeni fərman
Günün qoroskopu: artıq başlamaq olar
Qozlu badımcan salatı (foto resept)
Övladınız niyə bu qədər tələsdi?
Moskvada 55 illik rekord təkrarlandı
Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI
Bu tələbələr ödənişdən azad olunsun
ABŞ seçkilərində qələbə qazanan müsəlman qadınlar
KİV: “Alibaba”nın qurucusu yoxa çıxıb
2020-ci ildə Vatsap və İnstaqram OLMAYACAQ - ŞOK QƏRAR
Roma Papası macəra filmində çəkilir
Sovet dövrünün kosmetikası(keçmişdən xatirələr)
Ərzaq məhsulları bahalaşdı
20 dərəcə şaxta, normadan artıq isti - Dekabrın havası
Acun İlıcalının ödədiyi cəza məbləği TƏƏCCÜBLƏNDİRDİ
3 yaşlı uşaq yüksək IQ-lü insanlar cəmiyyətinin ən gənc üzvü oldu
Pendirli çubuqlar
Dəbli boyunbağılar
Saç tökülməsinə qarşı 6 həll yolu
Bu ölkədə boşananlar ayrılıq gecəsi təşkil edir
"Facebook"dan yenilik
İnsan necə düşünür? (1)
"Mars one"layihəsi
Çay və şirniyyat servisləri
Möhtəşəm İpək Yolu
Zakir Həsənov: “Düşmən 50 hərbçisini itirib”
Ayaqqabı modelləri
Uşaqlar üçün pizza (2 yaş)(foto-resept)
Kağızlarla çiçək sənəti
İlham Əliyev bir qrup hərbçini “Hərbi xidmətlərə görə” medalı ilə təltif etdi
10 il birini gözlədilər, üçqat sevindilər
"Qarabağ" çempionluq kubokuna qovuşdu
Çörəyin içərisindən sümük çıxdı - VİDEO