Musiqi elə bir məvfumdur ki,insanlıq tarixi ilə daim yanaşı addımlayıb. İstər daş dövründə, istər müasir dövrdə insanlar xoşbəxtliklərini və bədbəxtliklərini musiqi ilə ifa ediblər. Uğurlu ov, tonqal ətrafında yallı getməklə ifadə olunurdusa,artıq müasir dövrdə musiqi artıq insanların həyatının bir parçasına çevrilib.Hər yerdə və hər an musiqi bizimlədir. Film izləməkdən tutmuş, ciddi manşetli xəbərlər proqramına qədər musiqi həyatımıza hopub. İnsanlar bəzi musiqiləri özləri seçməsələrdə, əsasən dinlədikləri musiqiləri zövqlərinə görə formalaşdıra bilirlər. Bu aspektdə iki cəhətə fikir vermək lazımdır:kütlənin seçimi və fərdi seçim. Fərdi seçimlər adətən tək-tək insanların özləri üçün formalaşdırdığı bir musiqi zövqüdür ki, bunlar bəzən ciddi şəkildə kütlədən fərqlənir. Məsələn: klassik musiqi zövqlü insanlar. Bir də kütlənin seçdiyi və mənimsədiyi musiqi məvfumu.Bu zaman elə bir janr meydana çıxır ki, bu kütləni də müxtəlif təbəqələrə bölə bilər. Kütlənin elə bir təbəqəsi var ki, onların öz mədəniyyəti var. Buna loru dildə cahil "mədəniyyəti" deyə bilərik.Məsələn: Amerika yeni dövlət halında formalaşanda oradan gələn mədəniyyəti Avropada qəbul etmidilər ,çünki orada yaranan mədəniyyət kütlənin-aşağı təbəqənin (ora miqrasiya edənlər əsasən yoxsullar, cinayətkarlar, və sair problemli insanlar idi)yaratdığı mədəniyyət idi. Onlar kobud şəkildə davrananda və ya cəmiyyət içində özlərini idarə edə bilməyəndə "Amerika" adlı mədəniyyətdən xəbər verərdilər. Eyni məsələni musiqiyə də aid edə bilərik. Bu hal bizim musiqi camiamızda eyni halla müşayət olunur. Kütlənin qəbul etdiyi və fərdlərin qəbul etdiyi musiqi mədəniyyəti. Bəs bu uçurumun yaranma səbəbi nədir? 20 yaxud 30 il öncə Səxavət Məmmədov,Qulu Əsgərov, Şövkət Ələkbərova dinləyən insanlar niyə birdənbirə Üzeyr fanatına çevrildilər? Axı bizim öyrəndiyimiz inkişaf tsikilində enmə,iflas o zaman baş verə bilər ki, hər hansı bir inqilab olsun, yaxud hansısa mədəniyyətin daşıyıcıları olan nəsil məhv olub aradan çıxsın. Bunların heç biri baş verməyibsə, onda üçüncü bir variant var. Mən bu məqaləni yazmazdan öncə üçüncü variantı düşündüm. İnsanların yüngül musiqiyə tələbatı niyə yaransın ki? Dünya musiqisinə nəzər salarkən eyni tendensiyanı orada da müşahidə etdim. Məsələn pop musiqi özünə çığır açana qədər, insanların beynində yer edənə qədər nə qədər yol qət etdi. Budur məsələ: insanların yüngül və asan həyata alışıdırılması. Üzeyr və onun timsalındakı mügənillər yüngül musiqi idxal edirlər.
Onun bəndlərindəki sözləri düşünməyə ehtiyac yoxdur. Onun musiqisində ritm var.O ritm ki, daş dövründə oxunu götürüb ovun arxasınca qaçan insanın genetikasındadır. Bu gün Füzlunuin agır beytləri ilə zəngin muğamat artıq muzeyə göndərilmək üzrədir. Hərçənd bunu bir dəyər kimi dövlət qoruya bilər, lakin kütlə bunu diqtə etmir. Kütlə ritm tələb edir. Kütlə şənlik tələb edir. Ona görə də musiqi daim nəhəng dövlətlərin nəzarətində olub. Əgər bir dövlət öz millətinin alt şüruna diktə etmək istəyirsə ilk növbədə musiqini önə çəkəcəkdir. Musiqi insanın söz ilə ifadə etmədiklərini çox asanlıqla və sürətlə ifadə edə bilir. Niyə Üzeyr? Niyə kütlə onu dinləyir? Yadıma bir neçə il öncə Türk şou biznesində qəfil ulduz kimi parlayan İsmail YK-nin müsahibəsi düşdü. Bu müsahibədə ona albomlarının Tarkandan çox satıldığının söyləyəndə İsmayıl bunu ötəri bir iş olduğunu və Tarkanın Tarkan olduğunu vurğulamışdı. Bu hal Üzeyrə də aid ola bilərmi? Bəlkə bu ötəri bir tələbatdı?!..Üzeyrin musiqisini dinləyənlər özlərinə belə haqq qazandırırlar ki, bu kasıb təbəqənin arzularını istəklərini ifadə edən janrdır. Onu dinləyərkən şad xoşbəxt olduqlarını söyləyirlər, çünki bu onların qanındakı ritm dalğasını hərəkətə keçirir. Bu 20 ildir televiziyalardan əskik olmayan şou-biznesin təbliğidir. Bu insanların bir xəbərlər istisna olmaqla bütün verlişlərdə mügənillərin önə çəkilməsidir. Bu xalqın ritm damarından istifadədir. Üzeyr bu damarı tuta bildi. Bu dövlətin nəzarətsiz buraxdığı musiqinin kütlə tərəfindən formalaşdırılmasıdır. Kütlənin nəzarətsiz, senzurasız buraxılmış musiqi zövqünün ifadə tərzidir . Musiqi, ədəbiyyat və KİV nəzarətsiz buraxıldıqda istədikləri informasiyanı beyinlərə yükləyə və bundan istifadə edə bilər.
"Qara camaat" xitabı bütün dövrlərdə olmuşdur. Nə qədər demokratiya deyib bağırsaq da,insanların arasında bərabərlikdən danışsaq da, bunun belə olmadığını hər kəs bilir. Hətta dinimizin müqqəddəs kitabı "Quran"da belə insanların bərabər yaradılmadığını söyləyən ayələr var. Bu aspektdən baxaraq kütlənin öz içindən çıxan diletantların senzurasız camiayaya sızması sadəcə olaraq yol verilməzdir. Bu gün "qara camaat"ona qulaq asır. Bu yuxarıda qeyd etdiyim səbəb-ritm məvhumundan irəli gəlir. Qədim dövrlərdə musiqiçinin hansı ustadın şagirdi olması ilə maraqlanırdılarsa,SSRİ dövründə isə musiqinin hansı konservatoriyanı bitirməsi,harada dərs alması əhəmiyyətli məsələ idi. Bu gün kobud şəkildə desək əgər küçədən keçən asanlıqla şou-biznesə gələ bilir.Onların nə təhsili maraqlanan var, nə ustadı ilə. Ona görə də üzeyr mehdizadələrlə dolu musiqi aləmində kütlənin onu sevməsi heç də təəccüblü deyil. Bəlkə də o onların içində ən səmimi olanıdır. Ən azından vulqar ifadələrlə özünün hansı səviyyədə olduğunu gizlətmir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dahi yazıçını əridən qadın...
Amerika silkələndi
Siemens 15 min nəfəri işsiz qoyacaq
Xınayaxdı məclisi təşkil edən şəxslər cərimələndi
Ramazan ayının 10-cu gününün duası
Meyvəli piroq (foto resept)
TƏBİB sədri: “Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”
2020 Yaz Kolleksiyası
PSJ Fransa yığmasının ulduzunu aldı
Hülyadan 3 milyonluq reklam
Tavada toyuqlu börək (foto resept)
Səhər yuxudan dolların ətri ilə oyanacaqsınız
Boşanmanın əsl səbəbi məlum oldu-FOTO
Uğurlu insanları fərqləndirən 45 xüsusiyyət(1)
Qadın.Netlilərin ləhcəsi (4)
Payızın rəngləri
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan edildi
Poçtda dekoderlərin satışı yardımçı tədbirdir
Metropoliten satıcılarının əksəriyyəti hələ də işsizdir
Tanınmış aktyor həbs olundu-SƏBƏB
Elman Rüstəmov manat haqqında danışdı
Prezident fəxri ad verdi
Hüseyn Cavid kimdir, bilən varmı?
Sibel Can İlker Koçu məhkəməyə verdi
Roma Papası macəra filmində çəkilir
Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur - RƏSMİ
Məşhur türk aktrisası nişanlandı-FOTO
Alimlərdən QORXUNC XƏBƏR
10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
Ana südüylə qidalanan uşaqlar daha intellektual olur
Ailənizi xoşbəxt edin
2019 Oskar Mükafatlarının ən yaxşı aksesuarlar
Acun İlıcalı sürəti ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanın əməkdar memarı Rasim Əliyevin 80 illik yubileyi qeyd edilir
“Survivor” adasında yanğın oldu - VİDEO
"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi
Məşhurların şəkillərini təqlid edən Tom
Azərbaycanda istirahət günü hava necə olacaq?
Dünyada yeni böhran başlandı
Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır - VİDEO
Həm fotoqraf, həm model olmağı bacaran Kimberly
İnsanoğlu bu gün bir addım da irəlilədi
Soba listində mantı (foto resept)
Fərqində olmadan sizi stress edən 11 vərdiş (2)
Qaranlıqda saxlanılan ölüm
Azərbaycanda qızıl hasilatı artır
"Tərəvəz" şənliyində 320 kq-lıq balqabaq uddu-FOTO
Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzi Gəncədə humanitar aksiya keçirib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
- ŞƏRHLƏR