Milli.Az Azərtac-a istinadən bildirir ki, Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərindən danışaraq iki ölkənin parlamentariləri arasında konstruktiv dialoq aparıldığını, bütün istiqamətlərdə qarşılıqlı fəaliyyətin olduğunu qeyd edib.
O, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlarda əməkdaşlığın davam etdiriləcəyini bildirib. Mahaçqalada görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin abidəsinin ucaldılmasını mühüm hadisə adlandıran V.Matviyenko onun Azərbaycan və Dağıstan xalqları qarşısında xidmətlərindən danışıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan rusiyalı siyasətçi ölkəsinin bu problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü bu istiqamətdə atılan mühüm addım kimi qiymətləndirib.
Milli Məclisin sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, tərəflərin Vyana görüşü və bu görüşün nəticələri barədə məlumat verib. Azərbaycan parlamentinin sədri Prezident Vladimir Putinin münaqişənin sülh yolu ilə həlli istiqamətdə vasitəçilik səylərini yüksək dəyərləndirib.
Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini deyən Milli Məclisin sədri regional əlaqələrin əhəmiyyətini vurğulayıb, bu yaxınlarda keçirilmiş Dağıstan Mədəniyyəti Günlərinin Azərbaycan ilə Rusiya regionları arasında dostluq əlaqələrinin yüksək səviyyədə olmasının sübutu kimi qiymətləndirib.Görüşdə Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədova "Federasiya Şurasının 20 illiyi medalı"nı təqdim edib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
"WhatsApp"da yenilik: Səsiniz yazıya çevriləcək
Melaniya Trampın Ağ Evlə bağlı xatirələri kitab olacaq
"Sıla" serialı haqqında maraqlı AÇIQLAMA
Koronavirusdan sonra dünyada bir ilk - FOTO
Xidmətçilər kraliçanın iqamətgahını tərk etdi
Uşaqlara Yeni il hədiyyəsi seçərkən diqqətli olun
"Çukur"a damğa vuran Neslican Tay səhnəsi - FOTO
Hava haqqında
Maus və klaviaturasız kompüter
Bu ailə evdə nəhəng öküz saxlayır
Noxudlu burger (foto resept)
Meyvəli piroq (foto resept)
Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq
Dişlərimizi təmiz saxlayaq
Nyu York moda həftəsində qeyri-adi trendlər
Bu gün Milad bayramıdır
Animizm nədir?
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı həkimdən AÇIQLAMA
Soçi 2014: dünənin çempionları
Günün ulduz falı
Azərbaycanda xəstəliklərə diaqnozun qoyulmasında
Məzunlara ŞAD XƏBƏR
Azərbaycanlı deputat Ərdoğanla görüşüb - FOTO
Vanqadan 2019-cu ilin PROQNOZU
Günün qoroskopu: hadisələr bir qədər sadələşəcək, lakin olanları diqqətlə izləyin
Makron Paşinyanın davranışlarından şübhələndiyini deyir
Ayrıldınızsa, unudun!
"Feyenoord"un forvardı Bakı "İnter"inə gəlir
Stil ikonuna çevrilən tayvanlı cütlük
Kür çayının aşağı axınında müsbət dəyişiklik müşahidə edilir
"Quş yuvası" salatı (foto resept)
Bu ərazidə piyadaların işi asanlaşdı
Şeroun Stounun səhifəsi bloklandı-SƏBƏB
"Xalq istəsə, getməyə hazıram"
Təbii maskalar
Dəvə sümüyündən velosiped -FOTO
Yeni nəsil istehlak vərdişlərimiz
Xallı geyim və aksesuarlar
İstanbulda "Lalə festivalı" keçirilib (VİDEO)
Kim ki yüz il yaşamırsa... - Hippokratın dəyər verdiyi göyərti
Ingilis Dili-XXI Dərs
Avropadakı anomal istilərin səbəbi məlum oldu
Sevgi hər zaman yaşayır
Bakı Avtovağzalında qiymətlərə onlar nəzarət edəcəklər
Əvəlik haqqında bilmədiklərimiz
Saçlarınızı sarımsaq ilə qoruya bilərsiniz!
Eynək şüşələrini buxardan necə qorumalı?
Saçlarını boyayan xanımların nəzərinə: bu səhvləri etməyin