Bir vaxtlar geniş məktəbli kütləsini əhatə edən müxtəlif yay düşərgələri təşkil olunardı. Şəki də bu baxımdan istisna deyildi. Sovetlər birliyinin müxtəlif nöqtələrindən salınan düşərgələrdə məktəblilər istirahət edər, əylənərdilər. Valideynlər də övladlarını belə düşərgələrə həvəslə göndərərdilər. Şübhə etmirik ki, indi bizə baxan orta nəslin nümayəndələrinin bir çoxu bu imkandan yararlanıb. Bəs indi necə bütün şagirdlərə yay düşərgəsində istirahət etmək nəsib olub, ya yox?
Kanal S (Region TV) xəbər verir ki, Niyazi Zənburov bir vaxtlar Şəkinin Kiş kəndində təşkil olunan yay düşərgəsində təlimçi kimi çalışıb. O dövrün xatirələrini bizimlə bölüşən qəhrəmanımız belə düşərgələrə böyük marağın olduğunu, şagirdlərin istirahətinin səmərəli təşkili, psixologiyasının formalaşması baxımından bu kimi tədbirlərin əhəmiyyət daşıdığını deyir.
Vaxtilə bu ərazidə şagirdlər hər yay düşərgə salardılar. Burada onların istirahəti, dincəlməsi, gecələməsi üçün bütün lazımi şərait yaradılmışdı. Keçirilən müxtəlif idman oyunları, müsabiqələr məktəblilərdə xoş təəssürat oyadırdı. İndi bu ərazidə dərin sükut hökm sürür. Bu qurğular bəlkə də 30 ilə yaxındır ki, yenidən şagirdlərin yolunu gözləyir. Doğrudur, hazırda yay düşərləri bir qədər fərqli formada keçirilir. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan bu düşərgələrdən məhdud sayda şagirdlər yararlanır.
Əlbəttə, 9 aylıq ağır dərs prosesindən sonra yaxşı dincəlmək, gəzməli, görməli yerlərdə olmaq hər bir şagirdin arzusudur.
Müxtəlif vaxtlarda biznes xarakterli turlar, düşərgələr təşkil olunur. Ancaq bu düşərlərdə istirahət yüksək məbləğdə ödəniş hesabına başa gəlir. Hansı ki, bütün valideynlərin buna maddi imkanı yetmir. Yenidən kütləvi düşərgələrin təşkili isə böyük məkan, maddi vəsait və bu kimi amillərdən asılıdır.
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun məsul əməkdaşının verdiyi məlumata əsasən, nazirlikdə bununla bağlı hər hansı proqramın işlənib hazırlanması nəzərdə tutulmur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Galaxy S5 smartfonu istehsal ediləcək
30 yaşdan sonra ailə qurmaq
HAVA necə olacaq?- 14 MART
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc
Sulu qara hazır olun
Dünyadan maraqlı faktlar (II hissə)
Kim deyir, gecələr yatmaq üçündür?
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Şeir əzbərləmək üçün üsullar
Sürücülər bu xəbərə mütləq baxsınlar
YouTube yeni şirkət alır
Gözlənilən kimi çıxmayan məhsullar
Qarın ağrısı səbəbləri və müalicə üsulları
Ronaldo hər gün mənfi 200 dərəcəli otağa girir
Gənc qadınlara məsləhət
Evdə mayonezi necə hazırlamalı? (resept)
Bu hallarda körpəni həkimə aparın
"Quş qripi" qayıdır
Berlində sürücüsüz hərəkət edən pulsuz elektrobuslar işə başlayır
3 günlük sindirella pəhrizi
JLo-nun istirahəti davam edir-FOTO
Jirinovski Rusiyada koronavirus peyvəndini yaradanların mükafatlandırılmasını istədi
Hərbi qulluqçuların pensiyaya çıxması üçün şərtlər dəyişib?
Suriya Türkiyəni vurdu: yaralılar var
Avtovağzal yaxınlığında yol yenidən çökdü - sürücülər təhlükədə
Obezofobiya
Müsəlmanlar üçün xüsusi telefon
İlk gümüş dollar rekord qiymətə satıldı
Ən yaradıcı insanlar - REYTİNQ
Quru dəri üçün avokado maskası
İtaliya ölkəmizə yeni səfir təyin etdi
Maliyyə direktorları nəyə etibar edir?
Alma və pendir piroqu (foto resept)
Uşaqların sevmədiyi oyuncaqlar
Hidrogenlə işləyən ilk gəmi dünya turuna çıxıb
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
Aslı Enver yeni filmə çəkilir-FOTO
12 mərtəbəli bina ölçüsündə UNO tapıldı
Bədənizin ehtiyacı olan qidalar
Alpinistlər buz bağlamış şəlaləyə dırmşdılar
Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmasından danışdı
Paytaxtın əsas magistral yollarında sürət həddi ENDİRİLDİ
Sabah saat 22:11 radələrində qış girəcək
Bərdə “Toçka-U” kompleksindən atəşə tutulub - RƏSMİ
Beren Saat çimərlik FOTosu paylaşdı
Selena ilk dəfə Castinə qayıtmasından danışdı
Sabah şahzadə Yevgeniyanın toyudur-FOTO
Bakıda çovğun olacaq!
Ər öz arvadının namaz qılmağına mane ola bilərmi?