Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9649 AZN
17 oktyabr 23:34PERI eleykum salam 17 oktyabr 17:24Sima salam millet
39309

Uşağı tanımadan uşaq tərbiyəsi olmaz!

Uşağı tanımadan uşaq tərbiyəsi olmaz!

Heç bir uşaq biri digərilə eyni deyildir. Necə ki, göy üzündən düşən milyardlarla qar dənəciyinin bir-birinə bənzədiyi halda, heç biri bir-birinin eyni deyil, hər bir uşaq da bir digərindən fərqlidir. Hamısı ayrı xarakterə sahibdir. Bu qardaş (bacı) belə olsa da... Uşaqların bu fərqlilikləri diqqətə alınmadan, xarakterləri bilinmədən uşaq tərbiyəsinə başlanılırsa, qartal xarakterli bir uşaq, bir müddət sonra qorxaq qarğaya çevrilmə riskindədir.

"Qartalın qorxaq bir qarğaya çevrilməsi" hekayəsi

Yaralı qartal, yaşlı bir qadının bağçasına qondu. Yaşlı qadın pərişan görnüşlü qartala yazığı gəldi, mərhəmət göstərib evinə aldı. Ac qartalın qarşısına uşaqları üçün hazırladığı xəmir sıyığı qoydu. Qartal qarşısına qoyulan qaba dimdiyini qaldırmasıyla başını sallayaraq geri çəkməsi bir oldu. Çünki qartal ət yeyirdi; buna görə də xəmir sıyığı yemədi. Yaşlı qadın, qartalın bu halını görüncə kədərləndi; “Vay” dedi. “Dimdiyin uzanmış, qıvrım-qıvrım olmuş, yumuşaq bir xəmiri də yeyə bilmədin. Sənin əvvəlki sahibin Allahdan heçmi qorxmurdu sənin dimdiyini düzəltməyib” dedi və əlinə aldığı küt qayçıyla qartalın dimdiyini kəsməyə səy göstərdi. Qartal, yaşlı qadının əlindən xilas olmaq üçün çırpınsa da, bihudə, qaça bilmədi. Nəhayət yaşlı qadın qartalın dimdiyini kəsdi. Qartal çırpınarkən yaşlı qadın qartalın qanadlarını gördü. “Vay” dedi. “Sənin keçmiş sahibin sənə heç baxmamış, bu qanadlarının halı nədir belə? Bəziləri uzun bəziləri qısa qalmış...” Bu düşüncə ilə yenidən qayçını əlinə alıb qartalın qanadlarını düzəltməyə başladı. Qartal ağrı ilə qıvrılıb, çırpındı.. . Naəlac caynaqlarını qadının qoluna atdı və dırnaqlarını qadının qoluna keçirdi. Yaşlı qadın qartalın qanadlarını -guya -düzəldərkən qoluna batan dırnaqlarını gördü. “Vay, vay sənin keçmiş sahibin nə qədər mərhəmətsizimiş sənin dırnaqların nə qədər uzanıb çirkinləşib” deyərək əlindəki qayçıyla qartalın ov edərkən istifadə etdiyi dırnaqlarını kəsib atdı. Cahil, yaşlı qadının əlində rüsvay olan qartalın gözləri doldu. Yaşlı qadın, qartalın bu halını görüb hiddətləndi. “Heç kimə yaxşılıq yaramır ki... mən yaxşılıq edirəm quş ağlayır” dedi və əlindəki quşu “ çıx get bildiyin yerə” qaldırıb, havaya atdı. Qartal uçmaq üçün çırpındı; amma qanadları kəsilmişdi artıq, uça bilmədi. Ağrı ilə yerə enmək istədi, dırnaqları tutulmuşdu; yerə də qona bilmədi. Özünü yan üstə yuvasının arxasına atdı. İri-iri şikarları, göy üzündə süzə-süzə ovlayan cəsur qartal, cahil qadının əlində qorxaq qarğaya döndü...

Uşağı tanımadan uşaq tərbiyəsi olmaz!

Əksər ata-ana da bu məlumatsız qadın kimi uşaqlarını kifayət qədər tanımadıqları üçün əllərindəki “qartal” baxışlı uşaqları, qarğaya çevirirlər və bunun fərqində olmurlar. Halbuki uşaq tərbiyəsinin birinci ən vacib maddəsi, uşağı tanımaqdır. Uşağı yenidən kəşf edin Albert Enşteyni tanıyırsınız, dünyanın ən məşhur adamı olaraq qəbul edilən alman fiziki. Enşteyn uşaqlıq illərində nə müəllimləri nə də valideynləri tərəfindən kəşf edilməmişdir. Müəllimi hər dəfə Enişteyni atasına şikayət edib “ övladınız öyrənmə çətinlik çəkir, bu da digər uşaqlara öyrədəcəyim mövzunun sürətini azaldır” deyirdi. Enişteynin atası məktəbin bu təzyiqlərindən bezdiyi üçün oğlunu məktəbdən çıxardı və “heç olmazsa, bir məsləyi olsun” deyə bir peşə məktəbinə yazdırdı. 12 yaşına qədər oğlunun təlim problemlərilə məşğul olan ata, uşağın dünyanın ən ağıllı insanı olduğunun fərqinə varmadı. Anlasaydı şayəd, yəqin ki, hər əsəbləşdiyində “ sənin kimi axmaq bir uşaq dünyaya gəlməmişdir” deməzdi. Enişteyn məktəbdə müvəffəqiyyətsiz idi; çünki müəllimin öyrətməyə çalışdığı mövzular onun diqqətini çəkmirdi. O dövürdə təsərüffat cəmiyyəti olan Almaniyada, uşaqlara, “inək necə sağılır?” , “ torpaq necə gübrələnir?”, “ağac necə budanır?” kimi mövzular öyrədilirdi. Enişteyn üçün bunlar mənasız şeylər idi. Buna görə keçilən dərslərə diqqət ayırmırdı. Ona kainatdakı incə tarazlığın necə qurulduğu, maddənin kənarındakı mənanın necə şəkilləndiyi maraqlı idi. İllər sonra Enişteynin qeyri-adiliyi məlum olduqda elm dünyası, onun hər nitqini nəfəsini tutub dinləməyə başlamışdır. Çox təəssüf ki, hər uşaq Enişteyn qədər şanslı deyildir. Dərslərində uğursuz olan minlərcə uşağın, bir ömür boyu qarğa münasibəti göstərilərək dırnaqları, dimdiyi, qanadları yolunarkən qartalı qartal edən bütün xüsusiyyətləri qopardılır və çox vaxt heç kim də fərqində olmur.

 

Sadəcə Enişteyn deyildir; eyni taleyi yaşayan. Daha kimlər var ... Məsələn, Van Qoq. Dünyaca məşhur rəssam Van Qoqun tabloları qiymət verilməyəcək qədər dəyərli olduğu halda, yaşadığı dövrdə heç kim dönüb onun çəkdiyi rəsmlərə baxmırdı. Hətta bir gün həyat yoldaşı”Burax bu lazımsız işləri get adam kimi bir işdə işlə, evin ehtiyacını təmin et, evdə bişirəcək heç bir şeyimiz qalmadı” dediyində elə əsəbləşmiş ki, emalatxanasında olan onlarca tablonu o gün küçənin ortasında bir tikə çörək qarşılığında satmışdır. Dünən bir çörək qarşılığında satılan o tablolar, bu gün kimin əlindəysə o adam böyük bir xəzinəyə sahinbdir. Uşağı tanımadan, “uğur”, “uğursuzluq” ölçü olmalıdırmı?

Uşağının təlimi haqqında tövsiyyələr istəyən bir ana; -Qızım tarix və ingiliscədən çox zəifdir. İstəməyə-istəməyə əlavə dərsə göndərirəm. Bu da onu çox yorur. Onu motivasiya edə bilmək üçün hansı tövsiyyələri verə bilərsiniz deyə soruşmuşdur. Mənsə bu qız uşağının hansı dərslərdə yaxşı olduğunu maraqlanıb soruşmuşdum. Ana; -Qızım riyaziyyatda çox yaxşıdır, demişdi. -Bəs, niyə qızınızı riyaziyyatda əlavə dərsə yazdırmırsınız, deyə soruşduğumda ana, çiyinlərini çəkərək; -Ehtiyac görmürük, çünki qızım uşaqlığından bəri riyaziyyatda on bal alır, demişdir. Ananın ehtiyac görmürük sözünə təcüblənmişdim ... Çünki bu ana, qızının uğursuz olduğu dərslərə verdiyi diqqəti, uğurlu olduğu dərslərə göstərmirdi. Halbuki bu uşağın qabiliyyəti, riyaziyyat sahəsində meydana çıxmışdır. Ana qızının bu müvəffəqiyyətini “ ehtiyac yoxdur” deyə ört basdır edirdi. Həm özünüzə, həm də ətrafdakı valideynlərə baxın, eynən misaldakı bu ana kimi davrandığınızı fərq edərsiniz.

Ümumən uşaqların uğursuz olduğu sahələrdə daha çox köməyə ehtiyac hiss etdikləri düşünülür və bu sahələrə diqqət ayrılır. Halbuki əsl vacib olan uşağın uğurlu olduğu sahələrdə dəstək görməsidir. Çox təəssüf ki, günümüzdə təlim sistemi, hər şeydən bir şey öyrətməyə yönəlik olduğu üçün bir şeydən hər şeyi bilməyə yönəlik qabiliyyət daşıyan uşaqlar arada itib getməkdədirlər. Halbuki ana atalar, uşaqlarının uğursuzluqlarına diqqət etdikləri qədər uşaqlarının uğurlu olduqları sahələrdə də meyillənməli, onların meyillərini təqib etməli, o mövzularda yollarını açmalı, dəstək verməlidilər. Uşağı ən yaxşı tanıyan, anadır. Heç bir şəxs, bir uşağın qabiliyyətini kəşf etmə mövzusunda ana və ata qədər məlumata sahib olmaz. Xüsusilə analar, uşaqlarının doğulduğu ilk gündən son günə qədər hansı qabiliyyətlərinin olduğunu analaya biləcək xüsusi gücə mailkdilər. Yetər ki, bu gücü “empatiya” kanallarını bağlamadan istifadə edə bilsinlər. Təbii ki, hər ata ana xoş niyyətlidir və uşaqlarının gələcəyini ən yaxşı şəkildə qurulmasını istəyərlər. Amma xoş niyət hər zaman yaxşı nəticə verməz. Yaşlı qadında xoş niyyətliydi, bağçasına qonan qartalın dırnağını, dimdiyini, qanadlarını xoş niyyətlə kəsmişdir; lakin o gözəl qartal, xoş niyyətli; fəqət biliksiz yaşlı qadının əlində rüsvay olmaqdan özünü xilas edə bilmədi. O hal da bir valideyn olaraq ediləcək ilk şey ana bətnindəykən uşağın psixologiyasını dərindən təqib etməli və doğulduğu andan etibarən onu tanımağa səy göstərməkdir.

Pedaqoq: Adem Güneş

Tərcümə: Aidə Mahmudova

Səslərin sayı: 3
5
2115
loading...
Şərhlər
Offline
Ellada Babayeva
Ümumən uşaqların uğursuz olduğu sahələrdə daha çox köməyə ehtiyac hiss etdikləri düşünülür və bu sahələrə diqqət ayrılır. Halbuki əsl vacib olan uşağın uğurlu olduğu sahələrdə dəstək görməsidir.
21 iyun 2016 12:58
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Xəyalə Murad
Uşağı ən yaxşı tanıyan, anadır. Heç bir şəxs, bir uşağın qabiliyyətini kəşf etmə mövzusunda ana və ata qədər məlumata sahib olmaz. Xüsusilə analar, uşaqlarının doğulduğu ilk gündən son günə qədər hansı qabiliyyətlərinin olduğunu analaya biləcək xüsusi gücə mailkdilər. Yetər ki, bu gücü “empatiya” kanallarını bağlamadan istifadə edə bilsinlər.
20 may 2016 17:47
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Fatma xanım
Çox gözəl və düşündürücü yazıdı bacım qızının 1 oğlu var dər oxumağa heç həvəsi yoxdu amma çox gözəl rəsm çəkir birdə maşın ustalığına həvəsi var nə qədər dedim eləcə anası deyir oxusun yazıq uşağı döyüb öldürür oxu axırda bacıma başa saldım ki hamı diplomlu olmaz ki bunun həvəsi başqa işədi axır ki indi uşağı qoyublar motoristin yanına sevdiyi sənəti öyrənir
19 may 2016 17:16
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ceylan Mumoğlu
Çox gözəl nümunələrlə mövzu izah edilib. Adem Güneşi beləcə kitabı ilə kəşf etmiş oldum.
Kitabını oxuduqdan sonra uşaqlara da fərqli baxmağa başladım. O qədər bilmədiyimiz şeylər var ki, həyatda.
Aida, tərcümə üçün sənə təşəkkür edirəm.
19 may 2016 14:11
Offline
Aysel İ.
Dünyaca məşhur rəssam Van Qoqun tabloları qiymət verilməyəcək qədər dəyərli olduğu halda, yaşadığı dövrdə heç kim dönüb onun çəkdiyi rəsmlərə baxmırdı. Hətta bir gün həyat yoldaşı”Burax bu lazımsız işləri get adam kimi bir işdə işlə, evin ehtiyacını təmin et, evdə bişirəcək heç bir şeyimiz qalmadı” dediyində elə əsəbləşmiş ki, emalatxanasında olan onlarca tablonu o gün küçənin ortasında bir tikə çörək qarşılığında satmışdır. Dünən bir çörək qarşılığında satılan o tablolar, bu gün kimin əlindəysə o adam böyük bir xəzinəyə sahinbdir.


Həqiqətən də dəhşətdi((
19 may 2016 11:47
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış