Bakıda hava 13°
USD 1.7022 AZN
EUR 1.8242 AZN
12:44. Olmaya biler heyat bu !
37102

Uşaqlarda xüsusi öyrənmə çətinliyi

Uşaqlarda xüsusi öyrənmə çətinliyi

Əzbər zəifliyi

Bəzi uşaqların ağlı, zəkası normal səviyyədə olsa da dərs vaxtı, hesab, əzbər və məntiq çalışmalarda çətinliklə qarşılaşırlar və nəticələr onların normal bacarıqlarının altında qalır. Qısa olaraq, şagird dərsi öyrənərkən çətinlik çəkməyi ilə müşaidə olunan bir çatışmazlıqdır. Öyrənmək, əzbərləmək çatışmazlığı şagirdin həyatına bir çox mərhələlərdə təsir edir. Məsələn, əzbər çətinliyi olan uşağın dərs göstəriciləri zəif olur. Dostları ilə ünsiyyətdə problemlər yaşayır və bu səbəblə vaxt keçdikcə bu uşaqların əqli geriliyinin olduğu fikri formalaşa bilər. Halbuki, bu zəifliyin əqli sağlamlıqla əlaqəsi yoxdur və adətən əqli cəhətdən qaydasında olan uşqalarda daha çox rast gəlinir.

Beyin bir məlumatı dörd mərhələdə qəbul edir. Ilk mərhələ hiss etmə orqanı vasitəsi ilə qəbul etməkdir. Sonrakı mərhələ alınan məlumatı sıraya düzmə, siniflərə bölmə və təşkil etməkdir. Zehni  çatışmazlığı olan uşaqlar bu mərhələdə çətinliklə qarşılaşır. Üçüncü mərhələ isə məlumatın işləndikdən sonra təkrar istifadə etmək üçün “ehtiyat”a həkk edilməsidir. Yaddaş zəifliyi olan uşaqlar bu mərhələdə də problem yaşayırlar. Son mərhələ isə ehtiyatda olan məlumatların  oxumaq, yazmaq, jest və mimika yolu ilə ifadə edilməsidir. Məhz bu mərhələdə də zehni çatışmazlığı olan şagirdlər çətinlik çəkir.

Öyrənmək zəifliyi

Öyrənməklə bağlı zəifliyin səbəbləri hələ məlum deyil. Lakin aparılan araşdırmalar ailədən gələn bir irsi faktorun təsir göstərdiyini təsdiq edib. Yəni, ana və atasında bu problem olan uşaqlarda daha çox rast gəlinib. Bununla yanaşı beyin hüceyrələri ilə əlaqədər olması, ətraf mühit, bioloji təsirlər də nəzərdən qaçmayıb. Öyrənmək zəifliyinin əlamətləri nələrdir;  öyrənmək çətnliyi inkişaf edən bir problemdir və şagirdin doğulduğu vaxtdan bəri başlayır, çoxlarının hesab etdiyi kimi təhsil dövründə yaranmır. Amma öyrənmək çatışmazlığı ilə əlaqəli risk qrupunda olan uşaqlarda bu, bilik və bacarıqlarını öyrənməyə başladıqları və ünsiyyətin ön planda olduğu məktəbəqədər mərhələdə artıq öz mənfi təsirlərini göstərməyə başlayır. Bu səbəbdən sıx-sıx məktəb qabağı vaxtda fərqinə varılır. Amma bu mərhələdə diaqnoz qoymaq çox çətindir. Bu səbəbdən diqqət çəkən əlamətlər sonradan itər, beləliklə də öyrənmək çatışmazlığı riski yaranır.

Yaş və inkişaf mərhələlərinə görə əlamətlər dəyişkən olur. Erkən mərhələ əlamətləri, nitq inkişafında ləngimə, kəlməni tapmaq və əlaqələndirməkdə çətinlik, sözləri qarışdırmaq, onları öyrənməkdə çətinlik çəkmək, qayçı tuta bilməmək, ip bağlaya bilməmək kimi fiziki hərəkətlərdə çətinlik, diqqət və hövsələ tələb edən oyunlardan imtina, onlara aludə ola bilməmək, tərəfləri və məsafələri qarışdırmaq, bənzər və fərliləri seçə bilməmək, rəng, istiqamət, say və s qavrama tələb edən vaxtlarda çətinlik çəkməklə özünü büruzə verir.

Əlamətlərin daha çox diqqət çəkdiyi və öyrənmək çatışmazlığının özünü göstərdiyi vaxt ilk məktəb mərhələsidir. Onun əlamətləri:

Zəif dərs nəticələri

Hərflərin səslərini çətin öyrənmək, hərfləri qarışdırmaq, hecalara bölməkdə çətinlik, yavaş oxumaq, sətir qarışdırmaq, oxuduğunu qavramaqda və qavratmaqda çətinlik çəkmək kimi oxu vərdişləri.

Yazıları yavaş, səliqəsiz, kəlmə və hərfləri tərsə yazmaq, yazarkən boşluq buraxmamaq, imla və durğu işarələrdində səhv buraxmaq kimi yazı vərdişlər.

Say, hesab qavramaqda çətinlik çəkmək, riyazi işarələri öyrənə bilməmək və qarışdırmaq, tətbiq mərhələsini doğru etməmək, vurma cədvəlini və saatı öyrənə bilməmək kimi riyazi vərdişlər.

Həftənin günlərini, ayları, fəsilləri, sayları, əlifbadakı hərf sırasını qarışdırmaq, oxuduğu, ya da dinlədiyi hekayədəki hadisələrin sırasını qarışdırmaq kimi sıralamaq vərdişlər.

Uşaqlarda xüsusi öyrənmə çətinliyi

Diqqətin qısamüddətli olması və tez dağılması

Ünsiyyət qurmaqda çətinlik çəkmək və s. kimi əlamətlər.

Əlamətlərdə də işarə olunduğu kimi öyrənmək çatışmazlığının alt qrupları da var. Oxu zəifliyinin çox olduğu alt qrup Disleksi, yazı zəifliyini çox olduğu alt qrup Disqrafi, riyazi zəifliyin çox olduğu alt qrup isə Diskalkuli olaraq adlandırılıb.

Əlamətlərin erkən nəzərə çarpması və müdaxilə edilməsi olduqca vacibdir. Buna görə ana və ataya, məktəbəqədər təlimçilərə böyük məsuliyyət düşür. Ölkəmizdə aparılan araşdırmalar göstərir ki, ailələr uşaqlarının bu baxımdan zəifliyinin fərqinə 5 yaşına qədər varırlar amma gözləməyi üstün tutmağı, yaxud haradan kömək alacağı barədə məlumatının olmaması bu problemdə gecikmələrə səbəb olur. Valideyinlərə məsləhət:

Əlamətləri hiss edən kimi mütləq bir peşəkara müraciət edin.

Uşağınızı dəyişdirməyə və düzəltməyə cəhd etməyib olduğu kimi qəbul edin. Onu hər şəkildə qəbul etdiyinizi hiss etdirin.

Uşağınızı digər uşaqlarla müqayisə etməyin.

Xüsusilə çalışma vərdişi üçün bərabər proqram tərtib edin.

Çətin və qarışıq tapşırıqları hissələrə ayırın.

Uşağınızın güclü və zəif tərəflərini kəşf edin.

Uğurlarını sözlərlə mükafatlandırın.

Uğursuz olsa da cəhdlərini təqdir edin.

Müəllimləri ilə mütləq əlaqə saxlayın.

Uşağınıza özünü lazımlı hiss etdirin, özünəinam hissinin formalaşmasına kömək edin.

Sosial ortamlara qarışmağa təhrik edin.

Öyrənmək çatışmazlığı olan vaxt dəstək ola biləcək amillərdən biri də xüsusi dərsdir. Belə uşaqların hamısı xüsusi təlimə ehtiyac duyur. Dəstək təlim proqramında mütəmadi olaraq dil, qavrama, diqqət, sıralamaq, tətbiq və s. təlimlər keçirilməsi vacibdir.

Öyrənmək çatışmazlığının müalicəsi:

Bu çatışmazlıq xəstəlik deyil, qavrama mərhələsində bir problemdir. Bu səbəbdən də xasiyyətlə bağlı bir çatışmazlıq olduğu üçün onun təmamilə aradan qaldırılması mümkün deyil. Dərman müdaxiləsi təsirli olmur. Onunla mübarizə aparmaq üçün xüsusi təlim və psixoterapiya ən uyğun vasitədir. Bu vasitə ilə uşaqlar necə öyrənəcəklərini, necə çalışacaqlarını biləcək və öz həqiqətini mənimsəyəcək. Uşağa mənlik və güvən hissi qazandıracaq, ailələrin bu problemlə mübarizə aparmağını asanlaşdıracaq.     

Səslərin sayı: 2
4
866
Şərhlər
Offline
Fatma xanım
Vay o ananın halına ki uşağı öyrənmək də çətinlik çəkir
19 may 2016 17:47
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Dəniz84
Mənim böyüyüm həvəslidir. dərslərini oxuyur asan da qavrauır. 2-ci bir az bizi incidir. Müəlliməsi riyaziyyatdan sinifdə 1-cidir deyir. Ancaq oxumaqdan 2-3-cü . Çünki oxumağı yazmağı sevmir.Təşəkkürər Şəfa xanım.
17 may 2016 14:14
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
Ceylan Mumoğlu
Təəssüf ki, belə uşaqları sinif müəllim(ə)ləri bəzən zamanında fərq edib aşkarlaya bilmirlər və uşağa başqa damğalar vuraraq sonrakı illərdə irəliləməsini əngəlləyirlər. Uşaq mənəvi şikəst qala bilər. Ona görə də hökmən mütəxəssislə görüşmək və lazımi tədbirləri almaq lazımdır.
17 may 2016 11:35
Offline
Xəyalə Murad
Vacib yazıdır. Xüsusən də məktəbli övladı olan valideynlərin oxuması vacibdir. Lazımı məlumatlar əldə etdim. Çox sağ ol, Şəfa.
17 may 2016 10:00
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Ruhunuzun yaşı:
Ruhum cavandır!
Olduğum kimidir
Ruhum qocalıb!
Ruhum yoxdur
Çətin sualdır!