Türkiyədə bir ilə yaxındır davam edən antiterror əməliyyatları çərçivəsində bu gecə gərgin anlar yaşanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, terrorçularla toqquşma Hakkarinin Çukurca rayonunda baş verib. İlkin məlumata görə, səhərə yaxın baş verən toqquşma zamanı 6 əsgər şəhid olub. 8 nəfər yaralanıb. Köməyə gedən helikopter isə qəzaya uğrayıb. Helikopterdə olan iki hərbçi də şəhid olub.
Baş verən hadisə ilə bağlı Türkiyə baş qərargahı açıqlama yayıb. Açıqlamada deyilir:
"13 may saat 04.50-də Hakkari Çukurca Çığlı bazasında terrorçularla qarşıdurma baş verib. 6 qəhrəman silah yoldaşımız şəhid olub. Müdaxilə üçün əraziyə cəlb edilən helikopter də qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. Helikopterdə olan iki hərbçimiz də şəhid olub. Qəza ilə bağlı araşdırma aparılır. İndiyə qədər 6 terrorçu məhv edilib.
Terrorçuları zərərsizləşdirmək üçün bölgəyə "F-16" təyyarəsi, pilotsuz uçan aparat, əlavə canlı qüvvələr cəlb edilib. Əməliyyat davam edir".
Türkiyədə antiterror əməliyyatları ötən ilin yay aylarında başlayıb. Bir neçə ay öncə prezident Rəcəb Tayyib Ərdoğan əməliyyatlar nəticəsində minlərlə terrorçunun məhv edildiyini, türk ordusunun da yüzlərlə hərbçi və polisinin şəhid olduğunu açıqlamışdı. Antiterror əməliyyatları ölkənin şərqində keçirilir və əsasən Mardin, Hakkari, Şırnak bölgələrini əhatə edir.
Hakkari vilayətinin Yüksəkova rayonunda ordu və polis böyük anti-terror əməliyyatına mart ayında başlayıb. Anti-terror əməliyyatına 20 min əsgər və polis qatılacaq. Cizrə, Silopi, Sur və İdil rayonlarındakı əməliyyatlardan fərqli olaraq Yüksəkovadakı əməliyyat rayon mərkəzləri ilə məhdulaşmayacaq, İran və İraq sərhədlərinə qədər olan əraziləri də əhatə edib. Ancaq Yüksəkova rayonunda 2 minə qədər PKK terrorçusunun olduğu bildirilir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Kıvanç Tatlıtuğ Balidə dincəlir - FOTO
“Çukur”da yeni aktyor
Həyat bizi öyrətdi
Dubay metrosunda robotlar xidmət göstərəcək
Tanınmış aktrisamız vəfat etdi
Hakerlər 2 milyon nəfər sosial şəbəkə istifadəçisinin şifrələrini oğurladı
Bu ərazidə iki gün işıq olmayacaq
Azərbaycanın işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi - VİDEO
İnsan beyni haqqında bilinməyənlər
Qarpızı yeməzdən öncə mütləq sabunla YUYUN, YOXSA...
İdman edən pişik hər kəsin diqqətini çəkdi-VİDEO
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Koronavirusdan can verən adamı son sözləri hər kəsi təəccübləndirdi
Körpəyə oyuncaq seçmək
Kiçik vanna otaqları necə dekorasiya edilir
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
"Pokrov" meyvə-tərəvəz bazasında azərbaycanlılar köməksiz qalıblar
Azərbaycan ordusunun giziri şəhid oldu
İsraildə yaşayan alimimiz vəfat edib
Bayram sonrası pəhriz menyusu
TQDK vaxtı uzatdı
5 real həyat tarixçəsi
Evlər söküləcək, yerində yol salınacaq
Disney qəhrəmanlarının real həyatda oxşarları
Uşaq azərbaycanlı qadını niyə davakar edir?
Britni Spirs hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO/VİDEO
Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndi - VİDEO
Bonding nədir?
Atışma başladı
Bürclərə görə çimərlik geyimləri
Emin Ağalarov 3 milyonluq brend yaratdı
Fantastik şəkillər
Bürclərin qorxuları
Həyata sarıl
Müəllimlərə əməkhaqqı yeni qayda ilə veriləcək
Eynək istehsalı dayandırılır
Zövqlü xanımlar üçün ayaqqabılar
82 yaşında birinci sinfə gedir - FOTO
Şəkiyə güclü qar yağıb
Birinci xanım Mehriban Əliyevaya Veliko Tırnovo şəhərində fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edilib
Ən təhlükəli "selfie"-lər
Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlara hansı güzəştlər edilir?
Kababla göyərtinin "davası": hansı yaxşıdır?
Unikal əməliyyat: qoz ağacının xilası
Günün ulduz falı
Nostradamusdan daha az məşhur Azimov
Məhbuslara niyə məzuniyyət hüququ verilmir?
Ermənilərin Türkiyə qorxusu
Təhsil Nazirliyindən valideynlərə müraciət
Ahmet Kural Sılnın böhtanından danışdı-MÜSAHİBƏ