Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş kapitan Quliyev İnqilab Çingiz oğluna ölümündən sonra verilən "İgidliyə görə" medalı ailəsinə təqdim edilib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu münasibətlə Gəncədə keçirilən tədbirdə şəhidin ailə üzvləri, şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Elmar Vəliyev Azərbaycan ordusunun təmas xəttində göstərdiyi şücaətlərdən danışıb. Bildirib ki, İnqilab Quliyevin də qatıldığı uğurlu əməliyyatlar nəticəsində strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad edilib.
Abdulla Qurbani deyib ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, xalqın yaddaşında əbədi yaşayırlar.
Şəhidin atası Çingiz Quliyev oğlu ilə qürur duyduğunu bildirib. Onun döyüş yoldaşı, yaralanaraq hospitalda müalicə alan Ruslan Abbaszadə isə bildirib ki, digər şəhidlər kimi İnqilab Quliyevin qanı da yerdə qalmayıb. O bütün şəhidlərin qisasının alındığını, düşmənə layiqli cavab verildiyini vurğulayıb.
AMEA-nın Gəncə bölməsinin direktoru Fuad Əliyev və ADAU-nun rektoru İbrahim Cəfərov ötən ay Azərbaycan ordusunun cəbhədə əldə etdiyi uğurlardan danışıblar.
"Novosti Qyanji" qəzetinin baş redaktoru İrina Kalaşnikova çıxışına şəhid ailəsi üzvlərinin qarşısında baş əyərək bildirib ki, Azərbaycan xalqının hər vətəndaşının qarşısında birinci vəzifə öz torpağını qorumaqdır.
Medal şəhidin 4 yaşlı oğlu Quliyev Hüseynin yaxasına taxılıb.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü kapitan İnqilab Quliyev ötən ayın əvvəlində Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olub. O, Gəncənin Şəhidlər xiyabanında dəfn olunub. İki oğlan övladı var.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir?-26 dekabr
Merve Özbeyin xına gecəsinə ulduzlar axın etdi-FOTO
Günəş dəhşət saçır
Beyonse arıqladı - FOTO
"Xallı" geyimləri nə ilə geyməli?
Dünyada ən az danışılan dillər
Çəhrayı rəngli fil balası - VİDEO
Məktəb çantası seçərkən nəyə diqqət etməli?
Məktəb bufetlərində bu ərzaqların satışı qadağan olundu - SİYAHI
Ayaqlarınız xasiyyətdən danışır
Keyfiyyətsiz və istifadə müddəti keçmiş kosmetikalardan istifadə xəstəliklərə yol açır
HAVA necə olacaq?
İlham Əliyevdən komendant rejimi ilə bağlı SƏRƏNCAM
Burma kartof (foto resept)
"Papito" ifaçısı Azərbaycan filminə çəkilib
19 yaşlı qız həyatının şokunu yaşadı-FOTO
Bitkilər və təbabət (5)
Çörək haqqında gələn xəbərlər
Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır - VİDEOREPORTAJ
Yataq otağı rəngləri
Kəklikotunun faydaları
35 yaş böyük kişini sevmək...
Gürcüstanda ən çox yayılmış soyadlar
Rusiya sülhməramlılarından ibarət daha bir karvan Qarabağa gəldi - VİDEO
Arıqlamaq üçün qızıl qaydalar
Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ
Dubaya getməyə hazırlaşanlara bəd xəbər
"Survivor" iştirakçısı haqqında xəbər yayıldı
"Ramo" möhtəşəm ssenari ilə qayıdır
Görüşə gedərkən nə geyməli
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
Əlamətlərinə görə uşağınızın cinsini müəyyən edin
Əliyevə hərbi salam verən Çunayev dünya çempionu oldu
Dənizdə üzən oyuncaq ördəklər
Finlandiyada 16 yaşlı qız bir günlük baş nazir olub
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Rosalianın sevimli kostyumları
ÜST rəsmisindən Azərbaycanda koronavirusla bağlı proqnozu
Qırışlar üçün maska
Azərbaycanda koronavirusa yoluxanların sayı 700-dən aşağı düşdü
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Havanı təmizləmək üçün məsləhətlər
Keti Perri ölümdən döndü - FOTO
Kəbədə qəza
Ağıllı fincan hazırlanır
Hotmail tarix olacaq
2015-ci ilin Ford Mustang-ı satıldı
Pinqvin balaları Şaxta baba oldular
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Maşınlar (Pazl)