Mayın 12-13-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizdə Dağıstan Mədəniyyəti Günləri keçirilir. Tədbirin məqsədi Azərbaycan ilə Rusiya, o cümlədən Dağıstan arasında mədəni əməkdaşlığı inkişaf etdirmək və dağıstanlıların zəngin mədəniyyəti ilə tanışlığı genişləndirməkdir.
Milli.Az Azərtac-a istinadən bildirir ki, mayın 12-də Heydər Əliyev Sarayında Dağıstan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib.Sarayın foyesində Dağıstan xalqlarının dekorativ-tətbiqi sənətinə həsr olunan sərgi nümayiş etdirilib. Ekspozisiyaya milli geyimlər, silahlar, zərgərlik məmulatları, xalçalar və s. daxil edilib. Ziyarətçilər sərgiyə böyük maraq göstəriblər.Tədbirin rəsmi hissəsində çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycanda Dağıstan Mədəniyyəti Günlərinin keçirilməsi ölkəmizin həyatında mühüm mədəni hadisədir. İki Qafqaz xalqını əsrlər boyu dostluq, ortaq din, adət-ənənələr bir-birinə bağlayıb. Oqtay Əsədov deyib: "Biz ortaq tarixi yol qət etmişik. Mən Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin möhkəmlənməsinə Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin töhfələrini xüsusilə qeyd etmək istəyirəm. Ölkəmiz Rusiya Federasiyasının 70 subyekti ilə iqtisadi və 30 subyekti ilə mədəni əlaqələr qurub. Həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi ötən il 2 milyard dollar təşkil edib".Milli Məclisin sədri Dağıstanın Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmlənməsində mühüm körpü rolu oynadığını vurğulayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Dağıstana böyük sevgi ilə yanaşıb, Dağıstan da ona eyni münasibət göstərib. Təsadüfi deyil ki, Dərbəndin mərkəzi küçələrindən biri ulu öndər Heydər Əliyevin adını daşıyır. Vaxtilə Dağıstana rəhbərlik edən görkəmli siyasi xadim Əziz Əliyevə Mahaçqalada abidə ucaldılması hər iki xalqın həyatında mühüm hadisə oldu.2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu xatırladan Oqtay Əsədov deyib: "Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Avarlar, ləzgilər və digər xalqların nümayəndələrini Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri bağlayır. Azərbaycanlılar Dağıstanın mədəniyyətinə böyük sevgi ilə yanaşırlar, həmçinin dağıstanlılar da bizim mədəni irsimizə yüksək maraq göstərirlər. Odur ki, mayın 13-də Dağıstanın incəsənət ustaları Xaçmazda, Qusarda və ölkəmizin digər bölgələrində çıxış edəcəklər. Qeyd edim ki, Prezident İlham Əliyev görkəmli bəstəkar, SSRİ Xalq Artisti Murad Kajlayevi Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə "Dostluq" ordeni ilə təltif edib".Oqtay Əsədov məlumat verib ki, Azərbaycan Respublikasının Milli Məclisi və Dağıstan Respublikasının Xalq Məclisi mayın 12-də əməkdaşlıq haqqında Saziş imzalayıb. Parlament sədri deyib: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi səylərə görə Rusiyaya minnətdarıq. Azərbaycan regionda sülhün tərəfdarıdır".Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov səmimi qəbula görə və dostluq münasibətlərinə verdiyi yüksək qiymətə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. R.Abdulatipov deyib: "Azərbaycan və Dağıstan din, mədəniyyət və tarix baxımından qardaşdır. Bu əlaqələrin möhkəmlənməsinə böyük töhfəni görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev və Prezident Vladimir Putin verib. Bu gün mən Prezident İlham Əliyevin qəbulunda olarkən bir sıra mühüm məsələləri müzakirə etdik. Bir daha əmin oldum ki, ölkələrimizi sıx iqtisadi əməkdaşlıq birləşdirir. İstərdim ki, mədəni əlaqələr də möhkəmlənsin".Ramazan Abdulatipov Dağıstanın inkişafına görkəmli siyasi xadim Əziz Əliyevin böyük töhfəsini vurğulayıb. Dağıstan Respublikasının başçısı deyib: "Bu parlaq şəxsiyyətin abidəsinin açılışı xalqımız üçün mühüm hadisədir". R.Abdulatipov ulu öndər Heydər Əliyevin həmişə Dağıstana dəstək verdiyini bildirərək qeyd edib ki, o, Dağıstanın bir çox siyasi və mədəniyyət xadimləri ilə dost idi. Ümummilli lider Heydər Əliyevin siyasətini Prezident İlham Əliyev layiqincə davam etdirir. R.Abdulatipov deyib: "Dağıstanlıların Bakının necə gözəl olduğunu görməsini və bu tərəqqini mənimsəmələrini istərdim". O, həmçinin iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fəaliyyətini qeyd edib.Sonra tamaşaçılara proqramın bədii hissəsi təqdim edilib.Tədbirdə "Ləzginka" Dövlət Akademik Rəqs Ansamblı, "Dağıstan" Dövlət Mahnı və Rəqs Ansamblı, "Xasavyurt" Uşaq-Gənclər Rəqs Ansamblı və digər qruplar çıxış ediblər. Dağıstan dövlət teatrlarının aktyorları ölkənin orta əsr həyatına dair "Dərbənd qapıları", "Aşıqların yarışı" və s. adlı səhnəciklər nümayiş etdiriblər.Tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan və Dağıstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Aktrisa 22 aya 90 kiloqram arıqladı - FOTO
Zakir Həsənov: "Düşmənə on qat zərbə vurulacaq”
Dünya liderlərinin ən sevimli içki və təamları
Labirint-9
Makaronu necə bişirək?
Limonlu yaşıl çay detoksu
BÜRCLƏR bizə nə vəd edir?- 31 yanvar
Amerika salatı (foto resept)
Dünyanın ən “şirin” haker hücumu - FOTO
Leonid Kalaşnikov: “Vladimir Putin və İlham Əliyev hər şeyi anlayırdılar, təkcə Paşinyan başa düşmürdü”
Yer kürəsi bu tarixdə məhv olacaq - DƏQİQ VAXT
Azərbaycanda daha 32 nəfər koronavirusdan öldü: 4212 yeni yoluxma
Oktyabr ayında HAVA necə olacaq?
Cəbhədə silah səsləri
Azərbaycanda hamiləlik və doğuma görə ayrılan vəsaitlər artırılır
“Mall”lar açıldı? - RƏSMİ CAVAB
Kəsmikli, qaymaqlı tort (foto resept)
Ronaldo Yeni İmicdə-FOTO
Qeyri-adi görünüşə malik tortlar
Uzunburunlu ayaqqabılarınızla vidalaşın
DÇ-2018-nin loqotipi təqdim olundu
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı
İntiharların 15 ümumi səbəbi (1)
Love you forever
Heyvanlar daha böyük olsaydı...
Hava haqqında
Qatığın faydaları
Gəncədə III Beynəlxalq Şərab Festivalı başlayıb
Qadın boksçularımız dünya birinciliyinə uğursuz başladılar
Azərbaycana ərə gələn Xəzər Xaqanının qızının cehiz SİYAHISI
Qadin.Netlilərlə səyahət(Son)
Hər 40 saniyədə bir nəfər intihar edir
Məşhur aktyor sərxoş halda qəza TÖRƏTDİ
Sensasiya: Marsda həyat tapıldı
İstirahət gününün HAVAsı
Holland pendirli spagetti (foto resept)
Məzəli şəkillər
Neslihan və Kadir Doğulunun İsveçrə tətili Diqqət Çəkdi
Qadınlar üçün xüsusi icadlar
Azərbaycanda karantin tədbirləri hansı halda yumşaldılacaq? - AÇIQLAMA
Bundestaq erməni "soyqırımına" görə məhkəməyə verildi
Sobada souslu toyuq qanadı (foto resept)
Sosial şəbəkələr iş tapmaqda yardımçı olurmu?
Okeana atılmış məktub 50 il sonra tapıldı-FOTO
Kilimancaro dağının ətəklərində təbii həyat
Duruşunuz sağlamlığınıza necə təsir edir?
Molla Nəsrəddin demişkən
Ziyafət geyimləri
Can Yaman "Diriliş Osman"a qatılır?
Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil?