Milli.Az Deyerler.Az-a istinadən bildirir ki, pediatr Səbinə Nurəliyeva deyib ki, neqativ məsələləri nəzərə almasaq dondurma və ümumiyyətlə süd məhsulu çox faydalıdır: "Dondurma məlum olduğu kimi, süd məhsullarından hazırlanır. Əslində süd məhsulu insan orqanizmi üçün lazım olan qida məhsuludur. Süd məhsulunun düzgün şəraitdə saxlanılması, əldə edilməsi ən önəmli məsələdir. İndi fermalarda inəklərdən daha çox süd almaq üçün müəyyən hormonal dəyişiklik yaradan peraparatlar verilir. Bu cür süddən hazırlanan məhsulları qəbul edən şəxslərdə ciddi hormonal dəyişiklik yarana bilər. Amma bu neqativ məsələləri nəzərə almasaq dondurma və ümumiyyətlə süd məhsulu çox faydalıdır. Amma ölkə reallığını nəzərə alsaq dondurmalar o qədər də güvənli bir məhsul deyil. Uşaqlar dondurmaya daha çox meyil edirlər. Bu baxımdan uşaqlar üçün müəyyən miqdar var ki, ona riayət edilməlidir. Uşaq gün ərzində qəbul etdiyi südün miqdarı 400 ml keçməməlidir. Uşaqların bu miqdardan artıq süd məhsulu qəbul etməsi qan azlığının yaranmasına səbəb ola bilər. Eyni zamanda mədə-bağırsaq pozuntusu, problemi olan uşaqlara da dondurma qəbulu yasaq edilməlidir. Ümumiyyətlə diqqət etmək lazımdır ki, gigiyenik sertfikata malik olan şirkətin dondurmaları alınsın".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, dondurmalar bir süd məhsulu olaraq təhlükəli məhsullar sırasına daxildir: "Yay ayında ən ciddi gəlir gətirən sahələrdən biri də dondurma ticarətidir. Nəzərə alaq ki, dondurmalardan əsasən uşaqlar istifadə edir. 2011-ci ildə ABŞ İnkişaf Agentliyi USAİD Azad İstehlakçılar Birliyinə müraciət etdi. Ölkədə məhsulların rəqabətə davamlılığı üçün Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını təsis etməyi təklif etdi. Bizim əməkdaşlarımız ilə müəyyən treninqlər keçirtdi. Bizə qiymətləndirmə alqoritmi öyrətdilər və biz ölkədə yalnız bir dondurma istehsalçısına qida təhlükəsizliyi nişanı təqdim etdik. Nəzərə alsaq ki, ölkədə 50-dən çox dondurma istehsal ilə məşğul olan şirkət mövcuddur, onda real durum göz önünə gələ bilər. Hər il dondurma mövsümündə bizim təşkilata çoxlu sayda şikayət daxil olur. Düşünürəm ki, yerli dondurma istehsalçıları standartlara cavab verən məhsul hazırlasalar, onda xaricdən gətirilən dondurmaları tam məhdudlaşdırmaq olar. Amma bütün bunlarla eyni zamanda ölkədə inhisarçılıq aradan qaldırlsa ciddi rəqabətli mühüt yarana bilər. Bu da məhsulların qiymətinin kifayət qədər ucuz və keyfiyyətli olmasına səbəb olar".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Kəndlilər kəndi satın aldılar
İspanaqlı qayğanaq (foto resept)
Unutmamalıyıq...
Məşhur modelin FOTOları Diqqət Çəkdi
Fahriye Evcen Şərtlərini Açıqladı
Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım
Məhşurların uşaqlıq şəkilləri
Şəhzadə kababı (foto-resept)
Zəifləmiş saçlar üçün maska
Birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
İlham Əliyev: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
“WhatsApp”da yenilik!
Şokoladlı konfet blinilər(foto resept)
Məşhur cütlüyün AYRILIQ xəbəri yayıldı-FOTO
Soyuq su içməyin zərərləri
Bakıda 254 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək
Heyvanlar atasına oxşayır, yoxsa anasına?
Uşaqlar texnologiyadan necə istifadə etməlidirlər?
Niyə qocalmaq istəmirik...
Hıçqırıqdan xilas olmağın yolları
Günün qoroskopu: Qətiyyətli olun!
Qadınlar niyə hərbçi kişiləri bəyənirlər?
Bakı rəsmən imtina etdi
Dünyanın ən gözəl yerləri (2)
Gülməli ev heyvanları
Qışda sağlam hamiləlik keçirmək üçün...
Yeni doğulan qızı ilə ilk fotosunu paylaşdı
Saç boyanızı bəyənmədiniz?
Dünyanın ən eybəcər kişisi
İstirahət gününün HAVAsı - XƏBƏRDARLIQ
Küncütdən konfet (foto resept)
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
İzləməli olduğunuz möhtəşəm filmlər
Payız peyzajları
Afrikada bir gün
Kraliça yeni işçi axtarışına çıxdı-FOTO
Dünyanın ən qəddar və ən təhlükəli 12 qadını
Uçan fantastik kitablar
Yuliya Naçalova 38 yaşında vəfat etdi-FOTO
Hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO
Bilirsinizmi?
DİM abituriyentlərə müraciət etdi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Ermənistanın hərbi rəhbərliyi eynəkli qadınları belə cəbhəyə göndərir - FOTOFAKT
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Bakıda çox ucuz bazarlar açılıb
Hande Erçeli məhkəməyə verdilər-SƏBƏB
"Eurovision" da bir ilk
İlham Əliyev Antalyada
- ŞƏRHLƏR