Bunu Milli.Az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib.Ekspertin sözlərinə görə, əgər Ermənistan parlamenti Azərbaycanın erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimin müstəqil respublika kimi tanınmasına dair qanun qəbul etsə, buna cavab olaraq belə bir addım atıla bilər:
"Ermənistan Dağlıq Qarabağda əhalini sülh şəraitində yaşamağa imkan vermir. Ermənistan onların həyatına həmişə hərbi və digər yollarla müdaxilə edir. Hətta Dağlıq Qarabağı tanıyıb-tanımamaqla prosesi manipulyasiya edir. Bununla da işğal edilmiş Dağlıq Qarabağda yaşayan erməni xalqını Azərbaycana qarşı bir alət kimi istifadə edir. Bunu, eləcə də Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiyini, beynəlxalq təşkilatların verdiyi qərarlara məhəl qoymadan ordusunu geri çəkmədiyini nəzərə alaraq, Azərbaycanda Dağlıq Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etməsi hüququnun ləğv edilməsi haqqında qanun layihəsi hazırlana bilər".Politoloq qeyd edib ki, əgər Ermənistan tərəfinin qeyri-konstruktiv və şantaj xarakterli hərəkətləri davam etsə, yenə də cəbhəyanı ərazilərdə kənd və şəhərlərimizi atəşə tutsalar, yaxın zamanlarda işğal olunmuş torpaqlar azad edilməsə, məcburi köçkünlərin öz evlərinə qayıtması təmin olunmasa, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı mövcud qərarları yerinə yetirilməsə, o zaman bu qanun qəbul edilə bilər:"Əvvəla orada, demək olar ki, faktiki olaraq erməni əhalisi qalmayıb, qalanlar isə işğalçıların girovu kimi istifadə olunur, onların adından çıxış edilir, tələblər irəli sürülür, mülki azərbaycanlılar qətlə yetirilir, Xocalıdakı kimi soyqırıma məruz qalır, evləri dağıdılır. Bundan əlavə, Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan bütün azərbaycanlılar oradan qovulub, onların geriyə qayıtması əngəllənir və mövcud status-kvo saxlanılır. Azərbaycanlıların adicə yaşamaq hüququ da daxil olmaqla bütün hüquqları pozulub və onların özləri olmadan Dağlıq Qarabağda dəfələrlə referendum keçirilib. Ermənistanın hazırkı rəhbərliyi də, əsasən, Dağlıq Qarabağdan çıxan məmurlardır. Hazırda da Dağlıq Qarabağ və onun separatçı rəhbəri birbaşa İrəvandan idarə olunur. Biz niyə onların öz müqəddəratını təyinetmə hüququnu tanımalıyıq ki, sonra yenə də Sarqsyan gəlsin Xankəndidə otursun?! Axı onları Ermənistandan qovandan sonra yenə Azərbaycana gələcəklər. Bütün bunları nəzərə alaraq, ermənilərin öz müqəddəratını təyin etməsi hüququnun ləğv edilməsi haqqında qanun layihəsi hazırlana və vəziyyəti bu həddə çatdırdığına görə beynəlxalq ictimaiyyətin də rəyini nəzərə almadan belə bir qanun qəbul edilə bilər. Qeyd edək ki, Ermənistan hökuməti mayın 5-də Dağlıq Qarabağdakı separatçı rejimin müstəqil respublika kimi tanınmasına dair qanun layihəsini bəyənərək parlamentə göndərib. Bundan əlavə, hökumət müəllifləri müxalifətçi deputatlar Zarui Postancyan və Qrant Baqratyan olan qanun layihəsinə rəy verərək bildiriib ki, guya onun qəbulu separatçı rejimlər Ermənistan arasındakı müzakirələrin nəticələrindən asılıdır. Bu ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçaryan Azərbaycanı şantaj edərək deyib ki, əgər Azərbaycan yeni aqressiv addımlar atarsa və atəşkəsi pozarsa, Ermənistan birmənalı olaraq Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
8 May-Şuşanın işğalı günüdür!
Ərdoğan ona yazılan şeirlərə əsəbiləşdi - Kitabı satışdan çıxardı
Sılaya görə Ahmet Kuralın filminə baxmadılar-FOTO
Azərbaycanlı gəncin portreti
Cem Yılmaz 30 kq arıqladı-FOTO
Koronavirusa qarşı dərman istifadə edərkən nəyə diqqət etməliyik?
“Arka Sokaklar” serialına yeni aktrisa gəlir - FOTO
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Günün ulduz falı - 09.09.2013
Hikmət Hacıyev pandemiyanın geniş yayılmasının əsas səbəbini açıqladı
Günün qoroskopu: iş və gərginlik artır
Məşhur cütlük ayrı-ayrı tətilə çıxdı-FOTO
İt internet ulduzuna çevrildi - FOTO
"Terrorun dini yoxdur"
Şokoladlı desert
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
Məşhurların kolleksiyaları -SİYAHI
Avropanı buxar vulkanı bürüdü
Bakıda yaşıllıqlar düzgün salınırmı?
Bill Geyts yenə təəccübləndirdi-FOTO
Tanış olun: Kişi!
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
Karantində kökəlmək istəməyənlərin nəzərinə - VİDEO
HAVA necə olacaq?
Qəbizliyi necə aradan qaldırmalı?
Bu insanlar FEYXOA yeməməlidir!
Dünyanın ən əlvan yerləri
Hülya Avşar GÖZLƏNİLMƏZ TƏKLİF
“Eurovision 2015”in qalibi kimdir?
"Hercai"nin Miranı sevgilisi ilə-VİDEO
İŞİD kürdləri bombalayır
Saç dərisini dəyişdirmək istəyən qıza həkimlər "YOX" dedilər-SƏBƏB
BÜRCLƏR bizə nə vəd edir?-24 yanvar
Bakıda I sinfə qəbulla bağlı edilən müraciətlərin sayı açıqlandı
Azərbaycanda elçi gedənlər...
Hovuzlu, 8 təkərli Eldorado
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna dəyişikliklər edildi
7620 metrdən paraşütsüz tullandı
Ronaldo 5-ci dəfə ata olacaq - FOTO
Faydalı saç maskaları
Işıldayan dəri üçün 10 qızıl qayda
Çaylarımızda su aşıb-daşdı
“Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək
Bred Pitt və Cennifer Eniston yenidən evlənir
Hitlerin rəsm əsəri 161 min dollara satıldı
Azadlıq heykəli (Nyu-York)
Model küçə satıcısını necə varlandırdı? - Foto
İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır
Od çərşənbəniz mübarək!
Portağallı dondurma (foto resept)