Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
18 iyul 19:20Ayla Ayla Vauu mən də istiyirəm!!! 18 iyul 19:20Ayla Ayla Bu nə gözəl saçlardı belə
40758

Bir damlaya sığan dünya...

Bir damlaya sığan dünya...
Bir damlaya bir dünya sığa bilərmi? Sığarmış... Bax o irəlidəki uşağa gözlərini zilləmiş həmyaşıdının anasının əlindən tutaraq çəkişdirdiyini izləyir. Diqqətlə bax. İndi gülümsəyəcək xəfif. Sonra sağa qıvrılan dodaqları yavaşca aşağıya doğru büküləcək, həyəcanlı parıltıları gözyaşı parıltıları əvəz edəcək. Ürəyində özünü təlqin edib ağlamağa qoymayacaq, amma gözündən yanağına doğru süzülən o bir damlanı saxlaya bilməyəcək.. Bax, o bir damlada bir dünya yatır. Bir az  kədər, bir az həsrət.. Bolca xəyal, varla yox arası ümid... Körpə ağlıyla adlandıra bilmədiyi duyğular... Soruşsan, sol yanındakı küt ağrıdan bəhs edəcək daha ürəyinin yerini bilməyən körpə.
Bir damlaya sığan dünya...
Deyəcək dərman ver mənə. Susacaqsan, deyə bilməyəcəksən ona, o ağrının onu daim müşahidə edəcəyini. Tapa bilmədiyin sözlərin acizliyini yaşayacaqsan. Buna görə susacaqsan. Böyüyəndə özü adlandıracaq o ağrını. Bir az atasızlıq, bir az anasızlıq... Niyə axı? Ana şəfqətini hiss etməyibsə o məsum, heç vaxt  kürəyini söykəyə biləcəyi bir atası olmayıbsa, bütün xoş duyğulardan məhrum qalıbsa, bəs bu bilmədiyi duyğuların acısını niyə çəkir? Çiyinlərindəki yükün ona ağırlıq etdiyini bir tək mən mi görürəm?
Bir damlaya sığan dünya...
Niyə məhrum olmağı kifayət etmirmiş kimi, ona yad daha nə olduğunu bilmədiyi hisslərin,niyə duymadığı sevginin əzəbını çəkir? Niyə başını sığallayan bir əlin həsrətini çəkir? Niyə anasız atasız hər körpədən onları soruşanda bilmirəm deyə çiyinlərini çəkdikləri halda, bilmədikləri onlara əzab verir? Bax, o damlada bu suallar yatır... Dünya gözlə gördüklərimiz qədərdi. O uşağın göz yaşında isə görmədiklərindən yaranan bir dünya var. Əlimdən bir şey gəlmir. Sadəcə bütün sevgimlə saçlarını oxşayıb, buraxmayacaqmış kimi qucaqlamaq gəlir əlimdən... Halbuki bilirəm, qollarını mənə dolayanda içində daşıdığı “gedəcək mi” qorxusunu.. Bilirəm çünki tərk edilmiş  bütün insanlar belə edir.. Çünkü itirdikləri olan insanlar, yalnız həqiqi mənada sahib olduqlarının keçici olduğunu dərk edir.. Geri qalanlar isə sanki əbədiymiş kimi  bağlanırlar gördükləri hər şeyə və hər kəsə və o planlanmış gün gəlib çatdıqda hazırlıqsız tutulur insan. Və bu gözlənilməz itki sillə kimi dəyir üzə. Bu sillə böyüdür bizi...
Müəllif : Həsənova Aydan
Səslərin sayı: 3
6
1201
loading...
Şərhlər
Offline
Nura
Əlimdən bir şey gəlmir. Sadəcə bütün
sevgimlə saçlarını oxşayıb, buraxmayacaqmış kimi qucaqlamaq
gəlir əlimdən... Halbuki bilirəm, qollarını mənə dolayanda
içində daşıdığı “gedəcək mi” qorxusunu.. Bilirəm çünki tərk
edilmiş bütün insanlar belə edir.. Çünkü itirdikləri olan
insanlar, yalnız həqiqi mənada sahib olduqlarının keçici
olduğunu dərk edir.. :( :( :'(
30 may 2016 00:44
Offline
♥Mira♥
Kövrəldim recourse ALLAH heç bir uşağı atasız,anasız qoymasın cray
7 may 2016 10:46
Offline
Iceberg
Kovreltdiz meni...
6 may 2016 13:19
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
İlk cümlə, ilk sual baxın odur məni bu yazıya cəlb edən.
6 may 2016 13:16
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Yazıçılardan səhv etmirəmsə Remark yazıb ki, heç bir şeyi əlində tutmaq istəməyən biri hər şeyə sahibdir.
6 may 2016 11:21
Offline
Aysel İ.
Bu həyatda ən çox qorxduğum gözlərdir, yaşlı uşaq gözləri. "Bəs mənim anam hardadır???!" deyə sual verən o yaşlı gözləri görməkdən çox qorxuram. Həmin an dünyam qaralır,ürəyim parçalanır, məhv oluram((.
Allah heç bir körpəni anasız, atasız etməsin.!
Gözəl yazıdır. Hər iki müəllifə təşəkkür eidrəm.
6 may 2016 09:24
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış