Bakıda hava 22°
USD 1.7000 AZN
EUR 1.9479 AZN
13:41Ayla Ayla Peri necesen? Sima Surayye hani? 12:40PERI salam millet hardasiz 10:20Xəyalə Murad Sabahınız xeyirli olsun Əziz Qadin.Netlilər!
39323

Qadınların kişilərdə axtardığı...

Qadınların kişilərdə axtardığı...

Qadınların kişilərdə axtardığı əsas amil xarakterdir. 

Qadınların kişilərdə axtardığı 3 əsas xüsusiyyəti formalaşdıran cəhətlər:

1. Mədəni kişilər (sədaqətli olur)

2. Pİs kişilər (qadına bağlı olur)

3. Dürüst kişilər (düşüncə və xəyal gücünə sahib olur)

4. Sadiq+ bağlı + xəyalpərəst = ədalı kişi

1-ci xüsusiyyət mədəni kişi 

Passiv olurlar, riskə getməkdən çəkinirlər, risk onları qorxudur, bildikləri şeyə möhkəm bağlanırlar, monotondurlar, fərqlilikdən qorxurlar, açıqfikirli olmurlar,hər zaman haqlı olduqlarını düşünürlər. Qadınlara fokslanırlar onları razı salmaq və sahiblənmək üçün daima fədakarlıq edirlər. Bu kişilərdən flört etməklə bağlı məsləhət istəsəniz deyəcəklər: hörmətcil olun, qadınlara hörmətlə yanaşın ! Əslində istədikləri yaşantını əldə etmək üçün qadınların köləsi olmağa razılaşırlar.

Qadınların kişilərdə axtardığı...

2-ci xüsusiyyət + başa düşən+ xəyalpərəst kişilər.

Bu kişilər gülərüz olur, daha doğrusu belə görünürlər.Adətən ruhi vəziyyətləri qarışıq olur.Bəzən passiv, bəzən aqresiv ola bilirlər. Vəziyyətdən asılı olaraq hər rola girirlər. Bir sözlə belə insanlarda gördükləriniz zəif nöqtələrini gizlətmək üçün uydurduqları maskadır. Qadınlardan təsdiqləyici sözlər gözləyirlər. Qadınlar onlardan boşluqları doldurmaq üçün istifadə edirlər.

3-cü xüsusiyyət pis kişilər 

Ehtiraslı olurlar.Aqressivliyə olduqca meyillidirlər,lakin belələri əsl kişi kimi lakin çox eqoist və despot olurlar. Kimisə məmnun etmək kimi bir qaydaları yoxdur, risk etməyi çox sevirlər,sevdikləri üçün riskə gedirlər.Qadınlar və flört məsələsinə gəlincə qadınlara yalan üzərində yaxınlaşmırlar, buna ehtiyac duymurlar.Çünki hər zaman onların rəğbətini qazanan qadınlar var. Qadınların kölgəsində yaşamağı sevmirlər, pis kişilər qadınları özünə çəkir.

Qadınların kişilərdə axtardığı...

4-cü xüsusiyyət- ədalı kişilər+ sədaqətli + ehtiraslı + xəyalpərəst

Bu 3 xüsusiyyəti özündə balanslı bir şəkildə bütünləşdirən kişilər var. Bu kişilər sədaqətli olurlar,özlərinə hörmət edirlər, xəyalpərəstdirlər, amma bundan insanların xoşuna gəlmək üçün yox, xəyallarının ardınca getmək üçün istifadə edirlər. Hisslər onları idarə etmir, iddialı və istəklidirlər. Həyatda hər zaman ən yaxşısını gözləyirlər, bu tip kişilər qadınlara hər şey verirlər.Onlar hər qadının əldə etmək istədikləridir. İncə, dürüst və təhlükəli amma qaydasında !

Səslərin sayı: 2
6
1409
loading...
Şərhlər
Offline
✈█▓▒ Руслан Абилов ▒▓█✈
Sorgu aparilsa hami 3 deyecek cunki cox qadin pis kisini her seyden ustun tutur gore gore gelirik butun aldanan qizlar xanimlar hamisi pis kisi secdiklerini etriaf edir

Yaxsi olmaq yaramir yaxsi oldun duz oldun hec kes seni sevmeyecek saymayacaq ezecekler zamane elediki gerek pis olasan
28 iyun 2017 19:47
Offline
Iceberg
Mən 3-cünü seçərdim))
25 aprel 2016 17:15
imza: shafaabdulla.blogspot.com
Online
Xəyalə Murad
Sonuncu xüsusiyyətlərə mədəni xarakterini də daxil etsələr yaxşı olar

Sonuncu xüsusiyyətlərə mədəni xarakterini də daxil etsələr yaxşı olar
24 aprel 2016 19:12
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Nermin_Guler
Bəli hər bir qadının kişidə axtardığı mehribanlıq, səmimilik, və sədaqətdir.
24 aprel 2016 16:11
Offline
Aysel İ.
Hər 4 xüsusiyyət yaxşıdır. Qadınlar kişilərdə, səmimiyyət, sədaqət və ədalət axtarır.
24 aprel 2016 12:01
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Yəqin ki, xanımlar 4-cü xüsusiyyəti seçəcəklər. biggrin
24 aprel 2016 11:09
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )