Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN

Dini mövzularda özünü aldatmağın 40 yolu-22

Dini mövzularda özünü aldatmağın 40 yolu-22

Dünyaya bir dəfə gəlirik. 

İnsanların dini əsaslara uyğun bir həyat tərzi yaşamaması üçün irəli sürdükləri bəhanələrdən digəri də "Dünyaya bir dəfə gəlirik, gəzib əylənməyimizə baxaq" anlayışı, yanaşmasıdır. Öz varlığının da, dünyaya gəliş məqsədinin də zərrə qədər fərqində olmayan həyatı, heyvanlar kimi yemək və içməkdən ibarət görən kəslərin sayı çox təəssüf ki, az görülməyəcək qədər çoxdur. Xüsusilə İslam dini baxımından məsələyə baxıldıqda Quranın ortaya qoymuş olduğu din anlayışı dünya və axirət arasında inanılmaz bir tarazlıq qurmaqda və bir çox ayəsində dünya həyatının axirət həyatına keçişdə bir imtahan yeri olduğunu vurğulamaqdadır. Ayələr dünya həyatının puç və boş arzulara qapılmaması lazım olduğuna diqqət çəkər, ancaq qulların halal dairəsi içində nəsiblərini axtarmasını söyləyər. 

Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir” (Qasas surəsi, 77-ci ayə).

Ayələrdəki əmr və qadağalar həm bəşəri həyata, həm də cəmiyyət həyatına nizam-intizam gətirir. İnananları ədalətin, sülh və qardaşlığın təmin edilməsi üçün işə sövq edər. Halal dairəsi içində dünya nemətlərindən istifadə edilməsini söylədiyi kimi Allah tərəfindən haram qılınmayan şeylərin haramlaşdırılmasını da qadağan edər. Bir kənara çəkilib daim ibadət edilməsini, dünyadan əl-ətək çəkilməsini deyil, dinamik şəkildə həyatın daxilində olmağı, Allahın əmr və qadağalarını insanlara bildirməsini, xeyirə və sülhə yönlənmiş işlərdə yarışmasını və bir mənada sosial həyatın bütün damarlarına nüfuz edilməsini əmr edər. Bununla birlikdə dünya işlərinin Allah rizası üçün ediləcək iş və ibadətlərin qarşısına keçirilməməsinin əhəmiyyətinə də diqqətləri çəkər. İnanan biri üçün dünya həyatı, məhsulu həm dünya, həm də axirətdə alınacaq bir tarla hökmündədir. Tarlanıza nə əkərsiniz, axirətdə də onu biçəcəksiniz. Ancaq bir çox insan dinin ortaya qoyduğu dünya və axirət tarazlığını qura bilmədikləri kimi ağırlığı da daima dünyaya verməyə çalışırlar. "Anı yaşa", "İçində olduğun zamanın dadını çıxar", "Gününü gün et" kimi bəzəkli və sehrli cümlələr ilə həyatdan alınacaq həzzlərin maksimuma çatdırılması, sıxıntı verilən düşüncələrdən uzaq durulması və bu şəkildə həyatın anlıq zövqlərlə sadələşdirilməsi qaçınılmaz olmaqdadır. Məsələnin xülasəsi belədir: 

Dini mövzularda özünü aldatmağın 40 yolu-22

O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq (Əraf surəsi, 51-ci ayə).

Mətbuatda yayımlanan bir xəbərdə İngiltərədə idman paltarları istehsal edən bir firmanın insanların ömrü sona çatmadan etmək istədiklərini təyin etmək üçün hazırladığı bir anketdə iki min yetişkinə "Ölmədən əvvəl ən çox etmək istədiyiniz şeylər nələrdir?" sualına aşağıdakı cavablar gəlmişdir:

1. Varlı olmaq

2. Çin səddinə getmək

3. Dünyanın yeddi möcüzəsini görmək

4. Misir piramidalarına getmək

5. Antarktikaya getmək

6. Afrikada safari 

7. Delfinlərlə üzmək

8. Dünya Kuboku finalını izləmək

9. Tac Mahalı görmək

10. Michelin ulduzlu restoranda nahar etmək

11. Bir ada sahibi olmaq

12. Roman yazmaq

13. Təyyarəçi olmaq

14. Xəyalında qurduğu işi işləmək

15. Las Veqasda qumar oynamaq

16. Bir Hollywood filminə qonaq oyunçu olmaq

17. F1 Yarış maşını sürmək

18. Kraliça ilə tanış olmaq

19. Everestə dırmanmaq

Göründüyü kimi, ümumiyyətlə, insanlar ölmədən əvvəl etmək istədikləri şeylərin içində Allahın razılığını və axirət səadətini

hədəfləyən tək bir şeyə belə yer verməməkdədirlər. Bu necə bir ziddiyyətdir ki, Allahın əmrlərinə tabe olmağa çalışan insanlar, günahlarına görə bağışlanmağı diləyənlər, həm də Allah yoxmuş kimi yaşamağı düşünürlər, xəyal edirlər. Bəs bu qədər insanı qəflətə salan nədir? Şübhəsiz ki, Allah xaricində hər şeyin həyatlarının mərkəzində olması və maddi şeylərə haqq edildiyindən daha çox dəyər biçilməsidir. Dünyaca məşhur komediya aktyoru Jim Carreyin təəccüblü bir cümləsini oxumuşdum. Eynilə belə söyləyirdi:

"Ümid edirəm ki, bir gün hər kəs varlı və məşhur olar. Xəyal etdikləri hər şeyə qovuşar və beləcə əsl cavabın bu olmadığını

anlayarlar". 

Dini mövzularda özünü aldatmağın 40 yolu-22

Həyat fəlsəfəsini "Anı yaşa" ya da "Həyatın dadını çıxar" şəklindəki bəzəkli sözlər üzərinə quran bu qədər insanın ayaq saxlayıb bir

düşünməsi lazımdır. Keçmişdə yaşadığı anlıq zövqlərdən onun üçün nələr qaldı? Yaxud da illər keçdikcə bənzər həzzləri yaşaması insana nə qazandıracaq? İnsanlar Allahın xəbərdarlıqlarını diqqətə almadıqları halda özlərini fəlakətə sürükləyəcək hər cür şeytani dəvəti böyük iştah içində qəbul etməkdədirlər, halbuki həyatları mənalı edən axirət üçün topladıqları olacaq. 

"Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!”– deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir" (Tövbə surəsi, 9-cu ayə).

İnsanlar özlərini gün boyu izlədikləri serial və filmlərdəki məhəbbət macəralarına qapdırırlar. Serialın hekayəsi zehinlərdə elə bir yer alır ki, insan özünü həmin serialın bir parçası hiss edər, serialın qəhrəmanlarından biri kimi zənn edər özünü. Onun kimi danışmağa, onun kimi yeriməyə və onun kimi davranışlar sərgiləməyə başlayar. Qəlibdən qəlibə girər insanoğlu. Mənəvi dünyasındakı əskiklikləri xəyal qəhrəmanları ilə doldurmağa çalışır. Hekayə ilə ağlayar, hekayə ilə gülər və öz həyatında da serialdakı kimi sevgi və səadət istəyər. Məqsədsiz dünyasının məqsədsiz qəhrəmanına çevrilir insan. İnsanların xəyalı ancaq gələcək üçün planlar qurmaq, başqaları kimi ola bilmək, çəhrayı xəyallara aldanaraq həqiqəti görməkdə çətinlik çəkərlər. 

"Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən) qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar" (İsra surəsi, 18-19-cu ayələr). 

Bir çox insanın məqsədsiz, doyumsuz, eqoist bir həyat sürərək dünya arzuları arxasında qaçdığı bir gerçəkdir. Son illərdə müxtəlif kitablar vasitəsilə bütün dünyada bir deyimin inkişaf etdirildiyini görürük. Kobud və söyüşlü olan başlıqlarla insanlarn hər cür hadisələrə qarşı laqeyd bir şəkildə yanaşmalarını tövsiyə edən bu kitablar bir çox insan üçün həyatın nə qədər boş və mənasız olduğunu bir az daha təsdiq etməkdədir. "Həyatda heç bir şey səndən əhəmiyyətli deyil", "Həyatı təsbeh edib yelləyəcəksən" kimi mesajlar məsuliyyətdən qaçmağa meyilli olan insanlara dərman kimi gəlir. Stress və gərginlikdən qurtulmaq üçün resept olaraq təqdim olunan bu boş vermək və laqeydlik hissi içində insanlara başqalarının düşüncələri nə olursa olsun, "siz bildiyinizdə olun" fikrini təlqin etməkdədir. 

Dini mövzularda özünü aldatmağın 40 yolu-22

Bu cür insanlar üçün sadəcə gündəlik zövqlər vardır; sadəcə gündəlik həzzlər üçün yaşadıqları və varlqılarını sorğulamadıqları üçün də belə insanlar heyvanlar kimi həyat sürürlər. Bu vəziyyət Qurani-Kərimdə belə ifadə edilir:

"Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır" (Əraf surəsi, 179-cu ayə).

Çox acdığınızda qarşınıza çox sevdiyiniz gözəl və ləziz bir yemək qoyulduqda onu iştahla yeyərək, ondan zövq alır və bəzən həyəcan içində tez yemək istəyirsiniz. Lazım olduğundan çox yediyinizdə ağzınızda gözəl ləzzət hiss etsəniz də, mədənizdə sancı qalır. Hər səfərində özünüzə hirslənərsiniz, nəfsinizə söz keçirə bilmədiyiniz üçün, eyni xətanı təkrarlayarsınız. Dünya həyatı da belədir; Əvvəlcə ləzzət verir, sonra qarın ağrısı çəkdirir. Dolayısı ilə hər işdə olduğu kimi dünya anlayışında da tarazlığı tutdurmaq əhəmiyyətlidir. Ailə quracaqsa, toyqabağı ehtiyacları və hazırlıqları, köçəcəyi yeni evin əşyaları, qardirobundakı köhnə paltarların yenilənməsi, maşının yeni modelə dəyişdirilməsi və s. kimi ehtiyacların siyahısı tutulması heç bitməz. İnsanlar ancaq bu dünyadakı əskikliklərinin ardınca qaçırlar. Axirətə bağlı işləri görməyi isə unudurlar. Yenə də insan unutmamalıdır: dünyanın əsarətindən qurtulmadıqca ruhun əsarəti bitməz. Kaş ki, geyim-keçimlərinə, mebel və aksessuarlarına, müvəqqəti zövq və ehtiraslarına meyl etdiyi qədər dini həyatlarında da meyl etsəydi insanlar. Ey nəfsim, xilas ol artıq bu bədən sevdasından, dünya qəfəsindən. Okeanda üzmək varkən, sıxışıb akvariumda qalma! 

"Biz yer üzündə olan hər şeyi onun özünə məxsus bir bəzək timsalında etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək" (Kəhf surəsi, 7-ci ayə).

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

 

Tərcümə: Ceylan Mumoğlu


Səslərin sayı: 2
11
964
Loading...
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
Dəniz84,
Təşəkkürlər, Ayselcim. laughing
22 may 2016 19:35
Offline
Aysel İ.
Ceylan xanm sizin bu xəbərləriniz çox gözəldir. Ürəyimdən yazmısınız.
22 may 2016 19:08
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır" (Əraf surəsi, 179-cu ayə).
22 may 2016 18:51
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ceylan Mumoğlu
Nermin_Guler,
Mən də ölməzdən əvvəl çox şey görmək və etmək istəyirəm.

İstəklərinizi yazın.
22 may 2016 18:49
Offline
Nermin_Guler
Mən də ölməzdən əvvəl çox şey görmək və etmək istəyirəm. Çox gözəl maraqlı xəbərdir. Çox faydalı.
22 may 2016 18:35
Offline
Glamurnaya
Ceylan Mumoğlu esl men tesekkur edirem :)
22 may 2016 15:52
Offline
Ceylan Mumoğlu
Glamurnaya,
Təşəkkür edirəm, faydalı olmağa çalışırıq, hamılıqla.
22 may 2016 15:44
Offline
Glamurnaya
ellerinize sagliq Ceylan xanim, tesekkur edirem ki dini movzulara toxunub maariflendirirsiz, bu sizin saytin derecesini diger qadin saytlarindan qat-qat yuksek edir :)
22 may 2016 14:58
Offline
Ceylan Mumoğlu
Azadrenocka,
Oxuya bilməsəniz də cəhd edin, çünki faydalı məsləhətlər yazılıb. laughing
22 may 2016 14:24
Offline
Azadrenocka
niyə uzun yazıyorsunuz, oxuya bilmədim, eh
22 may 2016 13:59
Offline
Ceylan Mumoğlu
Belə. Yavaş-yavaş gəlib 22-yə çatdıq. Yerdə qaldı 18-i laughing
22 may 2016 13:22
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır