“Azərbaycan əsgərinə açıq məktub”
(mənsur şer)
Ey, Azərbaycan əsgəri!
Mərdliyi dillər əzbəri, igid qardaşım!
Səndən tək istəyim vardır,
Qaytar mənə Xankəndini, Qubadlını, Kəlbəcəri,
Qaytar artıq Ağdərəni, Zəngilanı, Füzulini.
Qaytar ana yurdumuza doğma eli-obasını.
Qaytar düşmən tapdağında qan ağlayan
Vətənimin lalə düzlü torpağını.
Qaytar bizə Xocavəndi, Şuşa, Laçın, Cəbrayılı.
Qaytar əziz torpağımı, bulağımı, hər daşımı.
Qaytar artıq bitsin gözlərimdəki yaşım,
Qaytar daha qalmayıbdır Şəhid verəcək qardaşım.
Qaytar daha yetər artıq səndən ayrı dolandığım,
Qaytar mənə qara bəxtli, qara bağlı Qarabağı.
Qaytar daha bitsin həsrət, fərəhlənsin bütün hər kəs.
Sən qoçaqsan, sən igidsən, sən Azəri igidisən,
Koroğlunun ər köküsən.
Kəs ayağın namərdlərin sıldırımlı qayalardan.
Lalə bitən çəmənimin hər qarışı geri dönsün.
Bitsin daha ayrılıq da, göz yaşı da.
Əzab görmüş günahsız körpələrim,
Analarım-bacılarım,
Şəhid olan qardaşlarım hüzur tapsın.
Ümidimiz, güvənimiz heç bitməsin, tükənməsin.
Üç rəngli bayrağımız Qarabağda dalğalansın.
Geri qaytar, zəfər qazan, şanlı igid qardaşım!
Qarabağı qaytar mənə elə bu gün, gözləməyək daha bir gün.
Təmizlənsin el-obamız yağı düşmən tapdağından.
Heç qorxmasın xarıbülbül, az qalıbdır qovuşmağa,
Üşüməsin qızıl laləm, tər bənövşəm.
Daha onu əzən deyil, sevgi ilə qoxlayanım
İgid, cəsur qardaşlarım xilas edib qaytaracaq!
Muğam səsi el-obamda az qalıbdır, səslənəcək!
Ey, qardaşım! Eşit məni, eşit anaların neçə illik naləsini.
Eşit gözü yaşlı bacıların, yetim qalan körpələrin,
Yurdsuz olan qocaların bir nəfəsə dediyini:
-“Qaytar bizə Qarabağı! Qaytar geri torpağımı!”
Haydı mənim igidlərim, sındır düşmən səngərini,
Qov düşməni didim-didim, rədd olsunlar itim-itim.
Bəsdir gün gördülər güngörməz torpağımda.
Dağ çəkdilər sinəsinə, kül basdılar ürəyinə.
Daha bəsdir qız-gəlinim əsirlikdə əzab gördü.
Artıq bitsin həsrət, zülüm, qaytar geri torpağımı.
Qaytar geri Qarabağı! Qaytar geri torpağımı!
Xəyalə Murad
16.04.2016
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda daha 63 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Mobil telefon satışları niyə artır?
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Hülya Avşardan hamam FOTOsu
Azərbaycan ordusunun təlimləri bitdi
Azərbaycan hərbçiləri sertifikat aldı
Hörüklü saç modelləri
Müharibə və qadın..
Ərikli küftə (foto resept)
Maraqlı şəkillər
Yeni peyvənd gəlir
"Bozun 50 çaları" filmindən ilk görüntülər
Qəribə toy: bəylə gəlin yuxarıda, qonaqlar aşağıda
2018-in gəlinlikləri
Digər ölkələrin toy adətləri
Depressiyadan xilas olmaq üçün 13 üsul
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
İnsanlar yadplanetliyə ÇEVİRİLƏCƏK: orqanlar tamamilə dəyişəcək
Payız geyimləri
Muncuqdan üzük hazırlayaq
Qazaxda 1200 rayon sakininə qurban payı göndərilib
Türkiyə Rusiya ilə sərhədləri açır - Dəqiq tarix bəlli oldu
Buğa bürcü qadınına nə hədiyyə etməli?
Dirsəkdəki qaralmaları aradan qaldıran üsullar
"Verilişlərin keyfiyyəti aşağıdır, amma..."
"Canlı Barbi" idmançı oldu
Hava haqqında - 12.08.2013
Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb
Xoşbəxt evlilik sizin əlinizdədir
Şokoladlı kokteyl (foto-resept)
Günəş
Cənubi Koreya Kim Çen Inla bağlı kəşfiyyat məlumatlarını açıqladı
"ASAN xidmət"in səlahiyyətləri artırıldı
Günün qoroskopu: laqeyd olmayın
"Babil" serialının səhnəsi sosial mediada SƏS-KÜY yaratdı - VİDEO - FOTO
Deputat: "Biz Allaha qarşı gedə bilmərik”
Ayaqqabıya başqa görünüş vermək
Azərbaycanda ehtiyatda olan hərbçilər geri çağırılır
Əliyev türkiyəli həmkarı ilə Gəncədə görüşəcək
Əsgərlərimiz Qafan aeroportunun qarşısında Azərbaycan bayrağı qaldırdılar - VİDEO
Gimnastımız Avropa çempionatında 3-cü oldu
Vaginizmdən xilas olmaq üçün nə etməli?
Bu xəstələr qısa müddətdə həyatını itirir...
Karantin dövründə yorulmuş əllərə qulluq
Prezident xanımı ilə ziyafətdə - FOTO
Qoşunların təmas xəttində monitorinq keçiriləcək
Türkiyədə zəlzələ olub
Diabet xəstəsinin əl işləri
Deputat: "Azərbaycanda erkən nikahların qarşısı maksimum dərəcədə alınıb"
Xanımlar üçün müxtəlif geyimlər
- ŞƏRHLƏR