Qəlbin dörd afəti (bəlası) bunlardır; -Uzun-uzadı arzular (daha artığını əldə etməyə çalışmaq) -Tələskənlik -Həsəd -Lovğalıq
1.Uzun-uzadı arzular
Uzun-uzadı arzular, bütün pisliklərin səbəbi və bütün xeyirlərin əngəlidir. İnsanları hər cür bəla və imtahana salan uzun –uzadı arzu fitnəsidir. Daha çoxunu istəmək arzusu, bu dörd şeyi də özü ilə gətirər; -İbadəti tərk və tənbəllik. Sən davamlı “ sonra edərəm!” deyərək ibadətləri təxirə salar, tənbəllik edərsən -Tövbəni tərk və sonra edərəm düşüncəsi. Bu halda həmişə “ sonra tövbə edərəm!” deyərsən. -Daha artığını istəmək səni dünyaya rəğbət bəsləməyə və onu əldə etmək istəyinə sürükləyər. Bu halda, “ nə yeyəcəyəm, nə geyinəcəyəm?!” dərdiylə məşğul olarsan. Bu düşüncə ən azından qəlbini məşğul, vaxtını zay edər, dərdini çoxaldar. -Qəlb qatılığı və axirəti unutmağı. Sən, çox uzun müddət yaşayacağını düşündükcə, axirəti heç xatırlamazsan, hətta ölümü və qəbri ağlına heç gətirməzsən; bütün düşüncən dünya olar; bu səbəblə qəlbin qalınlaşır. Allah-Təala bu mövzuda belə buyurmuşdur; ‘Onlara zaman uzandı qəlbləri qatılaşdı’ (Əl –Hədid 57/16) Daha artığını əldə etmək düşüncəsi necə dünya sevgisindən meydana gəlirsə, əlacıda bu sevgini qəlbdən çıxarmaqdır ki, dünyanın nə olduğunu yetərincə bilən biri onu sevməz. Çünki dünyanın ləzzətinin qalıcı olmayıb, bir neçə günlük olduğunu; nəticədə ölümlə yox olub gedəcəyini və indidə üzgünlük, kədər və müsibətlərlə qarışıq bəladan boş olmadığını anlayar. Bu istəklərdən xilas olmağın çarəsi, az istəyə sahib olmaqdır. Qazalinin sözləri bu mövzuda olduqca diqqət çəkicidir.; “Axirət müddətinin uzunluğunu və ömrünün qısalığını düşünən kimsənin axirəti tərk edib dünyaya əyilməsi; bir kimsənin yuxudakı gümüşü, gerçəkdə olan qızıldan daha çox sevməsi kimidir. Çünki dünya, yuxu kimidir. Cəhalətin çarəsi də, xalis bir təfəkkürdür. Məsələn; belə bilməlidir ki, ölümün ipi onun əlində deyildir. Çünki insan istədiyi vaxt ölüm gəlməz. Elə isə gəncliyə güvənilməməlidir.
2.Tələskənlik
Xeyirli işlərdə və ibadətlərimizi yerinə yetirməkdə tələsmək lazımlıdı, yaxşıdır. Bunun əksinə tələsmək şeytandan, səbrlə davranmaq Allahdandır ( Tirmizi) Tələsən insan sağlam düşünməz, şeytanın vəsvəsələrinə tez qapılır. Dolayısıyla bu hal, xəta etməyə daha meyillidir. Tələsmək, daha tez yüksəlmək azrusu insanı həm məqsədinə çatmaqdan məhrum edər, həmdə günahlara çəkər. Bir insan işlərində yaxşı düşünmədən, araşdırmadan, əslini anlamadan hərəkət edərsə, o işlərində lazım olduğu kimi məsuliyyətli davranıb, diqqət etməz. Belə biri, tapdığı hər qidaya əl atar; belə olduqda xeyli harama və şübhəli şeylərə meyl edər, hər düşündüyünü deyər, bir çox xəta edər. Bu xəstəliyin dərmanı isə, həqiqət sahibi olmaq və səbrlə hərəkət etməkdir. Dürstlük, görülən işlərdə son dərəcə diqqətli hərəkət etmək, o işi görmədən əvvəl onu dərindən incələmək və ona görə hərəkət etməkdir. Əgər şəxs həqiqət sahibi olarsa; tələskənlikdən xilas olar və sözündə, yeməsində, içməsində, geyimində diqqətlə davranar. Səbr isə, tələsməyin ziddidir. Qəlbə gələn hər düşüncəylə tez əməl etməmək, dayanıb düşünmək və Allahın razı olacağı şəkildə davranmaqdır. Heç birimiz bundan boş olmadığımız kimi; gördüyümüz hər iş və ibadətdə də bu təhlükələr mövcutdur; buna görə bu təhlükəni görüb, bunun islahı üçün səy göstərməmiz lazımdır.
3.Həsəd
Həsəd, ən birinci qulun ibadətlərini pozan, qəlbin qararmasını; beləliklə, zamanla ölməsinə səbəb olan, şəxsi bitmək bilməyən işlərlə məşğul edən, onu daima günaha sövq edən son dərəcə çirkin bir xüsusiyyətdir. Əgər bir kimsə; Allah-Təalanın müsəlman qardaşına verdiyi və ona yararlı olan bir nemətin ondan getməsini istərsə, o şəxs həsəd etmiş olur. Yox əgər o nemətin qardaşından getməsini istəmədən, eynisindən onda da olmağını istərsə, buna qibtə deyilir. Əgər müsəlman qardaşının sahib olduğu nemətin ona fayda yerinə zərər gətirən bir şeysə, onun əlindən o şeyin getməsini istəmək, dini bir səydir. Həsəd, qibtə və səy arasındakı fərq budur. Həsəd aparan bir şəxs, əslində uca Allahın nemətinə düşmanlıq edib, Allahın iradə və hökmünə hirslənmiş, razılıq göstərməmiş olur. Bu da insanın haqq yoldan döndərib, pərişan olması üçün kifayətdir. Bu qismətə etirazın dəlili isə bu ayədə qeyd olunur; “Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar?…’ (Nisa 54.) -Həsədin çarəsi də, onun əksi olan səmimiyyətdir. Yəni Allahın; müsəlman qardaşına verdiyi faydalı bir nemetin o şəxsdə qalmasını istəməkdir. -Yenə bu çirkin xasiyyəti səmimiyyətlə dəyişdirəcək digər bir çarə isə; Allah-Təalanın bütün müsəlmanları dost bilməyi vacib etdiyini düşünməkdir. Bu anlayışı qavramanın yolu da, Allah-Təalanın müəlmanın haqqını nə qədər böyük tutduğunu, onun qiymətini nə qədər ucaltdığını, bu dostluqla dini və dünyəvi faydaları düşünməklə gerçəkləşir. -Həsəddən uzaq olmağın başqa bir əlacı isə əsəbləşməməkdir. Çünki bilməliyik ki; əsəbdən kin, kindən də həsəd doğar. -Həsədin, dünya və axirətdə özünə zərər, həsəd edilən birinə də fayda gətirdiyinə inanmaq bir başqa dərmandır. Çünki heç bir vaxt keçməz ki, ona-həsəd edilənşəxsə- nemət hasil olmasın. Buna görə düşmanı üçün arzu etdiyi əziyyət, narahatlıq özünə gələr. Çünki həsəddən daha böyük bir bəla və narahatlıq yoxdur. Ona görə o nemətin də təqdiri İlahidən bir müddəti vardır. O müddət nə artar nə azalar.
4.Lovğalıq
Lovğalıq, özlərini başqalarından böyük və yüksəkdə görməkdir. İnsanı heç aman vermədən məhvə aparan bir xəstəlikdir. Lovğalıq, Allah ilə qul arasında böyük bir pərdədir. Neçə pis əxlaqlar bundan yaranar və insan öz şərəfini beləcə aşağı çəkibb, gözəl əxlaqlardan məhrum qalmış olur. Çünki lovğalıq halı özünə qalib gələn kimsə, özünə layiq gördüyünü müsəlmanlara layiq görməz. Bu da möminlərin xüsusiyyəti deyildir. Heç kimə təvazu etməz, bu isə müttəqilərin halı deyildir. Lovğa biri, kin və həsəddən xilas olmaz, hirsini ram etməz, dilini qiybətdən qorumaz, qəlbini hiylə və aldatmadan təmizləməz, işlərdə bər-bəzəyə qaçar, az keyfiyyətlə qane olmaz ki, bu həm israfdır, həm də böyük bir günahdır. Özünü yüksəkdən aparmaq və özünü bəynmişlik fəzilətləri silər və kiçiklik qazandırır. Buna görə mütəfəkkirlər ; “ Elm həya ilə böyüklük arasında olmaz. Sel yüksək binalara necə düşmansa, elm də özündənrazılara elə düşmandır..” dedilər. Lovğalığın çarəsi isə təvazüdur. Təvazu halı, qulun yaradılışdakı ilk halını düşünməsi, başına gələn ən kiçik bir müsibət də acizliyini hiss etməsi və bu kimi xoşagəlməz halları düşünərək ələ keçər və qorunar. Qazlinin bu mövzudakı misalı ağıllarımıza və qəlblərimizə bir şəfa keyfiyyətindədir. “ İnsan ölüb gedəcəkdir. Nə eşitməsi, nə görməsi, nə gözəllik nə kamalı, nə də bədən və əzası qalmayacaqdır, bəlkə elə pis qoxulu bir murdar olar ki, hər kəs ondan qaçar, yanından keçərkən burnunu tutar. Torpaqdakı həşəratların, qurdların qarnında zibil olub dəyərsiz və qiymətsiz olan torpaq olar. Əgər torpaq olmaqla iş bitsə, yenə yaxşı idi və heyvanlarla birlikdə olardı. Bu səadəti belə tapa bilməz. Bəlkə qiyamətdə dirilib dəhşət və qorxu məqamına götürüləcəkdir. Belə ki, yarılmış göyləri, tökülmüş ulduzları, tutulmuş ay və günəşi, yun kimi atılmış dağları, mələklərin əlindəki kitablarda ömür boyu işlədiyi günahları, pislikləri tək-tək oxuyub xəcalət çəkər. Onda, gəl bura cavab ver! Filan sözü niyə dedin, filan yeməyi niyə yedin, o işi niyə etdin, filan yerdə niyə oturdun, nə üçün baxdın və niyə düşündün ? deyəcəklər. Əgər Allah qorusun, bu sualların altından qalxmazsa, onu cəhənnəmə apararlar. O vaxt nə olardı mən donuz, yaxud it, ya da torpaq olaydım, çünki bunlar bu əzabdan xilas olmuşlardır, deyəcəkdir. O halda, halı it və donuz halından daha pis ola biləcək bir kəsə lovğalanmaq necə caiz olar və qürrələnmək ona necə yaraşar?”
XƏBƏR LENTİ
Möcüzəvi bal
Uşağın böyüməsi və inkişafı
“Ağıllı mauslar” tərcüməçilik edəcək
Birce Akalay
Baykal gölü ikiyə ayrıldı
Selena Qomes artıq İnstagramda ən məşhur ulduz deyil
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
"LACOSTE"dən çantalar
Şardan hazırlanan bəzəklər
Bu xəbərdən sonra dənizdən çıxmayacaqsız
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Türkiyə Milli Müdafiə Nazirliyindən Azərbaycana dəstək paylaşımı
Qadınlar üçün 12 qızıl qayda
İşğaldan azad edilmiş Kəlbəcərin kəndindən görüntülər - VİDEO
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Qocalma əleyhinə preparat hazırlandı
Bu günün hava proqnozu
Çavuşoğlu Lavrovun sualına sualla cavab verdi
Kosmosdan gələn əcaib məxluq peyda oldu
Dünyada ilk- printerdən maşın çıxdı
Piyada keçidindən istifadə etməyənlər cəzalanacaqlar
Urmiya gölü niyə quruyur?
Gözəlliyin karyerada rolu
Minimalist manikür nümunələri
Səyahət üçün ən gözəl yerlər
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Musiqidən danışaq
Eser Yenenlerden hamiləlik pozu-FOTO
“Telegram”da videozəng funksiyası təqdim olundu
Zeyn Maliki ölümlə hədələdilər-FOTO
"Terminator"un məşhur aktyoru intihar etdi-FOTO
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Bakının üstünü alan duman nədir?
Şokoladlı keks (foto resept)
Çağla Şikel uşaqlıq FOTOsunu paylaşdı
Acı çəkirsinizsə öyrənə bilməzsiniz!
Azərbaycanda zəlzələ
Çağla Şikelin Üzü Şişdi-SƏBƏB
Zəhər zərərsizləşdirən quşlar
Tavada albalı piroqu (foto-resept)
Tərəvəzli noxud şorbası
Məşhur reperin həyatı təhlükədədir-SƏBƏB
Dırnaq yemək vərdişi
Cennifer Lopez sirri açdı-FOTO
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Günün ulduz falı
Latviyaya səyahət
Uzun illərin ayırmadığı məşhur cütlüklər
Türkan Şorayda gözəl addım-FOTO
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
- ŞƏRHLƏR