Bakıda hava
USD AZN
EUR AZN
08:58Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41205

Tolstoyun "Hz.Məhəmməd (sav)"haqqında əsəri

Rus xalqı, xüsusən alimləri Tolstoyu (1828 - 1910) böyük heyranlıqla sevir və əsərlərini oxuyurdular. Lakin onun İslamı qəbul etməsi xəbərinin yayılması , Rusiyada böyük kütlə arasında İslama qarşı güclü qarşıdurma yaradacağını bilirdilər. Buna görə də Tolstoyun Hz.Məhəmməd (Sav)-ın hədislərindən ibarət yazmış olduğu kitabçasını KGB kimi Rusiya kəşfiyyat qurumları gizlətməyə, unutdurmağa və çap olunmasına mane olmuşdular. Tolstoy bu risalə (kiçik ölçülü kitab,kitabça) ilə, Rus oxucularını Hz.  Məhəmməd(Sav)-ın hədisləri ilə tanış eləmişdir və bu risalənin Rus xalqına və onları aldadan komunist rejimə dərs vermək gücünə malik olmasına xüsusi diqqət yetirmişdir.

 

"  Məhəmmədilik xaça sitayiş etməklə, Xristianlıqla müqayisə edilməyəcək qədər yüksəkdə durur. Əgər insan seçmək hüququna sahib olsaydı, ağlı başında hər bir insan,  heç tərəddüd etmədən Məhəmmədiliyi; tək olan Allahı və Onun Peyğəmbərini qəbul edərdi."
Lev Nikolayeviç Tolstoy.
"Məhəmməd mənim üçün hər zaman Evangelizmdən(Xristianlığıqdan) üstündür. O , insanı Allah saymır və özünü də Allahla bir tutmur. Müsəlmanların Allahdan başqa ilahı yoxdur və Məhəmməd onun Rəsuludur. Burada heç bir müəmma və sirr yoxdur"
Lev Nikolayeviç  Tolstoy.

 

Tolstoyun Peyğəmbərimiz Məhəmməd(Sav)-ın hədisləri ilə bağlı kitabçası uzun illərdir Türkiyədə nəşriyyatlar arasında bilinən amma oxucuya çatdırılmayan, gizlədilmiş bir kitabdır. Çünkü Tolstoy kimi dünyaca məşhur bir yazıçının Həzrəti Məhəmməd (Sav)-ın sözlərinə maraq göstərməsi və bunu toplayıb Rus xalqı ilə paylaşmaq istəməsi inanc və mədəniyyət dünyası üçün olduqca təhlükə idi.
Senzuraçı bir yanaşmaya görə , belə bir örnək var; 1978-ci ildə bu risalənin giriş bölməsini yayımlamaq istəyirlər. Fəqət mətbuata nəzarət edən dövlət idarəsi bu yayına icazə vermir. Səbəbsə, Tolstoy kimi dahi bir Rus yazıçısının İslam dini və Hz. Məhəmməd (Sav) haqqında müsbət və tutarlı fikirlərin irəli sürməsidir. Redaktor bu yazıya görə qəzetin yayımını uzun müddət gecikdirir. İcazə üçün bu dəfə Moskvaya müraciət edilir. Ordan "Bəli çap edə bilərsiniz" cavabının gəlməsi ilə risalə oxucularına qovuşur. Beləliklə bu kitabdakı məktublar ilk dəfə olaraq 1978-ci ildə Azərbaycan nəşriyyatında Azəri - Türkcəsi və Rus dilində çap olunur.

 

Rusiyada, Rus milliyyətli, İslamı qəbul etmiş Valeriya Porohova adında bir qadın vardı. Bu qadın bir Ərəblə evlənmiş və 11 il həyat yoldaşı ilə Səüdiyyə Ərəbistanında yaşamışdı. Bu müddət ərzində İslam dinini yaxşıca öyrənmiş və müsəlman olmuşdu. Porohova  Qurani-Kərimi Ruscaya tərcümə etmiş; İlahiyyatçılar da bu tərcüməni bəyənmişdilər. Xanım Porohova  Tolstoy və İslam mövzusunu mediada cəsarətlə işıqlandırmışdı. Valeriya  Porohova , L.N. Tolstoyun ömrünün son illərində İslam dinini qəbul etdiyini və bir Müsəlman kimi torpağa tapşırılmasını vəsiyyət etdiyini  Sovet mediyasında dilə gətirmişdir. Sovet hökuməti uzun illər bu  həqiqəti gizlətməyə çalışmışdır. Valeriya Porohova bu vacib sənədi cəsarətlə açıqlayıb , yayınlanmasına nail olmuşdur. Porohovanın açıqlamalarına görə Tolstoy  müsəlman qayda-qanunları ilə dəfn olunmuşdu. Onun məzarının üstündə Xristian simvolu olan "Xaç"ın olmaması da bunun aydın dəlili olaraq göstərilmişdir.

Səslərin sayı: 1
6
1843
loading...
Şərhlər
Offline
Iceberg
Ilk defedir ewidirem bunu. Men oxudugum menbelerde omrunun son illerinde ifrat dine baglandigi ucun aglinn itirdiyin qeyd edirdiler, amma hansi din? Bunu qeyd etmeyibler xatakarlar
15 aprel 2016 12:24
imza: shafaabdulla.blogspot.com
Offline
Sonay Quluzade
Axır vaxtlar Tolstoy və onun bacısının müsəlman olması barədə xəbərlər tez-tez yayımlanır, şəkil variantında olsa da. Doğrusunu Allah bilir. Problem müsəlmanam deyənlərin Allahla yanaşı qulları tutduqlarındadır. Dar anlarında Ya Allah əvəzinə, Allahın qullarının adlarını çəkirlər, bilə-bilə ki, o qul artıq yoxdur və səni eşitmir. Uzun sözün qısası insan gərək əqidəsində düz ola. Haqq zatən var və həmişə də olacaq, azmağın nəticəsini çəkmək qalacaq azanlara. Allah xalqımıza hidayət versin, bizi İslamla (əsl İslamla) zinətləndirsin bir ümmət olaraq.
Xəbərə görə təşəkkürlər, mənim üçün maraqlı xəbərdir inşəAllah.
15 aprel 2016 12:18
Offline
Ceylan Mumoğlu
Ayyy nə yaxşı, Kübranən xəbəri var, həm də belə maraqlı, məktəbə gedim qayıdım oxuyacam.
15 aprel 2016 11:09
Offline
Kubraİdrisova
Bəli, Çünkü xaçpərəstlər bunu özlərinə sığıdırmırdılar. Gizli saxlanılırdı.
15 aprel 2016 11:01
Offline
Emma Svon
Mən Hüqonu da müsəlman bilirdim. Ya səhv bilirəm? Gərək axtarım, dəqiqləşdirim
15 aprel 2016 10:55
Online
Xəyalə Murad
Bildiyim qədəri ilə bir çox məşhur yazıçılar İslam dinini qəbul etmişdilər. Ancaq həqiqət heç zaman gizli qalmır. Gec, ya da tez üzə çıxır, aşkarlanır.
15 aprel 2016 10:21
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )