Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
18 iyul 19:20Ayla Ayla Vauu mən də istiyirəm!!! 18 iyul 19:20Ayla Ayla Bu nə gözəl saçlardı belə
40758

Duyğu xarici qavramalar

Duyğu xarici qavramalar
Duyğu xarici qavrayışlar mövzusunda araşdırmalarıyla tanınan Neyrobiologiya mütəxəssisi Dr. Sultan Tarlacı, “Fotonal üzərində aparılan kvant təcrübələrinə görə, gələcək və ya keçmişdəki beyinlərdən məlumat almaq ehtimal edilir” deyir. Dos. Dr. Tayfun Doğan da xoşbəxtlik üzərində apardığı təcrübələr nəticəsində, insanın xoşbəxt olmasında irsiyyətin vacibliyinə diqqət çəkir.
Duyğu xarici qavramalar və psixoloji bacarıqlar üzərində çalışan Nevroloji mütəxəssisi Dr. Sultan Tarlacı, gələcəkdə və keçmişdə ölən bütün insanların beyninə çataraq məlumat almağın, kvant təcrübələrinə görə mümkün ola biləcəyini vurğulayır.
Beynin elmi olaraq açıqlanmamış bacarıqları vardırmı? 
Beyinin açıqlanmamış bacarıqları və sirrləri əslində çoxdur. Məsələn; bu gün üçün şüur dediyimiz şeyin ət beyindən necə yarandığını anlaya bilməmişik. Subyektivlik halını da tapa bilməmişik. Mənim gördüyüm qırmızı alma ilə səninki eyni deyil. Elmin bu gün üçün izah edə bilmədiyi hadisələrdən biri də duyğular xarici qavrayışdır. Buna görə şüur və ya niyyət kəllə xaricinə çıxır və ehtimal edilən müddətlərə də təsir edə bilir. Duyğular xarici qavramanın bir parçası olan əvvəldən bilmə və sezmənin necə olduğu bütünlüklə müəmmadır.
Təhlükələri hiss edə bilir
Duyğu xarici qavrayışlar mövzusunda araşdırmalarınızla tanınırsınız. Bir nevroloq olaraq sizi bu təcrübələrə çəkən nədir?
Uşaqlığımdan bəri söylənilən “ cin vurdu, dua, əvvəlcədən yuxusunda gördü, məzarında alov göründü, at üstündə zirehli və əlində nizəli adamlar gördüm…” kimi şeylərə həmişə şübhə ilə, amma bir o qədər də maraqla baxırdım.
Peşəkar maraq isə 2009 da Stephan Schwartz ilə tanış olmağımdan başladı. Uzun illər Amerika Müdafiə Nazirliyinə bağlı uzaqdangörmə-safgörüntü üzərində işləmiş, araşdırmış, yazmış biridir. Daha sonra aldığım ilhamla niyə ölkəmizdə belə bir qrup yoxdur deyib, internet üzərində bir qrup qurdum. Yuxuları və xüsusi bacarıqlı şəxslərdən safgörüntülərini toplamağa başladıq. Qeydə aldığımız bir çox hadisə də gördük ki, insanlar gələcəkdəki təhlükələri əvvəldən sezə bilir.
Keçmişdən məlumat ala bilərik 
Duyğu xarici qavramalar
Dünyada aparılan son təəccübləndirici beyin araşdırmaları nələrdir?
2014 –cı ildə  Dean Radinin niyyətin fontonları bir istiqamətdə yayındırması məncə ən vacib və təəccübləndirici araşdırmadır. Fizika jurnalında  dərc olundu, ancaq təsiri olmadı. Çünki yenilənən elmi biliyə zidd durumdur. Bunun xaricində həmişə kvant məkanı dolaşıqlığı bilirdik, artıq zamanda kvant dolaşıqlıq anayışı da meydana çıxarıldı. Bu dolaşıqlıq həqiqətdirsə, gələcəkdə və keçmişdə ölən insanların beyinlərinə çatmaq və məlumat almaq mümkün ola biləcəkdir.
Xoşbəxtlik 100 –də 50 genetik 
Xoşbəxtliklə bağlı apardığı akademik təcrübələrlə tanınan Üsküdar Universteti Psixologiya bölümündən Dos.Dr. Tayfun Doğan, xoşbəxtliyə təsir edən faktorları, genetik, həyat şərtləri və məqsədli fəaliyyətlər olmaqla üç başlıqda toplayır. Dr. Doğan dünyada xüsusilə əkizlər üzərində aparılan araşdırmaların,  xoşbəxtlikdə genetik faktorların müəyyənləşdirici olduğunu isbatladığını vurğulayır.
Pul 100-də 10 təsirlidir
Dos.Dr. Doğana görə, genetik faktorların xoşbəxtlik üzərindəki təsiri təxminən 100-də 50-dir. Bu nəticə bir az bədbin olsa da, xoşbəxtliyi müəyyənləşdirən  digər 100-də 50-lik  hissə bir az daha bizim nəzarətimizdədir. Həyat şərtləri adı verilən ikinci qrup faktor, xoşbəxtliyi 100-də 10 faizlə təsir edir. İnsanların böyük əksəriyyəti xoşbəxt ola bilmək üçün bu faktorlar üzərində duraraq bu şərtləri yaxşılaşdırmağa çalışır. Məsələn; “ varlı olsam xoşbəxt olaram” deyir. Halbuki ekonomik şərtlərin dəyişdirilməsi xoşbəxtlik üzərində ən çox 100-də 10 faiz təsirlidir.
Araşdırmalar orta səviyyədə bir gəlirə sahib insanların, gəlir səviyyəsi az, kasıb insanlara görə daha xoşbəxt olduqlarını qeyd edir. Ancaq orta səviyədə gəlirə sahib insanlarla çox yüksək gəlirə sahib insanlar arasında xoşbəxtliklə əlaqəli ciddi bir fərq görünmür.
Duyğu xarici qavramalar
100-də 40 yardımsevərlik 
Geriyə xoşbəxt olmaq üçün 40-lıq bir ehtimal qalır.Yəni məqsədli ömür fəaliyyətlərindən əldə ediləcək xoşbəxtlik “ bu qrupdakı fəaliyyətlərin genetik faktorlar və həyat şərtlərindən  fərqi isə nəzarətin böyük səviyyədə bizim əlimizdə olmasıdır” deyən Dr.Doğan, xoşbəxt olmaq üçün bu 100-də 40-lı sahədə fəaliyyət göstərməmizin daha məntiqli olduğunu qeyd edir. Bəs məqsədli həyat fəaliyyətlərinin əhatəsində nələr var? Yaxşılıq, heysiyyat, yardımsevərlik, şəxslər arası münasibətdə məmnunluq, dini inacların şərtlərini yerinə yetirmə, məşq etmə, əfv etmə və sağlam ailə münasibətləri, məqsədli fəaliyyətlərin əhatəsindəki faktorlardır.
Səslərin sayı: 3
9
1236
loading...
Şərhlər
Offline
Iceberg
Yaxşılıq, heysiyyat, yardımsevərlik, şəxslər arası münasibətdə məmnunluq, dini inacların şərtlərini yerinə yetirmə, məşq etmə, əfv etmə və sağlam ailə münasibətləri, məqsədli fəaliyyətlərin əhatəsindəki faktorlardır.
1 fevral 2017 14:41
imza: shafaabdulla.blogspot.com
Offline
Nermin_Guler
Maraqlı məlumatlardır. Ancaq Xoşbəxtlik hər yerdə var əsas onu görə bilməkdir.
13 aprel 2016 08:15
Offline
Aida M-ova
Ceylan Mumoğlu,
Mən təşəkkür edirəm vaxt ayırıb qiymətləndirdiyiniz üçün smile Mənim özümündə xoşum gəlir belə xəbərlərə olduqca tərcümə edəcəm inşəAllah
12 aprel 2016 21:07
Offline
Kubraİdrisova
təşəkkürlər. Çox maraqlı oldu :)
12 aprel 2016 20:50
Offline
Ceylan Mumoğlu
Sultan Tarlacının bu araşdırmalarını çox xoşlayıram və izləyirəm. Aida sənə təşəkkür edirəm, tərcümə üçün. Həqiqətən bu cür paranormal hadisələrin açıqlanması və saytımızda da dərc edilməsi bir başqa fərq qatır xəbərlərimizə.
12 aprel 2016 20:44
Offline
Aida M-ova
Xəyalə bilmirəm Tarlacının 197 gün kitabını oxumusan ya yox, mən elektron versiyasını oxuyuram çox maraqlıdır. Belə hallar qeyd edilib

Aysel nə bilim varlı deyiləm amma özümü bədbəxt də hiss etmirəm. smile

Səma mən başladımsa səndə bismillah et smile
12 aprel 2016 19:38
Offline
Xəyalə Murad
Beynin necə mükəmməl olduğu haqqında çox oxumuşdum amma bu dərəcəsini bilmirdim. Yəni mümkündür?
12 aprel 2016 18:10
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Pul hər şeyi həll etmir. Ancaq çox şeyi həll edir. Ona görə varlı olsam xoşbəxt olaram deyə düşünən insanlar hardaasa doğru düşünürlər.
12 aprel 2016 17:20
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
●♥ Səma ♥●
Oxudum.Düzdü,anlamadığım,mənə qaranlıq qalan çox şey oldu(məlum,bir az çətin sahədir beyin sahəsi,ən azından mənə görə),amma maraqlı tərcümə olub.Əməyini alqışlayıram,Aida.Sağ əlin mənim kimi tənbəllərin tənbəlinin başına biggrin blush
12 aprel 2016 15:07
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış