Bakıda hava 10°
USD AZN
EUR AZN

Dini mövzularda özünü aldatmağın 40 yolu-20

Dini mövzularda özünü aldatmağın 40 yolu-20

Artıq dövr dəyişdi

İnsanların dinə baxışlarını çox müxtəlif baxışlar altında dəyərləndirmək mümkündür. Bəzi insanlar yerinə yetirmədiyi dini öhdəlikləri səbəbilə utanc hissi duyarkən, bəziləri özlərinə görə bir sıra bəhanələr irəli sürərlər. Bu bəhanələrdən ən narahat edici və səmimiyyətsiz olanlardan artıq dövrün dəyişdiyi və keçmişdə müxtəlif səbəblərlə haram edilmiş və ya edilməsi əmr olunmuş şeylərin etibarlı olmaması iddiasıdır. Bu zamanda faizin iqtisadi həyatın bir gerçəyi olduğu, köhnədən natəmiz olduğu üçün donuz ətinin qadağan edildiyi, amma artıq donuzların sağlam şərtlərdə yetişdirildiyi üçün bu cür qadağaların lazımsız olduğu, köhnədən bəzi insanların içki içib dava-dalaş saldıqları üçün içkinin qadağan edildiyi, indi özünü tanıyanın içki içməsində bir təhlükə olmadığı, yaxud da köhnədən ərəblər çirkli və tənbəl olduqları üçün namaz qılınması əmr olunduğu, amma artıq buna ehtiyac olmadığı şəklində əsassız və uydurma bəhanlərlə bəzi dini əmr və tələblərin müasir dünyamız üçün mənasız olduqları iddia edilir. 

Bununla birlikdə insan fərdi və ictimai həyatla əlaqəli müxtəlif mövzularda da deyimlərlə qarşılaşır. "Əzizim, sənin dediyin köhnələrdə idi, indi müasir olmaq lazımdır, müasirliyə ayaq uydurmaq lazımdır" şəklilndə cümlələrlə bir sıra dini əmr və qadağaların artıq yerinə yetirilməsi mümkün olmayan şeylər kimi dəyərləndirilməsini görürük. Homoseksuallıq və evlilik xaric birlikdə yaşamaq kimi şeylərin həyatın gerçəyinə çevrildiyi və müasirləşmə göstəricisi olduğu iddia edilir. Şübhəsiz hər kəs həyatında etdiyi tərcihilərin hesabını Allaha verəcəyi üçün istədiyi şəkildə ömür sürməkdə sərbəstdir. Amma bu sərbəstliklər dini baxımdan xoş qarşılanmayacağı kimi bu və ya bənzəri həyat tərzlərinin müasirlik göstəricisi kimi dəyərləndirilməsi də mümkün deyildir. 

İnsanın etmək istəmədiyi şeylər üçün saysız bəhanələr gətirməsi vardır. Ancaq etməməsi bir tərəfə, etməməsinin gərəkliliyi üçün irəli sürdüyü iddialarla Allaha və Kitabına qarşı iftiralar söyləməsi qəbul edilə bilməz. 

Quranda ifadə edilən dini buyruqlar bütün kainata aid və qiyamətə qədər keçərli olan qaydalardır. Allah elm və rəhmətinin ucalığı ilə hər dövr və şərtlərdə tətbiq edilə biləcək hökmlər bildirmişdir. Dolayısı ilə Allahın hər hansı bir buyruğunun hökmünün qalxması, yaxud zaman aşımına uğramasından da qətiyyən söhbət gedə bilməz.

Dini mövzularda özünü aldatmağın 40 yolu-20

İlahi hökmlər insan qanunları kimi deyillər. Bəşəri qanunlar içində olduqları dövrün ehtiyaclarına görə formalaşır, təcrübə ilə dəyişilə bilir, ya da təmamən ortadan qalxaraq tarixə gömülə bilir. Ancaq ilahi qanunlar quruluşu etibarilə bəşər qaydalarından fərqlidir. Eyni olması da mümkün deyil, çünki eynilik olsaydı ilahi olmazdı. 

Ona görə də buyruqlara görə dövrün dəyişməsi, ya da müsəlmanın çağa ayaq uydurmasından söhbət gedə bilməz. İlahi buyruqlar hər cürə bəşəri şərh və anlayışa toxunduğu üçün hər dövr insanına xitab edərək insan təbiətinə uyğunlaşma ərz edər. Tarix boyunca dünya mədəniyyətlərinə və günümüzdəki cəmiyyətlərin sosial və mədəni cəhətdən gəldikləri səviyyəyə baxdıqda hələ insanlığın ilk endirildiyi dövrdə Quran tərəfindən buyrulmuş insanlıq şərəfinə yaraşan qanunların səviyyəsinə yetişmədiyi görülür. Bunu görmək üçün bəhanələrin və real olmayan şeylərin altından çıxmaq, önmühaiməkələrdən sıyrılmış və tərəfsiz bir baxışla Quranı oxuyub bitirmək lazımdır. 

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

 

Tərcümə: Ceylan Mumoğlu

Səslərin sayı: 4
10
1414
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
S.S.N  M,
Ellada Babayeva,
Təşəkkür edirəm. give_ros
21 aprel 2016 21:28
Offline
Ellada Babayeva
İnsanların beynini şeytan idarə edir artıq. Allaha yaxın olub, ibadət etməkdən çəkinirlər. İçki, donuz əti yeməkdən zövq alırlar. Və bu vərdişdən də yaxa qurtarmaq istəmirlər. Donuz ətinin quzu ətindən daha dadlıdır deyənləri də gördüm. Xəbərnizi maraqla oxuyuram. Davamlı olsun bu cür xəbərlər.
21 aprel 2016 19:44
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
S U S E N _BACI
salam canım cigerim tesekkur haber icin.

Allah amanin da olun. girl_ang
21 aprel 2016 15:16
Offline
Ceylan Mumoğlu
Dəniz84,
Sizin bu silsilə xəbəri çox maraqla oxuyur, hələ nə çox şey bilmədiyimin fərqinə varıram.

Elə mən özüm də hər hissəni tərcümə etdikcə bir daha üzərində düşünürəm.
21 aprel 2016 14:15
Offline
Aysel İ.
İlahi hökmlər insan qanunları kimi deyillər. Bəşəri qanunlar içində olduqları dövrün ehtiyaclarına görə formalaşır, təcrübə ilə dəyişilə bilir, ya da təmamən ortadan qalxaraq tarixə gömülə bilir. Ancaq ilahi qanunlar quruluşu etibarilə bəşər qaydalarından fərqlidir. Eyni olması da mümkün deyil, çünki eynilik olsaydı ilahi olmazdı.

Sizin bu silsilə xəbəri çox maraqla oxuyur, hələ nə çox şey bilmədiyimin fərqinə varıram. Təşəkkürlər Ceylan xanım.
21 aprel 2016 14:05
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Emma Svon
Ceylan Mumoğlu,
Dinlərində içki qadağandı içirlər, donuz qadağandı yeyirlər. ona görə maraqlı gəlib. yeməsələr də içməsələr də olardı.
21 aprel 2016 11:43
Offline
Xəyalə Murad
Bir sayt üzvümüz, eyni zamanda gözəl intelellektual gənc dostumuz Coşqu bəy də bu kitabın tərcüməsinin tamamlanmasını səbrsizliklə gözləyir. Sizlər belə fikir bildirincə insan həvəslənir e, bir an öncə bitirmək istəyir tərcüməni)

Mütləq axıradək tərcümə edin. Gün gələcək çox insanın əlindən tutacaq. Həvəsiniz sönməsin.
21 aprel 2016 11:41
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Emma Svon,
Nə mənada maraqlı gəlib?

Xəyalə Murad,
Yaxşı ki, bu kitabı səbrlə tərcümə edib bizlərə təqdim edirsiz. Bəlkə də bu xəbər sayəsində bir çoxları öz səhvlərini düzlərlə əvəzləyir.

Bir sayt üzvümüz, eyni zamanda gözəl intelellektual gənc dostumuz Coşqu bəy də bu kitabın tərcüməsinin tamamlanmasını səbrsizliklə gözləyir. Sizlər belə fikir bildirincə insan həvəslənir e, bir an öncə bitirmək istəyir tərcüməni)
21 aprel 2016 11:35
Offline
Xəyalə Murad
İndi bir çox yalnışları edə bilmək üçün özünə müasirliyi bəhanə gətirənlər var. Yaxşı ki, bu kitabı səbrlə tərcümə edib bizlərə təqdim edirsiz. Bəlkə də bu xəbər sayəsində bir çoxları öz səhvlərini düzlərlə əvəzləyir.
21 aprel 2016 11:25
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Emma Svon
Mənə həmişə keşişlərin şərab içməyi maraqlı gəlib
21 aprel 2016 11:24
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!