Milli.Az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, S.Müslümov onlarla söhbət edərək, onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçular aparılan müalicə işi nəticəsində sağlamlıqlarının tədricən yaxşılaşmaqda olduğunu, sağaldıqdan sonra da yenidən hərbi hissələrinə qayıdaraq, Vətənə şərəfli xidmətlərini davam etdirəcəklərini vurğulayıblar. Nazir onlara tezliklə müalicə olunaraq sağlamlıqlarını bərpa etməyi arzulayıb: "Azərbaycan Ordusu, o cümlədən siz hərbçilərimiz düşmənin ölkəmizə silahlı təxribatı zamanı əsl rəşadət, qəhrəmanlıq nümayiş etdirdiniz, nəinki bu təxribatın qarşısını məharətlə aldınız, hətta işğal altında olan və hərbi baxımdan strateji əhəmiyyətli bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini işğaldan azad etdiniz. Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun nə qədər gücləndiyini və bu gün Vətənimizin işğal altında olan hissəsini qısa bir müddətdə işğaldan azad etməyə qadir qüdrətli bir ordu olduğunu Siz yüksək səviyyədə sübut etdiniz. Buna görə də biz sizə minnətdarıq və hər birimiz sizinlə, bütün qəhrəman Azərbaycan hərbiçiləri ilə fəxr edirik. Vətənin müdafiəsində qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmiş igid Azərbaycan övladlarının ruhu qarşısında isə baş əyirik".S.Müslümov Azərbaycan prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yaralı hərbçilərimizin zəruri sosial müdafiə və bərpa xidmətləri ilə təmin olunacaqlarını diqqətə çatdırıb.Daha sonra nazirlik tərəfindən müvafiq reabilitasiya vasitələri, o cümlədən əlil arabaları, dirsəkaltı ağaclar, əsalar və s. hospitala təqdim edilib. Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin müvafiq hallarda yaralı hərbiçilərin dayaq-hərəkət funksiyalarının bərpası üçün onların protez-ortopedik məmulatlarla təmin etməyə hazır olduğu qeyd olunub.S.Müslümov yaralı hərbçilərimizin tezliklə şəfa taparaq sağalacaqlarına əminliyini ifadə edib: "Bu hospital ən müasir tibbi potensialı, peşəkar həkim personalı ilə seçilir və yaralı hərbiçilərimizin qısa zaman içərisində sağalmaları üçün çox səmərəli müalicə işi aparılır".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məşhur müğənni deportasiya olundu
Ananın ixtira etdiyi cəza üsulu hər kəsi təəccübləndirdi
68 yaşlı bəy, 19 yaşlı gəlin - Toylarına heç kim gəlmədi - VİDEO
Stress saçları niyə ağardır?
Məşhur aktyor "Çukur"dan ayrıldı
90 yaşlı ekstrim həvəskarı dünyanın ən hündür “bungee jumping”indən tullanıb – VİDEO
Qız uşaqları üçün yay geyimləri
Məşhur tərzi: Jenny Cipoletti
Cindy Crawforddan enerji verən yaşıl içki
Bir sıra icazələr ləğv olundu - RƏSMİ
Bakıya od ələnəcək, bəzi rayonlara yağış yağacaq
İşsiz qalan gənc milyonçu oldu
Ulduzların qəribəlikləri
Berliner ponçik (foto resept)
Qolsuz bluzlar
Qat-qat xəmirdən küncütlü bulka (foto resept)
Qurban bayramı günündə bunu etmək olar?
Bilmədən etdiyim günah
Ən yaxşı 5 meyvə maskası
Hər bitkidə bir əlac var
Qəbələyə qar yağdı-5sm
Azərbaycanlı tələbələr ermənilərə yerini göstərdi
Spiral
Fitball - kiçikdən böyüyə
Hava haqqında - 19.11.2013
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
9 hərəkətlə arıqla!
Fıstıqlı dondurma (foto-resept)
Heraklion
Sabah bu yollar bağlanacaq
Məşhur aparıcı ana oldu-FOTO
Bakıda səbrsizliklə gözlənilən qar evlərin istiliyini apardı
Asiya salatı (foto resept)
Ərdoğan İmamoğlunu təbrik etdi
Kimlər koronavirusa yoluxmayacaq?- Məşhur alimdən açıqlama
Məşhurlarla dolu arxiv FOTO - 1998-ci il, eyni gəminin tayfaları
İsti havalarda dəri baxımı
"Xəbərlər"in aparıcısı efirdə şəhidlər üçün ağladı
Gözəl bilərzik modelləri (2)
Gülşənin 2,5 milyon dollarlıq möhtəşəm evindən görüntülər - FOTO
Ezgi Mola sevgilisinə sataşdı
Merve Boluğur yanındakı şəxsin kimliyi barədə açıqlama verdi-FOTO
"TANAP regionda sülhə yardım edəcək"
Vişnəli kisel(foto resept)
Yunan əfsanələrində həqiqət varmı?
Növbəti düşmən təxribatı ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ
Payızda “ikinci dalğa” təhlükəsi: Karantin yenidən sərtləşdiriləcək? - VİDEO
"Bakı 2015"də ilk
Günün ulduz falı
Gözəl tortlar