Bakıda hava 29°
USD AZN
EUR AZN
13:38PERI salam qizlar necesiz 13:07Surayye Ayla getden gelmedin baci 13:07Surayye Qizlarim qizillarim necesiz?hara yox olmusuz 08:58Xəyalə Murad Yeni iş həftəsində hər birinizi salamlayıram! 08:58Xəyalə Murad Sabahınız xeyirli,Gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40931

"Ermənilər əvvəlcə 5, sonra 2 rayonu boşaltmalıdırlar"

"Ermənilər əvvəlcə 5, sonra 2 rayonu boşaltmalıdırlar"
"Öncə ermənilər 5 bölgəni boşaltmalı, həmin bölgəyə azərbaycanlı məcburi köçkünlər qayıtmalı, onlar üçün normal şərait yaradılmalı, ərazilər və nəqliyyat-kommunikasiya bərpa edilməlidir". ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov "Anadolu" agentliyinə açıqlamasında deyib. İkinci mərhələdə digər iki rayon -Laçın  Kəlbəcər qaytarılmalıdır. 

O qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir, amma daha 20 il gözləmək istəmir. Nümayəndə mərhələli bir həll yolunun olduğunu qeyd edib. 

ATƏT-in iclasından sonra açıqlama verən nümayəndə qurum çərçivəsində qəbul edilmiş qərarların buna imkan verdiyini deyib. ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında mərhələli həll yolu mövcuddur. O, Ermənistan tərəfinin müzakirə masasından qaçdığını da qeyd edib. Kəmalə Məmmədova

Cəbhə xəttiÖncə ermənilər 5 bölgəni boşaltmalı, həmin bölgəyə azərbaycanlı məcburi köçkünlər qayıtmalı, onlar üçün normal şərait yaradılmalı, ərazilər və nəqliyyat-kommunikasiya bərpa edilməlidir". ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov "Anadolu" agentliyinə açıqlamasında deyib. İkinci mərhələdə digər iki rayon -Laçın  Kəlbəcər qaytarılmalıdır. O qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir, amma daha 20 il gözləmək istəmir. Nümayəndə mərhələli bir həll yolunun olduğunu qeyd edib. ATƏT-in iclasından sonra açıqlama verən nümayəndə qurum çərçivəsində qəbul edilmiş qərarların buna imkan verdiyini deyib. ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında mərhələli həll yolu mövcuddur. O, Ermənistan tərəfinin müzakirə masasından qaçdığını da qeyd edib. "Toplantıda Azərbaycanın ərazi bütövlüyünə hörmət, Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsi və danışıqlar masasına qayıtmaq kimi məsələlər müzakirə edildi. Sülh imkanı - Ermənistanın hələ də bir şansı var. Biz danışıqların tərəfdarıyıq. Amma ermənilər danışıqlardan qaçırlar, çünki hazırkı vəziyyətdən məmnundurlar. Onlar azərbaycanlıları yox etmək istəyilər. Buna göz yuma bilmərik. Ərazi bütövlüyümüzü heç kimə güzəştə gedə bilmərik.  Ermənistanın öz ərazisi var və biz onlara bizim torpaqlarımızda ikinci Ermənistan yaratmağa imkan vermərik". 

Mənbə: ANS PRESS

 

Səslərin sayı: 0
0
353
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış