Harper Lii – Bülbülü öldürmək (Nəzrin Xəlili)
Harper Li 1961-ci ildə qazanmış Pulitzer mükafatı ilə məşhurlaşan amerikan yazarıdır. O, təqribən yarım əsrlik bir dövrdə yalnız bir əsərini nəşr etdirmişdir və bu əsər demək olar ki, bütün dünyada tanınmışdır. Bu xanım da əsərinin qəhrəmanları kimi Alabamada dünyaya göz açmış, Finç və Li cütlüyünün 5-ci övladı olmuşdur. Yazarın uşaqlıq yaşlarından ədəbiyyata böyük marağı olmuşdur. Bu maraq özünü məktəb və universitet illərində də göstərmişdir. Universitetdə təhsil aldığı illərdə universitet qəzetinə yazılar yazsa da, öz elmi dərəcəsini tamamlamamışdır.
Li 1949-cu ildə Nyu-Yorka köçmüş və hava yolları şirkətində agent kimi işləməyə başlamışdır. O zamanlar boş vaxtlarında yazan Li 1956-cı ildə özünə yazarlıq yolunda agent tapdı. 1960-cı il iyulun 11-də yazarın ilk və tək romanı nəşr olunur və nəşr olunan gündən bestsellerə çevrilir. Əsər bir çox mükafatlara layiq görülür. Onlardan ən əsası isə 1961-ci ildə qazandığı Pulitzer mükafatı olur. Bir çox dillərə tərcümə olunmuş romanın dünyada 30 milyondan çox nüsxəsi çap olunmuşdur. Library jurnalı 1999-cu ildə bu romanı Əsrin ən yaxşı novellası kateqoriyasına namizəd göstərmişdir. İllər sonra – məhz 2015-ci ildə yazarın daha bir kitabı işıq üzü görür (Go Set a Watchman).
Roman Kitabsevərlər Klubu və Bakumoz Books-un birgə layihəsi olub 372 səhifədən ibarətdir. Yazar kitabdakı hadisələri və obrazları realda yaşadıqlarından, ailəsi və qonşuları üzərindəki müşahidələrindən seçmişdir. Əsərdəki hadisə 1936-cı ildə, yazar 10 yaşında ikən baş vermiş real hadisədir. “Bülbülü öldürmək” müasir amerikan ədəbiyyatının klassiklərindən hesab olunur. Attikus Finç əsərdəki ən çox sevilən və rəğbət bəslənən obrazlardan olmuşdur. O, səbri və qayğıkeşliyi ilə bütün atalara, ədalətliliyi ilə isə bütün vəkillərə nümunə olan obrazdır. Əsərdə əsas mövzular rasizm, zorlanma hadisəsi, uşaq psixologiyası və ədalətli məhkəmədir. Kitabı vərəqləyərkən mən də Cin Luiza ilə birlikdə o dövrə və o şəhərə səyahət etdim. Mən də Attikus işdən gələrkən onu qarşılamaq üçün yüyürdüm, Cimlə birlikdə dəcəlliklər etdim, Dillə nişanlandım, Bədheybət Redlini güddüm…Mən də uşaqlığıma qayıdıb onlarla ağacdan evcikdə oynadım. Zənci Tomun məhkəməsinə gizlincə gedib andlıları izlədim. Mən də insanlar haqda bilmədən mühakimə yürütdüm, pis olduğumda Attikusun dizlərinə sığındım. Cin Luiza ilə birlikdə ağladım da, güldüm də romanboyu. Mən də əsərdə keçən illərdə onunla birlikdə böyüdüm. Bəli, bu roman məni öz ağuşuna alıb o illərin Amerikasına apardı. İnsanları sevməyi, dilindən, dinindən, irqindən asılı olmadan onlara qarşı ədalətli davranmağı öyrədir bu kitab. Anlayırıq ki, zəncilər də İNSANdır. Onlar da bizim kimi doğulur, yaşayır, nəfəs alır, qidalanır, işləyir, oxuyur, ibadət edir və ölür. Bizlərdən yeganə fərqləri rənglərindədir. Rəng isə insanı öldürməməlidir! Heç də hər zənci günahkar, hər ağ insan isə müqəddəs deyil.
Bəzən biz də Cin Luiza kimi nələrisə anlamırıq. Çünki yaşımız və ya mühitimiz bunu anlamağa imkan vermir. Lakin nə qədər ki, insanıq, nə qədər ki, bu sözü özümüzə yaraşdırırıq, demək biz də Attikus kimi ola bilərik, demək biz də Attikus kimi olmalıyıq, olmaq məcburiyyətindəyik! Sevgi heç də yalnız ailənə, yaxınlarına, Yaradana qarşı olmur. Bəzən sevgi hansısa bir ağaca, bir heyvana, bir daşa, yoldan keçən bir uşağa, tində dayanan bir qocaya qarşı da ola bilir. Ürəyimizdə sevgi hissi varkən, mənəviyyatımız hələ iblisin əlinə keçməmişsə, vicdanımız hələ tam ləkələnməyibsə Biz bütün insanları sevməliyik. Ağ və ya qara, dindar və ya dinsiz, arıq və ya kök, tanıdığımız və ya tanımadığımız hər kəsi sevməli, qorumalıyıq. Çünki Yer üzündə adam çoxdur, amma əsl insanların sayı çox azalıb. İnsanlıq ölmək üzərəykən Biz də dürüst insanları rənglərinə görə öldürməməliyik.
Bu planet bəzən bizim üçün çox geniş, bəzən isə hər kəsin ədalətli və düzgün dolanması üçün çox dardır. Biz də bəzən Cin Luiza kimi ədalətli insanları anlamaya bilirik, cəmiyyətin fikrinə uyub doğruluqdan uzaq qaçmağa can ata bilirik, düşüncəsində və əməlində tək olanı dəli və ya üz qarası hesab edə bilirik. Lakin heç də həmişə fərqli düşünmək, fərqli davranmaq dəlilik deyil. Bəzən bu insanlığın, ədalətliliyin və vicdanlı olmağın nəticəsidir. Doğrudur, Attikus Tomu xilas edə bilmədi. Amma o, həm andlılara, həm də məhkəmədə olan hər kəsə onun günahsızlığını sübut etdi. Attikus ağ olsa da sırf dərisinin rənginə görə günahsız birini öz əlləriylə ölümə göndərmədi. O, bütün qınaqlara, təhlükələrə sinə gərərək insanların onun barəsində dediklərinin deyil, vicdanının qeydinə qaldı. Ağları günahkar ikən bütləşdirib qaralar haqlı ikən onları ölü elan etmədi. Həqiqətən də Bülbülü öldürmək günahdır. Çünki o günahsız və zərərsiz quşdur. Sadəcə bizim könlümüzü xoş etmək üçün oxuyur…
Odur ki, Siz də Bülbülləri öldürməyin!
(Nəzrin Xəlili)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hande Erçel Çeşmədə dincələrkən-FOTO
Britaniya Parlamentinin üzvü: "İşğal altında olan torpaqlar arxayınlıqla Azərbaycanın nəzarətinə qaytarıla bilər"
Seda ana oldu-FOTO
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
Səhərlər gümrah oyanmaq üçün 4 vərdiş
Həyatda fəxr edəsi nəyiniz var?
Azərbaycanda dəniz suyunu duzsuzlaşdıran zavod və müasir tinglikdən ibarət kompleks istismara verilib
Bitmiş sevgilərin ardından qadınlardan eşidilən 19 fikir
Firuzə qaşının cazibəsi
Artıq çəki yuxusuzluğa səbəb olur
Keçəlliyin də dərmanı tapıldı
Oğuzda maraqlı hadisə: İnək əməliyyat olundu - VİDEO
"Yayın ən yaxşı cütlüyü" seçildilər - FOTO
Gözəl ibadət yerləri
Qəbiristanlıqda şok olay: tabut boş çıxdı
Borclu abonentlərə XƏBƏRDARLIQ: Dekabrın 25-dən...
Bakıda “Kitab dayanacaqları” yaradıldı - Açıqlama/Foto
Şəhid bu gün dəfn ediləcək
Özünüzü gözləyin: artıq 35 nəfər xəstəxanada
Yerin təbii peyki ilə bağlı maraqlı fakt açıldı
Kəsiri olan tələbələrin nəzərinə
Günün qoroskopu: Axtardığınız sevgini tapacaqsınız!
Dodaq boyasının zərərləri
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Təyyarəni qaçıran şəxs həbs edildi
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Keçibuynuzu
Lift qəzaları niyə artır?
III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
Instagram: Məşhurlar haker hücumuna məruz qalıb
Günün qoroskopu: Uğurlu gündür!
Meray Keri açıqlamaları ilə hər kəsi təəccübləndirdi
Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi
İranda zəlzələ oldu
Bu şəxslərin əməkhaqqı 50% artırıldı - SƏRƏNCAM
Azərbaycanda Facebook istifadəçilərinin sayı azalır
Fransız tədqiqatçı erməniləri biabır elədi
Ulduz aktyor öldü-FOTO
Yanukoviç jurnalistlərin qarşısına çıxacaq
Günün qoroskopu: yaxınlarınızın yardımlarından imtina etməyin
Qırmızı gözlü yaşıl qurbağa
Şəbəkədə ünsiyyət mədəniyyəti. Bu, bizi qane edirmi?
Sensasiya: Marsda su tapıldı
Prezidentdən bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı SƏRƏNCAM
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Biliyini yoxla (2)
Arıqlamağın ən asan yolu: gülmək
Dünyanın ən qədim tikililəri
ŞAD XƏBƏR - Pensiya və maaşlar yenidən artırılacaq
Dadı damaqda, zəhəri canda qalan "onluq"