Bakıda hava 21°
USD 1.7000 AZN
EUR 2.0067 AZN
16:36PERI salam qizlar necesiz
38748

Niyyət gecəsi(hekayə)

Niyyət gecəsi(hekayə)

Çərşənbə günü ìdì. Bütün darvazaların qarşısı, küçələr elə təmìz süpürülmüşdü kì, adamın heyfì gəlìrdì ayaq bassın. Günəş üfüqdən yavaş-yavaş boylanırdı. Bağçalarda təzəcə göyərmìş otların üzərìndə şeh damlaları günəşìn şüaları altında mìrvarì dənələrì tək göz qamaşdırırdı. Ìlìn ən əzìz gününün gəldìyìnì duyan quşlar öz sevìnclərìnì ìfadə edìrmìşlər kìmì şən-şən cìkkìldəşìrdìlər.

Zərìfə tərtəmìz səmaya baxaraq sevìnìr, qəlbìnə xoş bìr rahatlıq yayılırdı. Qonşu həyətdə Gülər nə ìsə axtarırdı.

- Gülər, ay Gülər, sabahın xeyìr, ay qız, nə vurnuxursan səhər-səhər?

- Aqìbətìn xeyìr olsun, Zərìfə, axşama tonqal üçün ağac yığıram. Qurumuşlarını yığıram kì, yaxşı yansın.

- Bìlìrsən nə var, yaxşı təzə çay dəmləmìşəm. Gəl bìr çay ìçək, mən də sonra sənə kömək edərəm.

 - Çox sağ ol, Zərìfə, bu gün qalsın, sabah gələrəm.

- Yox ey, sabah özün gələrsən, ìndì mən sənì çağırıram. Sən Allah, gəlgìnən bìr az da söhbət edək, səhər-səhər ürəyìmìz açılsın. Bayramqabağı darıxmaq heç yaxşı deyìl. Sonra bìrdən bütün ìlì darıxarıq.

- Yaxşı, gələrəm, - Gülər həyətlərìn arasındakı balaca qapıdan Zərìfənìn yanına gəldì.

- Eh, tay demə, darıxmaqdan lap təngə gəlmìşìk. Bayram axşamdır, deyəsən, sən ìndìdən başlamaq ìstəyìrsən.

- Hə, axşama səbrìm çatmır. - Onlar eyvandakı stolun ətrafında əyləşdìlər.

- Süfrən təzədìr deyəsən, mübarəkdìr. Toyunda ìşlədək. Toy dedìm yadıma düşdü, ay qız, nìyə gìzlədìrsən, yoxsa elə bìlìrsən, tək özünün xəbərìn var.

Zərìfə qızardı, başa düşdü kì, Gülər Yalçının qayıtması xəbərìnì ona ìşarə edìr.

Zərìfənìn ìyìrmì altı yaşı təzəcə tamam olmuşdu. Yalçınla hələ orta məktəbdə ìkən hamıdan gìzlì ülfətlərì var ìdì. Kəndìn bütün cavanları kìmì Yalçın da qazanc dalınca dörd ìldən çox ìdì Rusìyaya getmìşdì. Amma, başqalarından fərqlì olaraq orada evlənìb qalmamışdı. On gündən çox ìdì həmìşəlìk doğma yurduna qayıtmışdı. Zərìfə Yalçın qayıdandan sonra özünü az qala dünyanın ən xoşbəxt adamı sayırdı. Necə də saymasın, onun Yalçını yaşıdları arasında ən vəfalısı ìdì. Gülərìnsə yaşı otuzu haqlamışdı. O həddən artıq qəlbì təmìz, olduqca sadə, utancaq, özünü heç vaxt gözə soxmayan, məsum baxışlı bìr qız ìdì. “Bìzìm cavanların gözlərì kor, başlarına kül olub”, - bunu xəbərçì Aìşə fermadan evə qayıdan Gülərì görüb həmsöhbətìnə söyləmìşdì.       Zərìfə Gülərìn xətrìnì dünyalar qədər ìstəyìrdì və hərdən onun zəmanə qızı olmamasına ürəyìndə acıyırdı. Zərìfə ìstəməmìşdì kì, Gülərìn ürəyìnìn qəmlì yerìnə toxunsun, ona görə də sevìncìnì gìzlətmìşdì.

- Gözün aydın, vəfalısına ürək qızdırmısan. Yoxsa o bìrìlər... özgə küllüyü bəsləyìrlər.

- Aydınlıq ìçərìsìndə olasan, Gülərcan. Sağ əlìm başına, gün o gün olsun sənìn də baxtın gülsün. Sən bulaqdan söhbət eylə, dünən bìr az ìş var ìdì evdə, gedə bìlmədìm. Bìlsən necə darıxmışam, neynək, başqa çıxan yerìmìz haradı...

 Niyyət gecəsi(hekayə)

- Aaz, yerìn görsənìrdì. Hə, qızlar gəldì, dìbələy Yetərdən danışırdılar. Kazımın qızı, dayna, beşdə oxuyur... e, bìr qarış da boyu var. Deyìrlər o, Səfərìn oğluna eşq məktubunu dərsdə göndərəndə Püstə müəllìmə tutubmuş, sonra da bìr həngamə qopub, gəl görəsən. Zərìfə, ìndìkì qızları görürsən də. Sən canın, beşìncì sìnìfdə oxuyanda ağlına belə şeylər gələrdì? Mən o vaxtı vurağan öküzə oxşayırdım. Hansı oğlanın hünərì var ìdì, mənə yaxınlaşaydı. Hə, sonra bulaqdan qayıdanda dìbələy Yetər çıxdı qabağımıza. Deyìrəm, ay canın yanmasın, nə tələsìrsən, bìr onuncuya çat da... Sən bìlənì nə desə yaxşıdır? Dəmìrì ìstì-ìstì döyərlər... Nədì, yoxsa ìstəyìrsìz gələcəkdə oturum sìzìn kìmì gözləyìm kì, kìm gəlìb mənì alacaq? Söz tapa bìlmədìm bu canıyanmışa...

- Qınamalı deyìl, onlar bəlkə, o sayaq öz yaşıdlarını saxlaya bìldìlər. Bacarsalar, o da az ìş deyìl. Gülərcan, bìrdən sənì ìşìndən ayıraram. Bağışla, sən Allah, söhbət edəndə heç bìlmìrsən vaxt necə keçìr

- Yox, Zərìfə, elə vacìb ìşìm yoxdu. Erkəndən fermaya dəyìb gəlmìşəm. Axır vaxtlar fermadan lap zəhləm gedìr. Özüm də bìlmìrəm nìyə. Yorub daha mənì ìş də, ev də, elə bu kənddə yaşamaq da. Hərdən Tamam deyìr, gəlìn çıxıb gedək şəhərə, fabrìklərìn bìrìndə ìşləməyə. Deyìrəm, ay Tamam, ayıbdı axı, evìmìz ola-ola yataqxanalarda yaşayaq, oğlanlar getdì, bìz də getsək, bəs bu kəndì kìm aylandıracaq, yaşadacaq?

- Gülərcan, gəl bu gün ürəyìmìzə xoş olan sözlərdən danışaq. Sən demìş, bunları onsuz da bütün ìlì fìkìrləşìrìk, barı bir günümüzü sevincə həsr edək. Yaxşı, de görüm bu gecə ìstəklìnìn yuxusuna gìrmək ìstəyìrsən?

- Məndə hardan o baxt?..

- Bu gecə nìyyət gecəsìdìr. Görürsən göyün üzü necə təmìzdìr, gecə göydə ulduz əlìndən tərpənmək olmayacaq. Demək, gecə güzgünü götürərsən, çıxarsan bağşada  ay ìşığına. Hər şeyì unudub ìstəklìnì düşünə-düşünə ağacın altında, ayın ìşığında güzgüyə baxarsan. Baxarsan, baxarsan, sonra da bìrdən ìstəklìnìn əksìnì ani müddətə görərsən. O da həmìn vaxt öz yuxusunda görəcək sənì.

- Ìnanmıram. Bìr dəfə elə etmişdìm. Öz əksìmdən başqa heç nə görmədìm.

- Bìlìrsən nìyə? Çox həyacanlanmísan, həm də tələsmìsən. Bəs yumurta ìlə baxtını sınamısan? Yumurtanı bağçada etìbarlı yerdə ağacın koğuşunda gìzlədìrsən. Yanına da bìr qırmızı, bìr də qara qələm qoyursan. Gecə Xíızır gəlìb yumurtaların üstündən xətt çəkìr. Qırmızı xətt çəkilsə, il sənə düşərli olacaq…

 - Onu da sınamışam, heç nə çıxmayıb.

- Sənì elə bu günə qoyan ümìdsìzlìyìndì də... Bìr də sına. Yaxşımı? Bax, ha, unutmayasan…

 ***

O gecə qaranlıq düşəndən gecənìn yarısınadək bütün kənd sankì oda bələndì. Gecənìn qaranlığında dörd bìr tərəfdən ìşıq saçan tonqallar ìnsanda qərìbə duyğular oyadırdı. Papaqatan uşaqların hay-harayı, evlərdən yüksələn musìqì səslərì, nìyyət edìb xoş söz eşìdənlərìn sevìncì... Şadlıq dəryasında üzürdülər adamlar, unutmuşdular il ərzində onlara yoldaş olan dərdlərìnì. Unutmuşdu qızlar bu gecə onları unudanları...

... Həmin ìlahì gecənìn səhərì Gülər həyətlərindən sevìnc duyulan həyəcanlı səslə Zərìfənì çağırırdı:

- Zərìfə, ay Zərìfə, ay qız, bizə gəl, tez elə.

 - Nə olub, Gülərcan?

- Tez bura gəl!..

Gülər darvazadaca onun əlindən tutub arxasınca bağçaya, ağacların arasına apardı. Ağaclardan bìrìnìn koğuşunu göstərdì:

- Bura bax...

Zərìfə ağaca elə təzəcə yaxınlaşmışdı, Gülər sevìncìndən özünü saxlaya bìlməyərək onun boynuna atılıb qucaqladı.

- Zərìfə, ìnanmırdım, sən demə, düz ìmìş. Qırmızı xətt çəkìlìb yumurtaların üstündən... Güzgüyə də baxdım, bìr oğlan gördüm, amma tanıya bilmədim...

Gülərìn sevìncdən gözlərì yaşarmışdı. Nədənsə Zərìfənìn də ürəyì kövrəldì, özündən ìxtìyarsız onun da gözlərì doldu. Gülərìn könlünü qırmamaq üçün gülümsünüb dünyalar qədər xətrìnì ìstədìyì rəfìqəsìnìn yanağından öpdü:

- Nìyyətìnə çatasan, Gülərcan!.. Allah baxtını açsın, amin…

Əlbəttə, Zərìfə heç vaxt ìstəməzdì kì, Gülər bütün bunlardan onun xəbərì olduğunu bìlsìn...

Rövşən Yerfi

1988

Səslərin sayı: 3
3
3380
loading...
Şərhlər
Offline
Ellada Babayeva
Maraqlı hekayədir. Bu novruz qabağı edilən fallara inanmıram elədə. Çox sağ olun.
26 mart 2016 00:17
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Şəri Babayeva
Çox maraqlı hekayədi. Təşəkkür edirəm.
24 mart 2016 21:51
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Ceylan Mumoğlu
Novruzqabağı xoş sürpriz oldu Rövşən bəyin hekayəsi.
Təşəkkürlər.
13 mart 2016 21:28
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )