Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycanın Baş naziri Artur Rasi-zadə qərar imzalayıb.
Milli.Az bildirir ki, Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qərara əsasən, Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayon icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirməlidir.İcra hakimiyyətləri mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını, tikintiyə başlamazdan əvvəl tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin rayon icra hakimiyyətlərinin müraciətləri əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını, görülmüş işlər barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsini təmin etməlidir.Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, Xəzər rayonu ərazisində qəsəbələrin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma və tikinti normalarına cavab verməyən, əsasən magistral yolların və küçələrin kənarında yerləşən, yaşayış üçün yararsız olan mənzil fondunun, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin mülki qanunvericiliyin tələblərinə uyğun, əmlak mülkiyyətçilərinin razılığı ilə yenidən qurulması, yeni binaların inşa edilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər proqramının layihəsini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İşıqlı xatirələrdə yaşayır
Şəhid əsgərimiz təltif edildi
Hollivudun ən istedadlı aktyorunu seçildi
Bu məktəblər bağlandı
Rihannanın bu FOTOsu 5 milyonluq "LİKE" topladı
Adıyla məşhur serial bitir
"Kala" bulkası (foto resept)
Günün qoroskopu:İşlərinizi qaydasına salın!
Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır
National Geographic foto müsabiqəsi-2
Bergüzardan Halitlə bağlı 11-ci ildönümü paylaşımı - FOTO
Bütün dünyanı metro birləşdirəcək?
Fransa Senatı Rusiya ilə bağlı qərar qəbul etdi
Üç ələk
Xəstəxana otağı (ibrətamiz)
24 yaşlı körpə - FOTO
Beşəm dünyaya gətirən qadının həyatı
Beynəlxalq Bankın borcları dövlətə ötürüləcək
Günün ulduz falı
Leyla Əliyevadan anasına unikal təbrik!-FOTO
ADNA faciəsindən 9 il ötür
Dünya mətbəxi - İsveçrə
Şuşada saxlanılan azərbaycanlı girovlardan xəbər var
Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi
Ən yaxşısı yazmaqdı...
İlham Əliyevdən müharibə mesajı
1 həftəyə 3 kiloqram arıqladan detoks
Mavi gözlü xanımlar necə makiyaj etməlidir?
Günün ulduz falı
Qısa saçlar üçün saç yığma modelləri
Bunlar dövlət varidatı elan edildi - Siyahı
Təəccübləndirən müştərilər
Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq
HAVA necə olacaq?- 3 APREL
Sabiq prezidentlərdən başsağlığı
İŞİD Fransanı "vurdu"
Şəxsi məlumatları necə qoruyaq?
Yoluxmalar artır, qaydaların sərtləşdirilməsi günün tələbidir - RƏSMİ
Seda Sayanın saatlı ayaqqabısı qalmaqal oldu-FOTO
Prezident İlham Əliyev səsvermədə iştirak edib
Azərbaycanda internetin sürəti artırıldı
Gömrüklə bağlı mühüm dəyişiklik - Sərhədi maneəsiz keçəcəksiniz
Həyatın simvolu - qadın sinəsi
Ölüləri həyata qaytarmaq üçün cəhd - QƏRİBƏ YENİLİK
"CHANEL"dən şlyapalar
İştah kəsən banan çayı
Gözəl olduqlarını sonradan kəşf edən insanlar
Uşağa hansı adları qoymaq məsləhətdir?
Hamilə geyimləri
BÜRCLƏR bizə nə vəd edir?-21 İyul