Əvvəlcə sizi Qadin.Netli olaraq salamlayıram.
Salam. Mən də sizi və izləyicilərinizi salamlayıram.
Ülkər Axundzadə (Qasımzadə) kimdir? Özünüzü üç cümlə ilə təqdim edə bilərsizmi?
Ülkər Axundzadə-Qasımzadə qərbdə böyümüş olsa da, həmişə Azərbaycanına bağlı, Azərbaycan üçün yenilikler etməyə çalışan bir Azərbaycanlı qadınıdır. Waterloo Universitetini Komputer elmləri üzrə bitirmişəm və bu sahəni çox sevirəm. Son proyektim olaraq bu bacarığımdan istifadə edib Azərbaycan üçün “Piyada”-nı hazırlamışam.
Qadin.Net hər zaman xanımların maariflənməsi zəminində çalışan ilk milli qadın portalıdır. Siz də Azərbaycanlı gənc xanım olaraq bir ilkə imza atmısınız. Bu sahədə ilk olmaq necə bir duyğudur?
Çox sevinirəm ki bu proyekti həyata ilk mən keçirdim. İnanıram ki, bu həm Azərbaycanımız həm də Azərbaycanlı qadınlarımız adına kiçik də olsa bir stimul, bir addımdır.
“Piyada” oynunu hazırlamaq ideyası sizə haradan gəldi? Ümumiyyətlə, bu işi reallaşdırmaq gənc xanım kimi sizə qəliz olmadımı?
6 yaşımda Azərbaycandan çıxandan sonra həmişə Vətəndə yaşamağı arzulamışam. Nəhayət ki, 16 ildən sonra belə bir fürsətim oldu. Bakıda 5 ay keçirdim və bu zaman ərzində öz sahəm üzrə Azərbaycana gətirə biləcəyim bir yenilik ağlıma gəldi.
Azərbaycanın bölgələrində qaçan fərqli personajlardan ibarət olan bir oyun hazırlamaq planını qurdum. Sonra ideyalar toplamaq üçün şəhərdə gəzəndə hər daim etrafima baxırdım. Zaman keçdikcə oyunun necə olacağı beynimdə daha da canlanırdı.
Kodlaşdırmağa başladım və 3 ay sonra oyun hazır oldu. Çox qəliz olmadı, çünki əvvəl də başqa oyunlar və proqramlar yazmışdım.
Azərbaycana olan sevginiz oyunun özündən də duyulur. Bəs Kanadada gənc azərbaycanlı xanıma yaşamaq, yaratmaq çətin deyil ki?
Kanadada komputer elmləri sahəsində qadın qüvvəsi az saydadır. Bu səbəbdən dolayı yeniliklər yaratmaq çətin deyil, əksinə çox dəyər və dəstək verilir. Burada yaşamağın çətin tərəfi isə Azərbaycan üçün darıxmağımdır.
Bir qədər hazırladığınız oyun haqqında danışın. Hər yaşa uyğun oyundurmu?
“Piyada” oyunu Azərbaycanın fərqli bölgələrindən qaçan 6 personajdan ibarətdir. Bölgələr:-İçərişəhər, Fəvvarələr meydanı, Heydər Əliyev mərkəzi, Bulvar, Qobustan, Qəbələ, Şahdağ, və Qarabağdır. Oyundakı qəpikləri toplayaraq yeni bölgələr və personajları əldə etmək mümkündür. Personajların arasında məşhur şirin modelimiz Banu Murad da var.
Əjdər və Alpha personaji var ki, oları da həyat yoldaşım və bizim sevimli Husky cinsindən olan itimizə oxşar hazırlamışam. Oyunda Facebook hesabına qoşulub, dostlarla rekordları paylaşmaq mümkündür. Oyunu tamamile 2 dildə hazırlamışam (Azərbaycanca və İngliscə). Dünyada 8 bit stilində hazırlanmış “endless runner” oyunlar çox marağa səbəb olur. Məsələn: “Flappy Bird” oyunu. İstərdim ki, başlanğıc üçün bizim də belə bir oyunumuz olsun. 8 bit stilində oyun hazırlamaq çox yüksək maliyə və çox zaman tələb etmir. Gələcək üçün daha böyük komanda ilə yüksək qrafikli oyunlar hazırlamaq umidim var. Bəli, oyun hər yaş üçün uyğundur.
Azərbaycanda olduğunuz həmin beş ay ərzində daha çox haranı gəzdiniz, nələri müşahidə etdiniz? Vətənimizin əsrarəngiz gözəlliyinə canlı şahid olmaq necə duyğudur?
5 ay ərzində Qəbələ, Lahıc, Lənkəran və Lerikin Razgov kəndini gəzdim. Azərbaycanımızın necə gözəl təbiətə sahib olduğuna bir daha şahid oldum. Bir dahakı səfərdə isə daha çox yerləri gəzməyə çalışacağam.
Bir qədər gələcək planlarınızdan danışın.
Yaxın gələcəkdə hələ ki, yeni oyunlar üçün plan qurmamışam. Hal-hazırda diqqətimi karyerama cəmləmişəm. “Piyada”-nin gələcəyində isə daim ilərləyişlər planlayıram. Vaxt keçdikcə əlavə rayonlar və personajlar təqdim olunacaq. Və əlbəttə ki, oyunçuların fikirlərini öyrənib istəklərini nəzərə alaraq yeniliklər əlavə olunacaq.
Sonda qadın olaraq xanımlarımıza, userlərimizə nə demək istəyərdiniz?
Demək istərdim ki, önünüzdəki böyük görünən əngəlləri kiçiltmək sizin əlinizdədir. İnanıram ki, hər birimiz öz sahəmizdə böyük uğurlar və yeniliklər əldə edə bilərik. Bu iş həyatında da ola bilər, ailə həyatında da ola bilər. Azərbaycanımız üçün xeyirli övladlar böyüdərək bizə ən böyük uğurlar gətirən Analara səslənirəm:Sizlər sağ olun!
Biz də sizə bütün hədəflərinizə çatmağı diləyirik. Həmsöhbətim olduğunuz üçün çox sağ olun.
Siz sağ olun. Çox xoş idi.
Oyunun Android üçünn download linki: https://goo.gl/h8KJLb
iOS üçünn yaxın bir zamanda appstore'a goyulacaq.
Xəyalə Murad
XƏBƏR LENTİ
Təmiz nəfəs - insult, infarkt
Tehranda ABŞ səfirliyi yenidən açılacaq?
Dünyanın ən cazibədar polisi-FOTO
Cennifer Lopez gözəlliyi ilə heyran etdi-FOTO
Makiyajla cavanlaşma
Metronun qeyri-adi sərnişinləri
HAVA necə olacaq?-8 Noyabr
Bitkilərin əsir aldığı binalar
Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib
Çin və İran COVID-19-un yayılmasından məsul tutulub
Gəl, açıq danışaq
Əhalinin işini asanlaşdıracaq yenilik
İnsanlar niyə bədbəxtdir və niyə intihar edirlər?
İstənilən şəxs təyyarəni endirə biləcək
Meryem Üzerli çənəsini əməliyyat etdirdi
Bakının da "əkiz"ləri olacaq
Qadinları yaşlandıran 5 fakt...
Kütləvi yoluxmaların əsas səbəbi açıqlandı - RƏSMİ
Mustafa Sandal Defne ilə sevgili olub-FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Xəzərdə nərə yoxa çıxır
Fədakar qadın
Azərbaycanda maraqlı fləşmob
Payız depressiyası və ondan xilas yolları
Fahriye Evcen geyimi ilə diqqət çəkib-FOTO
Qadınların hislərini ələ verən 9 vəziyyət
Məryəm makiyajsız video paylaşdı - FOTO
850 minə yaxta aldı - FOTO
Daha bir münsif “O Səs Türkiyə”ni tərk etdi-FOTO
Azərbaycanda yeni Fond yaradılacaq
Aleksandr Rozenbaum sərnişinin həyatını xilas etdi-FOTO
HAVA necə olacaq?
Azərbaycanda ən çox hansı məhsullar saxtalaşdırılır?
Tovuz döyüşlərində Ermənistana silah satılıb? - RƏSMİ AÇIQLAMA
"Havuç" seriala qayıdır
Marinada qoyulmuş hind toyuğu budu (foto resept)
“Sefirin kızı” “Çukur”u geridə qoydu
Duzun bilinməyən faydaları
Dünya ölkələrindən hikmətli sözlər
ÜST dünya əhalisinin hansı hissəsinin vaksinasiya edilməli olduğunu açıqladı
Bu pişiyin qiyməti 24 min manatdır
Ölüləri həyata qaytarmaq üçün cəhd - QƏRİBƏ YENİLİK
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Yaz üçün gözəl donlar
Sizi 10 il daha gənc göstərəcək qidalar
Aleksandr Lukaşenko Bakıya gəldi
“Bakı”nın sabiq futbolçusu millidən getdi
Sözlə ifadə edilə bilməyən düşüncələr
Bu azərbaycanlı Marsa uçmağa hazırlaşır
Çanta modelləri
- ŞƏRHLƏR