Mütəxəssislərin fikrincə, qarğalar əsasən zibillik və çirkli yerlərdə məskən salırlar. Milli.Az Azvision.Az-a istinadən bildirir ki, alimlər hesab edirlər ki, boz qarğaların şəhərə köç etməsi digər quşların yoxa çıxmasına səbəb olur. Qarğaların "sevimli məşğuliyyəti" digər quşların yaşadığı yuvaları dağıtmaqdır. Qarğalar quş yuvalarından yumurtalar və quşların balalarını oğurlayıb yeyir. Qarğalar azyaşlı uşaqlar üçün təhlükəli hesab olunur.Biologiya elmləri doktoru, professor Qara Mustafayev bildirib ki, Bakıda boz qarğaların sayının artması ciddi problemdir.Onun fikrincə, boz qarğa təbiətdə sanitar rolunu oynasa da, şəhər təbiəti üçün zərərli hesab olunur: "Boz qarğanın şəhər üçün ziyanı şəhərin estetik gözəlliyinə xidmət edən quşların yuvasını dağıtmaq, balalarını yemək, onları nəsil artırmağa qoymamaqdır".Q.Mustefayevin sözlərinə görə, qarğalar yay aylarında həddindən artıq təhlükəli olurlar: "Bakıda qarğaların artımının qarşısı alınmasa, xırda quşların kökü kəsiləcək. Qarğalar son vaxtlara qədər Sanqaçalda məskən salmışdılar. Bu quşlar 50 kilometr uzağa gedib, yem tapıb yedikdən sonra yenidən Bakıya tərəf gəlirlər. Beş il bundan öncə paytaxta 5-6 növ xırda quşlar gəlmişdi. Yaşılca, qaratoyuq, sığırçın, iki növ qır-qır kimi quşları Bakıda görmək olardı. Bunlar bəzək və şadlıq quşu kimi tanınırdı. Hətta bülbül də burada yuva salmağa başlamışdı. Qarğalar paytaxta gələndən sonra həmin bəzək quşları yoxa çıxıb. Çünki qarğa həmin quşların yuvalarını taparaq onların yumurtaları ilə qidalanır. Onların nəsil artımına mane olur".Mütəxəssisin sözlərinə görə, paytaxta qarğaların çoxalması zibilliklərin və yaşayış massivlərinin artması ilə əlaqələndirir: "Qarğalar meşələrdə yem olmadığından şəhərə üz tutur. Bakıda isə onların yemlənməsi üçün əlverişli şərait var". Qarğaların çoxalması təkcə Bakıda deyil, inkişaf etmiş Avropa ölkələrində də müşahidə olunur. Bu quşlardan yaxa qurtarmaq üçün onun yem bazası məhv edilməlidir. Ornitoloqların fikrincə, boz qarğalar insanların sağlamlığına deyil, ovqatına təsir edir.Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının sədri Telman Zeynalov Bakıda qarğaların sayının artmasını tullantılarla əlaqələndirib."Bakıda tullantılar, zibilliklər çox olduğundan qarğaların sayı da artıb. Tək Bakı yox, rayonlara gedən yollar da zibillikdir. Qarğalarla mübarizədə ilk növbədə zibilliklər təmizlənməlidir".
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi mülki itkilər açıqlandı - RƏSMİ
Seda Sayan yeni verilişdə aparıcılıq edəcək
Sabaha xəyanət etməyək
Yaz saç düzümü üçün 15 ideya
Maşın qiyamətindən çıxış yolu nədir?
Öz psixologiyanızı anlamağınız üçün tövsiyələr
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
Görəsən, məndə göz var ?
HAVA necə olacaq?- 21 APREL
Deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub
"Beni Affet" (1-ci hissə)
Ərdoğan huşunu itirdi, həkimlər müdaxilə etdilər
Qışa hazırıqmı? - Rəsmi AÇIQLAMA
Neft Şirkətində işləmək istəyənlərin nəzərinə
Mursilər qəbiləsinin qadınları-FOTO
"Rembo" qayıdır - FOTO
Eviniz və torpağınız sənədlidirmi?
Qadınlar necə qənaət edir?
Günün qoroskopu: arzularınız qorxularınızdan güclü olsun
4 illik evlilik 10 dəqiqəyə bitdi
Bürclərin son 10 ildə keçirdiyi dəyişikliklər (2)
Check-up müayinə nəyə görə lazımdır?
Vensan Kassel evləndi-FOTO
Qayğıya ehtiyac
Günün qoroskopu: kənardan yardım gözləməyin
Qartal, dəvə, ilan və digər heyvanlar... - SANKİ CANLIDIRLAR
"8 Mart" salatı (foto resept)
Sabah da qar yağacaq
Məşhur aktrisanın əri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Pakistanda hind filmləri qadağan olundu-SƏBƏB
Gün ərzində Facebook-da nə qədər vaxt itirirsiniz?
Yeni İllə bağlı bir həftəlik qeyri-iş günü?
Məşhur aktrisanın barmaqları sındı
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: Bu nömrələrdən sizə mesaj gələ bilər
COVID-19 statistikası: Ən çox ölüm bu yaş aralığındadır
Üzük modelləri
"Bank of Baku" Android və iPad üçün mobil əlavələrini işə saldı!
Yağış yağacaq
Tuba Büyüküstün yeni stili ilə HEYRAN ETDİ - FOTO
1 ayda 5 milyon Galaxy Note 3 satıldı
Dodaqları çatladan nədir?
Hazal Kaya hamilə olduğunu etiraf etdi
Rusiyada koronavirus peyvəndi 15 avqustda dövriyyəyə buraxıla bilər
Azərbaycanda internet sürəti artırılır
Ən gözəl körpülər
Urmiya gölü niyə quruyur?
Koronaya yoluxma ehtimalı olanları müəyyən edən qurğu
YEMƏYİN QALIĞINI ŞEYTANA BURAXMAYIN!!!
Xəzərdə suitilərin ölümünün hansı səbəbdən baş verdiyi araşdırılır
Məşhur aktrisanı arıqladan çay