Bakıda hava 12°
USD AZN
EUR AZN
10:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,əziz Qadin.Netlilər!
41230

”100 ilin tənhalığı ”

 

”100 ilin tənhalığı ”

 

Qabriel Qarsia Markes – ” 100 ilin tənhalığı ” 

100 ilQ.Q.Markez ” Yüz ilin tənhalığı ” “Səs-küylü və insanlarla doluydu Buendiaların tənhalığı …” Nağıl yoxsa həqiqət? ! Ya da nağıl diliylə yazılmış həqiqət? ! Hər şey illər öncə ata Joze Arkadio ilə ana Ursulanın dənizi tapmaq xəyalı ilə dağları aşıb Makondo qəsəbəsini qurması ilə başladı. Burda-Makondoda yüz illik tənhalığa məhkum edilmiş bir nəsil yarandı. Üç övladı oldu Joze Arkadio ilə Ursulanın – Aureliano, Joze Arkadio və Amaranta. Nəsil davam etdikcə bu adlar dəfələrlə təkrarlandı. Amma onların adlarından başqa da ortaq bir xüsiyyətləri var idi-tənhalıqları…

 

”100 ilin tənhalığı ”

 

Roman qəhrəmanları necə bir həyat yaşayırlarsa yaşasınlar əvvəl-axır onları qaçılmaz bir tənhalıq gözləyir. İstər ata Joze Arkadio kimi dənizi tapmaq arzusuyla dağları aşsınlar, istər yüz ildən artıq ömür sürən Ursula kimi ailəni qoruyub saxlamaq, onun diliylə desək ” dəlilər evi “ni idarə etmək üçün insan iradəsindən üstün olan bir güc sərf etsinlər, istərsə də polkovnik Aureliano Buendia kimi 32 döyüşdə iştirak etsinlər … fərq etməz. Sanki ortaq və qaçılmaz bir taleləri var, vaxt gəlib çatanda qaranlıq bir tənhalığa qərq olaraq tək-tənha ölürlər. Görəsən onlardan hansı daha tənha idi? Ömrünün sonunu bir şabalıd ağacı altında keçirərək, az qala o ağacla bir bütün olan Jose Arkadio … İyirmi il davam edən müharibədə 32 silahlı hücumun hamısında məğlub olan, ona qarşı hazırlanmış 14 sui-qəsddən sağ çıxıb bir əfsanəyə çevrildikdən sonra edama məhkum edilən polkovnik Aureliano Buendiamı … Ömrü boyu Pietro Krespinin yasını tutub heç vaxt ailə qurmayan Amaranta… yoxsa….???? Nə qədər fantastik və inanılmaz hadisələr baş versə də əslində anlayan oxucu üçün əsərdə Markezin özünün dediyi kimi həqiqətdən uzaq bir cümlə də yoxdur. Tənhalıq mövzusu elə incəliklə işlənib ki, oxuduqca səssiz-səmirsiz, xəbərdarlıq etmədən insanın içinə işləyir. Ancaq o zaman tənhalığa məhkum edilmiş Buendia nəslinin faciəsini səndə yaşayır və anlayırsan …
Aybəniz Həsənova

Səslərin sayı: 1
3
2169
loading...
Şərhlər
Offline
Fatma xanım
İyirmi il davam edən müharibədə 32 silahlı hücumun hamısında məğlub olan, ona qarşı hazırlanmış 14 sui-qəsddən sağ çıxıb bir əfsanəyə çevrildikdən sonra edama məhkum edilən polkovnik Aureliano Buendiamı …
5 mart 2016 11:17
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ellada Babayeva
Tənhalıq mövzusu elə incəliklə işlənib ki, oxuduqca səssiz-səmirsiz, xəbərdarlıq etmədən insanın içinə işləyir.

Əslində yazmaq çox çətindi. Elə yazar adına laiq görülməkdə..
3 mart 2016 00:15
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Nermin_Guler
Roman qəhrəmanları necə bir həyat yaşayırlarsa yaşasınlar əvvəl-axır onları qaçılmaz bir tənhalıq gözləyir. İstər ata Joze Arkadio kimi dənizi tapmaq arzusuyla dağları aşsınlar, istər yüz ildən artıq ömür sürən Ursula kimi ailəni qoruyub saxlamaq, onun diliylə desək ” dəlilər evi “ni idarə etmək üçün insan iradəsindən üstün olan bir güc sərf etsinlər, istərsə də polkovnik Aureliano Buendia kimi 32 döyüşdə iştirak etsinlər … fərq etməz.

Bəlkə də onlar bundan ilham alır elə və ya tənhalıq onları yazar edir(
2 mart 2016 20:19
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Bu günlərdə məhkəməyə müraciət edən cütlük münasibətlərini dost kimi davam etdirəcəklərini söyləyiblər.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Yaraşırlar amma gizdətməyin adı yoxdu
  • Toyuq dönərinə görə məhkəməyə verdilər

    Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay məhkəməyə verilib.
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Gül kimi ərinə xəyanət eliyib?
  • Təzə zəncəfil çayı (video-resept)

    Zəncəfili də həmişə içməy olmur
  • Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO

    Karl Qaskell tapıntı ilə bağlı şikayət etdikdən sonra şirkət bunun onlar üçün də sürpriz olduğunu deyərək, üzrxahlıq edib.
  • Məşhur aktyor 65 kq arıqladı-FOTO

    "Möhtəşəm yüz il" serialında Şeker ağa obrazını canlandıran aktyor Yüksel Ünalı görənlər tanımır.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Türkiyə mediası Bekir Saçar, Berk Suyabatmaz və Berrak Tüzünataç ilə bağlı qalmaqallı xəbər yayılayıb.
  • Piylənməyə səbəb olan 3 hal

    Piylənmədə genetik faktorların vacibdir. Normal çəkidə olan ana və atanın uşağında piylənmə riski 10%-dir. Artıq çəkili ana və atanın övladında bu risk 80%-dir.
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем добрый вечер. Боялась заказывать за за частичную оплату. Но все прекрасно. До Твери шла ровно 8 дней шведская стенка как и обещали. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна конструкция была без отверстий для крепления к стене, пришлось делать самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо большое.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış