Bu il qarşıma qoyduğum məqsəd ədəbiyyat sahəsində öz möhürünü vurmuş tanınmış simalardan ən azı bir əsər oxumaqdan ibarətdir. Hansi ki heç vaxt bu müəlliflərə müraciət etmemişəm. İlk açılışı Haruki Murakaminin ” Kafka sahilde ” romanı ilə etdim. Nə yaxşı ki seçimimdə yanılmadım. Əsərin adı və annotasiyası ilk baxışdan maragımı çəksə də, oxuduqca daha çox bağlandım. Əvvəla yazıçı haqqında onu demək istərdim ki, Murakami 1949-cu ildə 12 yanvar Kyoto şəhərində doğulmuşdur. İxtisasca filoloq olan ( ədəbiyyatşünas ) olan ədib ilk əsərini 1985-ci ildə nəşr etdirib. ” Pinbol-1973 ” əsəri yazıçının həm ilk əsəri, həm də ədəbiyyat sahəsində uğur talismanı olur. Murakami əsərləri mövzu və informasiya baxımından çox zəngindir.
Onun əsərlərində hər tip oxucu öz marağına uyğun nəsə tapa bilər. Əsərlərində fəlsəfi fikirlər, tarixi faktlar, coğrafi biliklər, incəsənət, musiqi ilə bağlı məlumatlar əldə etmək mümkündür. Bunlarla yanaşı, Murakami əsərlərində qeyri-adi nəsnələri, realliqdan uzaq olan səhnələri həvəslə təsvir edən yazardır.
Əsərdə iki paralel süjet xetti vardir. Nakata və Kafka Tamura adlı iki şexsin həyatından parçalar təsvir olunur. Bu insanlar hardasa ayrı fiziki bədən olsalar da, ruhən bir-birini tamamlayırlar. Hər ikisi nələrdəsə yarım qalan insanlardir. Həyatın girdabinda amansız oyunlarla rastlaşan və qurbanına çevrilən kəslərdir. Biri keçmişini unutmuş bu gunu ile yaşayan, digəri isə bu günündən imtina edib keçmisindəki qaranlıqları işıqlandırmaq istəyən yeniyetmə.
Romanda adı ilə də yanaşsaq, baş qəhrəman Kafka Tamuradir. Amma mənə görə Saki xanimdir. O erkən gənc yaşlarından sevdiyi şəxsi itirmiş və ömrü boyu onun sevgisi ilə yaşamısdır. Ruhən sevgisinə baglı olduğu üçün ovladının adını da sevgilisinin adini qoyur– Kafka. Fiziki cəhətdən oğlu olsa da, ruhen itirdiyi şəxsi xatırlatdığı üçün qadın buna dözməyib övladını körpə yaşlarında tərk edir. Yazıçı burada ruhun yenidən doğuluşu məqamına toxunub. Yəni Kafka fiziki cəhətdən onun oğlu idi, lakin ruhən sevgilisi Kafka idi. Kafka yeniyetmə yaşlarına çatan kimi həqiqətləri öyrənmək üçün axtarışa cıxır. Yazıçı həm də Kafkanın yaşadıqların, davranıslarını, verdiyi qərarları onun tale yazısı kimi də dəyərləndirir. Yeni yaşanmalı olanlar gec -tez yaşanacaqdir. Kafkanın Takamutsiyə gəlişi, kitabxanada Oşimayla rastlaşıb dostlaşmasi, Saki xanimla tanıs olması bir növ taleyin oyunu kimi qələmə verilir.
Kafka bu şəherə gəlməklə, burada yaşamaqla özünü, kimliyini kəşf etmiş olur. Kafka sözüne geldikde ise menasi qarğa kafkademəkdir. Kafkanı daim təqib edən teyf de məhz qarğa mənasını verən ” Krov ” adlandırılıb.
Murakami əsərlərində fərqli düşüncəli, fərqli xarakterli insanların iç dünyalarına rahatlıqla daxil ola bilirsen. Məsələn, Nakata kimi. Cəmiyyətimizdə, dünyamızda bizimlə bərabər yaşayan bu insanlarə tanımağa, anlamağa başlayırsan. Onların psixologiyasını azacıq da olsa, öyrənirsən.
Her birinizə xoş mütalieler..Mene gore Murakami mutleq oxunmali yazardir.
Pəri Cahan
XƏBƏR LENTİ
HAVA necə olacaq?
VİRUS TƏHLÜKƏSİ: Azərbaycanlıların olduğu bina mühasirəyə alındı - Bütün əlaqələr kəsildi (VİDEO)
Lövhədə "Microsoft"un şəklini çəkdi-Məşhur oldu!-FOTO
Adel yenidən aşiq oldu
Azərbaycan əhalisinin son sayı açıqlandı
Kraliçanın sarayında yolka bəzəndi - FOTO
Yumurtanın daha bir faydası tapıldı
Dünyadan köçmüş ən varlı tanınmış kimdir?
Aleyna Tilki istirahətindən danışdı-FOTO
Milli Məclis təhsil qanununu dəyişdirəcək
“Facebook” bunu da etdi
Kiminlə yoldaşlıq edək?
Gül açan 5 kaktus
"70 yaşımda da seksual görünmək istəyirəm"
Uzunömürlü ailələrin sirri
Dünyanın ən böyük sirlərindən biri çözüldü?
Vaxt edib yatağını toplaya bilməyənlər üçün ağıllı yorğan
Ən dəbdəbəli təyyarə interyerləri
“Taxt oyunları” tənqid olundu - FOTO
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Fonetika - Hərflər (3)
Nevroz və ürək xəstəliklərinin səbəbi
Uşaqların bir-birinin qısqanmasının qarşısını necə almalısınız?
Qırışların yaranmasının qarşısını alan maska
Ənənəvi Braziliya karnavalı başlayıb
Düşüncələri oxuya biləcəklər
Məktəblilərin yay tətili ləğv olunacaq? (RƏSMİ AÇIQLAMA)
Vətən müharibəsində şəhid olan ilk həkimimiz - “Özünü yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın”
Dünya Rəssamlıq Akademiyasının Bakı ofisi Beynəlxalq sərgiyə hazırlaşır
Məşhurların qidalanma sirləri
Qəhrəman pilotların meyitləri qaytarıldı
Ağdam məscidi “Qədr surəsi” ilə açıldı: Bu gün min aydan daha xeyirlidir - VİDEO
Bakının bir rayonunda qaz olmayacaq
Azərbaycanda bəzi qəbul imtahanlarının keçiriləcəyi tarixlər dəyişdirilir
"Mançester Siti" PSJ-nin təklifini rədd etdi
Bərdəyə raket hücumu nəticəsində həlak olanların sayı bilindi - RƏSMİ+Yeniləndi
Menstruasiya sancısının qarşısı necə alınmalıdır?
Gözbağlayıcı evlənmə təklifi: "Məni alarsan?!"
Uşaqlar arasında intihar halları niyə artıb?
Facebook haqda bunu bilirdiniz?
Əsəd:“Rusiyaya görə icazə verdik...”
Yeni Ceyms Bond o olacaq
Arıqlayan aktrisanı heç valideynləri də tanımadı-FOTO
Araxisli peçenye (foto resept)
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Dünyada yeni virus yayılır
Almalı tort(foto resept)
Rusiya KİV: “Şuşa üç tərəfdən mühasirəyə alınıb, güclü hücum hazırlığı görülür” - FOTO
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı
Epidemioloqlar Gürcüstanda şəhər sakinlərini evdə qalmağa çağırırlar