Milli.Az bildirir ki, Qafqazinfo-nun əməkdaşı əhalinin yerli, yoxsa xarici məhsullara üstünlük verdiyini öyrənmək üçün Bakının məşhur bazarlarından biri olan "Keşlə bazarı"na üz tutub. Adətə uyğun olaraq bazara ilk ayaq basan kimi satıcıların hərəsi öz məhsulunu tərifləməyə başlayır. "Alma almaya bənzər" filmində Mirzə Babayevin səsləndirdiyi musiqidən heç də geridə qalmayan çağırışlar alıcıları yerli mala səsləyir:
Gəl apar siftədi,
Al apar müftədi
1 manat heç nədi
Kim alsa, kefdədi, gəl...
O vaxtdan bu vaxta satıcıların çağırışları dəyişməsə də, qiymətlərdə kifayət qədər fərq hiss olunur. Artıq bazarda filmdəki kimi tərifəlayiq almanın kilosunu 1 manata tapmaq müşkül məsələdir:
"6 növ alma var, 6-sı da yerlidir. İkisi Qusarındır, qalanlar Quba, İsmayıllı. Qiymətləri də müxtəlifdir. Məsələn, Qızıl Əhmədinin kilosu 6 manatdır, 5 yarıma verə bilərəm.
Əvvəlcə bazardakı ümumi qiymətlərlə tanış olmaq istəyirik. Həm söhbətləşmək, həm də qiymətlərlə daha yaxından tanış olmaq üçün ən gözəl yol bazarı alıcılardan biri ilə gəzmək olar. Bu səbəblə yaxınlaşdığımız Məlahət Hüseynova bazarın daimi alıcılarındandır. Həmsöhbətimiz evinə yaxın olduğu üçün aylıq alış-verişini illərdir bu bazardan etsə də, artıq marketdəki qiymətlərlə elə də fərq görmədiyini dedi:"Əvvəllər Bakının ən ucuz bazarlarından idi. Lazım olanı alıb evə qayıdırdıq. İndi burada da qiymətlər qalxıb. Bəzi tərəvəzlərin qiyməti elə marketlərdə də eynidir. Məsələn, limon marketdə də 50 qəpikdir, burada da".
Birlikdə qiymətlərlə maraqlanırıq:Kartof 1 manat- 1 manat 50 qəpik,
mandarin 2 manat 50 qəpik - 3 manat,
kələm 50 qəpik,
alma 1 manat 50 qəpikdən 6 manata kimi.Düzü, qiymətlər "Vasmoy"dan bir az baha görünür. Bunun səbəbini də satıcılar belə izah etdi:""Vasmoy"un bazarında çəkidə oynayırlar, biz oynamırıq. Məsələn, baxın, bu 3 almanın qiyməti 80 qəpikdir. Hər kiloda bir-iki alma götürsəm, niyə də ucuz verməyim? İndi 20 qəpik qazanıramsa, onda 40-50 qəpik qabağa olacam. Ona görə də, alıcılar ehtiyatlı olsun, çəkidə aldanmasınlar".Ölkənin hər yerindən məhsul gətirən satıcılar son zamanlar yerli mala üstünlük verənlərin sayının artdığını bildirib:"Düzdür, yerli məhsul almaq istəyənlər çoxdur. Deyirlər ki, xarab olsun, çürük olsun, eybi yox, yerli mal ver. Ancaq qiymətlərdə bir az fərq olduğu üçün xarici məhsul istəyənlər də var. İnsanlarımız nə yediyinə fikir vermir. Əsas odur ki, ucuz olsun. Deyirsən, ay bacı, 20 qəpik artıq ver, yerli məhsuldan al, ancaq qulaq asmırlar. Bu İranın xiyarıdır, 1 manat 50 qəpik. Bu da Maştağa xiyarıdır, 2 manat. İndi onun da dadına baxaq, bunun da. Tam fərqlənir".Söhbətləşdiyimiz başqa bir Sənan adlı satıcı keçən ilə nisbətən qiymətlərin qalxdığını, hələ bayramqabağı bir az da qalxacağını bildirdi:
"Mən birbaşa gətirirəm deyə qiymətlər nisbətən ucuzdur. Əldən-ələ keçəndə 20-25 qəpik üstünə qoyulur. Keçən il Quba almasının kilosu 1 manat, 1 manat 20 qəpik idi. İndi məhsul az oldu deyə qiymətlər qalxıb. Əhalinin də alıcılıq qabiliyyəti zəifləyib. Alan olsa, maksimum günə 3 yeşik alma satılar, ya yox".Satıcıların, həmçinin xaricdən gələn məhsullarla bağlı hər hansı bir problem yaşamadıqlarını bildiriblər: "Düzdür, alıcılara, əsasən, yerli malı təklif edirik, ancaq xarici məhsullarda da elə bir problem yaşanmayıb. Dediyiniz o geri qaytarılan kartof da kimsə kiçik biznesmeni sıradan çıxarmaq üçün edilən bir şey olar. Bütün mallar "Vasmoy"a gətirilir, biz də oradan alırıq.Birlikdə gəzdiyimiz Məlahət Hüseynova bizə qiymətlərin bazarın içində çölə nisbətən baha olduğunu demişdi. Onun bu sözünü qarşılaşdığımız maraqlı hadisə təsdiqlədi. Belə ki, içəridə olduğumuz zaman Gədəbəy kartofu satdığını, çöldəkilərin xarici məhsulu yalandan yerli mal kimi verdiyini deyən ağsaqqalla bir müddət sonra çöldəkilərlə mübahisə edən zaman qarşılaşdıq. Satıcılardan səbəbini soruşduğumuzda dayının onları hər zaman ucuz satdıqları üçün qınadığını dedilərGədəbəydən kartof, Qubadan alma, Maştağadan xiyar, Lənkərandan kivi, Göyçaydan nar...Qimətlərin nə qədər ucuz, ya baha olduğunu deyə bilmərik, ancaq piştaxtalardakı xarici malın yerinin yavaş-yavaş yerli malla əvəzlənməsi təqdirəlayiq haldır. Necə deyərlər, hamı yerli mal alsın, xeyir vətənə qalsın.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dünyanın ən bahalı şokoladı
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ
Gicitkənin saçlara faydası
Ən rahat ev geyimləri
Batareya çirkab suları ilə işləyəcək
Azərbaycan hərbçiləri Şuşada Xan çinarları əkdi - VİDEO
Polis xəbərdarlıq etdi
Yeni klipində gözəgörünməz oldu
Bu gün Ümumdünya Poçt Günüdür
Kəndli qadın 16 il sonra saçına qayçı vurdu - FOTO
Azərbaycanda institut rəhbəri vəzifəsindən azad edildi
Bu rayonlar karantinə alındı
HAVA necə olacaq?-10 FEVRAL
Günün ulduz falı
Kəlbəcər rayonunun işğalından 25 il ötür!
Buxarda toyuq ruleti (foto resept)
Builki abituriyentlərə ŞAD XƏBƏR
Maska mədəniyyəti: Onlarda və bizdə - VİDEO
Günəşdə dəhşətli partlayış gözlənilir
Göz yaşı
O bir ilə 620 milyon qazandı
Necə qonşusunuz? (test)
Ardanın xanımı İlk dəfə AÇIQLAMA verdi
Maradonanın son sözləri məlum oldu
Uşaqlara Yeni il hədiyyəsi seçərkən diqqətli olun
Millimiz bu gün “Şaxtyor”la qarşılaşacaq
Leyla Əliyeva Şirvanşahlar Sarayında - FOTO
Tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi
Məşhur müğənninin 2,5 milyonluq villası uçdu-FOTO
TƏBİB-dən çimərliklərdə sosial məsafə ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” kitabı nəşr edildi
Girovlarımıza ağır cəza
Məşhur idmançı hər kəsi qəzəbləndirdi-FOTO
Qiyməli şorba (foto resept)
Nazirimizdən savaş mesajı
Gözəl bilərzik modelləri (2)
Böyük ailədə böyüyən uşaqların qazancı
Ter-Petrosyan Paşinyanı ümummilli bəla adlandırdı
Ermənilər ora da göz dikiblər
İstifadəçilər YouTube-a qarşı
Azərbaycanda qarlı, şaxtalı hava şəraiti davam edəcək
Qurban bayramı nə vaxtdır?
Sabahın HAVAsı
Yalançı adamı necə tanımaq olar?
Hava haqqında
Ancelina Colinin qızı əməliyyatdan sonra İLK DƏFƏ-FOTO
Tramp gözlənilməz əmr - 90 gün ərzində...
Milla Yovoviç üçüncü dəfə ana olacaq-FOTO
245 qramlıq körpə aylar sonra İLK DƏFƏ-FOTO