Ötən gün Formula 1-də boş olan son vakansiya da tutulduqdan sonra komandaların tam heyəti formalaşıb.
Milli.Az bildirir ki,Trend.Az "F-1.az" saytına istinadən məlumat verir ki, bununla da iyun ayında ölkəmizə gələcək komandaların tam heyəti məlum olub.Bu il çempionatda 11 komanda iştirak edir və hər bir komandanı iki sürücü təmsil edir. Ona görə də Hökumət Evinin qarşısındakı start-finiş düzlüyündə iyunun 19-da dünyanın ən sürətli 22 sürücüsünü görəcəyik. Qeyd edək ki, peletonda 5 dünya çempionu (Sebastian Fettel, Lyuis Hemilton, Fernando Alonso, Kimi Raykkönen və Censon Batton) yarışacaq.Aşağıdakı cədvəldən də göründüyü kimi, peletonda ən təcrübəli sürücü Censon Battondur. Britaniyalı sürücü 17-ci mövsümünə hazırlaşır və indiyə kimi 287 Qran-Pridə iştirak etməklə 284 yarışda start alıb, 15 mindən çox dövrə vurmaqla 75.5 min km-dən çox məsafə qət edib. Bakıya gələn sürücülər arasında ən titullusu dördqat dünya çempionu Sebastian Fettel olsa da, qələbə sayına görə cəmi bir qələbəlik üstünlük sonuncu dünya çempionu Lyuis Hemiltondadır - 43 qələbə. Amma S.Fettel 2013-cü ilin ikinci yarısında ardıcıl 9 qələbə qazanmaqla adını "Formula 1" tarixinə yazdırıb.Podiumların sayına görə Bakıya gələcək sürücülər arasında Fernando Alonso (90) liderlik etsə də, pouldan və birinci cərgədən start almaq üzrə lider L.Hemiltondur. Sürətli dövrələrə görə Kimi Raykkönen (42) rəqiblərini çox qabaqlayır. S.Fettelin 28 dubluna (pouldan start almaqla qələbə qazanmaq) L.Hemilton 9 het-triklə (poul, qələbə və sürətli dövrə) cavab verib. Startdan finişədək liderlik daha çox etdiyinə görə (13 dəfə) S.Fettel peletonda 4 dəfə Böyük Dəbilqə (het-trik və startdan finişədək liderlik) qazanmış sürücüdür.S.Fettel həm də "Formula 1" tarixində indiyə qədər ən çox xal qazanmış sürücüdür. Hazırda onun hesabında 1896 xal var.
Amma Bakıda keçiriləcək yarışa qədər təqvimdə 7 yarış var və bu cədvəldəki bir çox göstəricilər üzrə adlar dəyişə bilər.
Göstərici |
2016-cı il |
Formula 1 tarixində |
||
Sürücü |
Say |
Sürücü |
Say |
|
F1-də mövsüm |
Censon Batton |
16 |
Rubens Barrikello |
19 |
Qran Pri |
Censon Batton |
287 |
Rubens Barrikello |
326 |
Start |
Censon Batton |
284 |
Rubens Barrikello |
322 |
Qələbə |
Lyuis Hemilton |
43 |
Mixael Şumaxer |
91 |
Ardıcıl qələbə |
Sebastian Fettel |
9 |
Sebastian Fettel |
9 |
Podium |
Fernando Alonso |
97 |
Mixael Şumaxer |
155 |
Ardıcıl podium |
Lyuis Hemilton |
16 |
Mixael Şumaxer |
19 |
Poul |
Lyuis Hemilton |
49 |
Mixael Şumaxer |
68 |
Ardıcıl poul |
Lyuis Hemilton |
7 |
Ayrton Senna |
8 |
Birinci cərgə |
Lyuis Hemilton |
90 |
Mixael Şumaxer |
116 |
Ardıcıl birinci cərgə |
Lyuis Hemilton |
20 |
Ayrton Senna |
24 |
Sürətli dövrə |
Kimi Raykkönen |
42 |
Mixael Şumaxer |
77 |
Ardıcıl sürətli dövrə |
Kimi Raykkönen |
6 |
Alberto Askari |
7 |
Dubl |
Sebastian Fettel |
28 |
Mixael Şumaxer |
40 |
Het-trik |
Lyuis Hemilton |
9 |
Mixael Şumaxer |
22 |
Startdan finişədək liderlik |
Sebastian Fettel |
13 |
Ayrton Senna |
19 |
Böyük Dəbilqə |
Sebastian Fettel |
4 |
Cim Klark |
8 |
Dövrələr |
Censon Batton |
15182 |
Mixael Şumaxer |
16825 |
Liderlik dövrələri |
Sebastian Fettel |
2614 |
Mixael Şumaxer |
5112 |
Məsafə, km-lə |
Censon Batton |
75542.46 |
Mixael Şumaxer |
81209.07 |
Liderlik məsafəsi, km-lə |
Sebastian Fettel |
13754.83 |
Mixael Şumaxer |
24153.11 |
Xallar |
Sebastian Fettel |
1896 |
Sebastian Fettel |
1896 |
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Haydi bu dəfə də diqqəti üzərinə çəkdi-FOTO
Kinoteatrlarda tamaşaçıların reaksiyasını qeydə alan sistem hazırlanıb
Xanımından Kıvançla bağlı romantik paylaşım
Təbii qaza tələb çoxalıb
Məşhur repçi həbs olundu
Rəfiqələrinizlə izləyə biləcəyiniz filmlər
"Azərbaycan Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək"
Dahi Stiv Cobs: 59 il əvvəl...
Yaxşı yaddaşa sahib olmaq üçün nə etməliyik
Bakı bulvarı ərazisində Wi-Fi şəbəkəsi işə salınacaq
Tuşdan istifadə qaydaları
Ermənilər işğal altındakı rayonlarımıza qondarma adlar qoyublar
Saç rənginə görə makiyaj
Gözəl görünmək istəyirsinizsə...
Tülkü ilə dovşanın nağılı
Azərbaycanda iki yerdə zəlzələ oldu
Bulvarda istirahət edənləri "soya" bilməyəcəklər
Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların SİYAHISI
"Hörümçək adam" 75 mərtəbəli binanı fəth etdi
Beynəlxalq şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Bakı Ali Neft Məktəbində olub
Dəbli qısaboğazlı çəkmə modelləri
"Miss Uruqvay-2006" müəmmalı şəkildə öldü-FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva ordenlə təltif edildi
Emrahdan xanımına 8 milyonluq jest
Rənglərin qidalanmağa təsiri
Əhya gecələri nə zamandır?
Shakira öz əl işini təqdim etdi
Dolu bədənli xanımlar üçün
Ürəkdən süzülən sözlər-1
İçkiyə 30 min xərcləyən Conni Depp danışdı
Günün ulduz falı
Qorxunc rəqəm durmadan yüksəlir
Dərini qırışlardan qorumaq üçün nə etməli?
Sabah bu saatda nə baş verəcək? - Telefonlarınıza diqqət edin...
Azərbaycan milli uşaq oyunları-6
Hadisə bu dəfə də geyimi ilə Gündəm oldu- FOTO
OGLAN YA QIZ
İnək südü İİÇV-yə qarşı dərmanın mənbəyidir
Yaxşı əti necə seçmək lazımdır?
“Oskar” tarixində ilk yaşandı - FOTO
Azərbaycanda builki yanvarı "ən isti yanvar" hesab etmək olarmı?
"Vineqred" salatı (foto-resept)
Deniz Çakıra 1il həbs cəzası!
Onun da ulduzu yerə vuruldu
Beyni ölmüş ana sağlam uşaq dünyaya gətirdi
Ermənistan parlamentində şok etiraf: "O torpaqlar bizim deyil!"
Sumqayıtda dünyanın ən böyük Novruz xonçası hazırlandı
Cənnət alması mürəbbəsi (foto resept)
Südlü qarğıdalı unu şorbası (video-resept)
Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI