Azərbaycan 1992-ci ilin fevralında törədilmiş Xocalı qətliamının iştirakçıları barədə beynəlxalq axtarış elan edib. ANS PRESS-in məlumatına görə, hadisələrdə günahkar olan 39 nəfər haqqında axtarış elan olunub.
"Xocalı soyqırımını etmiş 39 nəfəri cinayət məsuliyyətinə cəlb etmək üçün onlar barədə həbs qəti imkan tədbiri seçilib və onlar haqda axtarış elan edilib", - deyə bu barədə Milli Məclisdə hərbi prokurorluğun xüsusi araşdırmalar şöbəsinin rəisi Rauf Məmmədov bildirib.Onun sözlərinə görə, Azərbaycan müstəntiqləri cinayətin törədilməsində şübhəli 231 nəfərin olduğu yerləri dəqiqləşdirmək istiqamətində işini davam etdirirlər.Məmmədov xatırladıb ki, Xocalıda baş verən cinayətlərlə əlaqədar 1992-ci il fevralın 27-də Qarabağ rayonlararası prokurorluğu tərəfindən cinayət işi qaldırılıb. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid qurban verib.Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-ı səhər saat 5 iradələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib.Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
"Qalatasaray"dan biabırçı məğlubiyyət
Kim Çen In yeni nüvə silahını sınaqdan keçirmək niyətindədir
İaşə obyektlərində sanitar qovşaqlardan istifadə qadağan olunacaq? - AÇIQLAMA
Pensiyalarla bağlı yenilik
Motsart dinləyən körpələr kökəlir
Balaca mələklərimiz üçün...
Münasibətinizin hansı dönəmini yaşayırsınız?
Avropaya vizasız gedəcəyik: az qaldı
İnsanları ölümdən o qurtaracaq?
Almaniyadan şok islam qərarı
Müğənni beynini və səsini 10 milyona sığortalamaq istəyir
Çaydan dəstləri
HAVA necə olacaq?- 21 fevral
Beren Saat yeni layihə ilə hər kəsi sevindirdi-FOTO
Günün qoroskopu: təmkinli, amma əzmkar və qətiyyətli olun
Daryna Kossarın sənət əsərləri
İl ərzində yeməyə cəmi 2 dollar xərcləyib - FOTO
Alimlərdən dəhşətli virusla bağlı AÇIQLAMA
Bir yerdə idman edək-5
190 manatlıq birdəfəlik ödəmənin veriləcəyi yerlərin SİYAHISI
İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO
Lenini diriltmək istədi: “Qalx, qalx...” – Qızıl Meydanda qəribə olay
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Məşhur brendlərin uşaq kolleksiyası
Arıqlamaq istəyən xanımlar üçün
Çay sevənlər üçün YENİLİK
Dünya şöhrətli aktrisa vəfat etdi
Uşağımızın oyuncaqları
Facebook-da daha bir yenilik
Şahzadə Diananın üzüyü ikinci gəlini Megana verilib-FOTO
400 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızdı
İtaliya mətbəxindən "Şokoladlı Tiramisu" (foto resept)
Can Yamanla Demet münasibətlərini gizlədə bilmədilər-FOTO
İnfeksiya yığan "tozsoran"
Günün ulduz falı
Leyla Əliyeva körpələrlə görüşdü
Heyvanlar haqqında maraqlı məlumatlar
Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
"Pensiyalar artacaq" - Nazir
Pritçalar (son)
Müdafiə Nazirliyi: “Düşmən Ağbəndi atəşə tutur”
2018-ci ilin saç düzümləri (FOTO)
Dənizlinin “Xəzər Lənkəran”dakı yeni qaydaları
Öyrəndiklərinizi rejimli şəkildə təkrar edirsinizmi?
7 milyona malikanə aldılar - FOTO
Kökəlmək istəyən xanımlara
Qüsurları ilə mükəmməl görünən modellər
Məhz təhsil üçün
Saç çubuqları
Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ