Xammal bazarlarında qeyri-sabitlik, neft qiymətinin aşağı düşməsi dünyada iqtisadi vəziyyətin pisləşməsinə gətirib çıxardı. 2014-2018-ci illərdə regionların inkişafı dövlət proqramının reallaşdırılması üzrə bu yaxınlarda keçirilən konfransda Prezident İlham Əliyev vurğulayıb ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib və hələlik vəziyyətin yaxşılaşdırılması perspektivi görünmür. "Bu yaxınlarda Davos ümumdünya iqtisadi forumunda iştirak edərkən bir daha şahid oldum ki, hələlik dünya iqtisadiyyatı çətin vəziyyətdə qalacaq", - deyə İ. Əliyev bildirib. Bununla yanaşı, Davos forumunun seksiyaları çərçivəsində prezident qeyd edib ki, Azərbaycan neftdən sonrakı dövrünə hazırlaşırdı, lakin dünyada indiki böhranı gözləmirdi. Nəticədə, bu şəraitdə hökumət qeyri-neft sektorunun inkişafı üzrə planlarını sürətləndirməyə məcbur oldu. Və birinci növbədə qəbul olunan tədbirlər kimi sahibkarlar və sərmayəçilər üçün vergi güzəştləri qəbul edildi, idxalı əvəzləyən və ixraca yönəlmiş məhsulların stimullaşdırılması üzrə tədbirlərin hazırlanması tapşırıldı. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər barədə sərəncamında nəzərdə tutulanlardan biri də xarici bazarlarda "Made in Azerbaijan" brendinin təşviqidir. Lakin xaricə çıxmazdan öncə, ilk növbədə, qarşıda duran vəzifələrdən biri bazara tam yiyələnməkdir. Burada vəziyyət o qədər də ürəkaçan deyil, bu da Azərbaycanın xarici ticarət dövriyyəsinin təhlili zamanı müəyyən olunur.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2015-ci ildə Azərbaycan məhsulunun ixracı 11,4 mlrd. dollar, idxal - 9,2 mlrd. dollar təşkil edib. Xarici ticarətdə müsbət saldo 2,2 mlrd. dollar səviyyəsində olub. İlk baxışdan xarici ticarətdə vəziyyət kifayət qədər ümidvericidir. Lakin ixrac strukturunda neft-qaz sektorunun payında 9,6 mlrd. dollar, qeyri-neft sektorunda məhsulun payı isə 1,8 mlrd. dollar təşkil edib.
Bir tərəfdən aydındır ki, Azərbaycan neft-qaz ölkəsi kimi, daha çox irimiqiyaslı infrastruktur layihələrin icra olunduğu məhz hasil olunan xammal ixrac edir. Bununla yanaşı, istehsalı ölkənin daxilində təşkil oluna biləcək malların idxalda az olmayan paya sahib olması, sərmayələrin yatırılması üçün istiqamətlər göstərir.
Məhz gündəlik həyatda istifadə olunan məhsulların ciddi həcmdə ixracı manatın devalvasiyası zamanı istehlak bazarında qiymətlərin artmasına gətirib çıxarıb. Dövlət İqtisadiyyat Nazirliyi və Baş Prokurorluq simasında süni qiymət artırılmasının qarşısını almaq üçün tədbirlərin görülməsinə baxmayaraq, məzənnə fərqinə görə məhsulların ciddi bir qrupunun qiymətinin qaldırılması üçün obyektiv şərtlər var.
İlk həyəcan təbili unun qiymətinin artırılması oldu. DGK-nın məlumatına əsasən, 2015-ci ildə taxılın idxalı 343,3 mln. dollar təşkil edib. Bu, hələ ölkədə 2,9 mln. ton həcmində taxılın rekord məhsulunun olmasına baxmayaraq, baş verib. Taxılın və unun idxalından ƏDV-nin və gömrük rüsumlarının götürülməsi ilə hökumət çörəyin və un məhsullarının qiymətinin artırılmasının qarşısını aldı.
Lakin uzunmüddətli perspektivdə unun qiymətini yalnız taxılın daxili istehsalı sayəsində saxlamaq mümkün olacaq. Bunun üçün də aqrar sektorda kardinal islahatlar tələb olunur. Qeyd etmək lazımdır ki, hökumət tərəfindən bu istiqamətdə iri fermer təsərrüfatlarının yaradılması ilə artıq addımlar atılıb. Xüsusi ilə ölkəni taxılla təmin etmək məqsədi ilə 150 min ha sahədə iri fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Hazırda 40 min ha sahəsində 29 təsərrüfat fəaliyyət göstərir.
Lakin kənd təsərrüfatında taxılın becərilməsinə diqqət ayıraraq, ölkənin texniki bitkiləri - pambıqçılıq, ipəkçilik və tütünçülüyün inkişafında potensialı diqqətdən qaçırmaq olmaz. Məsələn, devalvasiyadan sonra qiymət artımında liderlərdən biri də məhz tütün məhsulları olub. Hökumət siqaretlərin əhalinin sosial məhsullar siyahısına daxil olmadığını səbəb gətirərək, tütün məhsullarının qiymətlərini tənzimləməkdən imtina edib. Eyni zamanda bu addım müəyyən dərəcədə siqaret çəkənlərin sayının azalmasına gətirib çıxaracaq, bunu da alqışlamamaq olmaz. Digər tərəfdən tütünçülüyün ölkədə inkişafı tütünün ixracı vasitəsi ilə ölkəyə valyutanın axınını artırmağa imkan yaradardı.
DGK-nın statistikasına əsasən, tütün məhsullarının idxalına 297 mln. dollar sərf olunub. Təbii ki, maliyyə vəsaitlərinin ölkədən axınını yerli siqaretlərin istehsalının artırılması vasitəsi ilə qarşısını almaq olar, lakin bunun üçün etibarlı xammal bazasına malik olmaq lazımdır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, 2015-ci ilin nəticələrinə əsasən, 3,5 min ton tütün istehsal olunub, halbuki 2000-ci ildə bu rəqəm 17,3 min təşkil edirdi.
İdxalının əvəz edilməsinə imkan verən digər sahə metallurgiyadır. Yaxın keçmişdə KİV-də yerli bazarın qara metallurgiya məhsulları ilə tam təmin olunduğuna dair "Polad İstehsalı üzrə Azərbaycan Kompleksi" SC-nin (ASPC) yaradılmasında ehtiyacın olmaması barədə müxtəlif fikirlər səslənirdi. Lakin bu bazarda məhsullar əsasən idxal olunan məhsuldur. DGK-nın məlumatına görə, ölkəyə 1,236 mlrd. dollar həcmində qara metallurgiya məhsulları idxal olunub. Bu da hələ öz dəmir mədənlərinə, iri poladtökmə və boru prokat zavodlarına sahib olan Azərbaycanda icra olunub.
İdxalın daha bir bəndi - yuyucu toz, sabunlar və s. Belə vasitələr də daxil olmaqla məişət kimyası məhsullarıdır. 2015-ci ildə bu məhsulların Azərbaycana idxalı 85 mln. dollar təşkil edib. Bununla belə, müvafiq bazar daha genişdir, çünki bu kateqoriyadan olan bir çox məhsullar ölkəyə əhali tərəfindən şəxsi istifadəsi üçün gətirilir. Lakin ölkədə Sumqayıtda kimya kompleksi var və onun bazasında kimyəvi texnopark yaradılıb. Və Sumqayıtda istehsal olunan məişət kimya məhsullarının müəyyən həcmi bazarda mövcuddur.
"Made in Azerbaijan" markası altında yerli istehsalatın zəif yeri məhsulların tanınmasıdır. Söhbət Azərbaycan məhsullarının reklamının olmamasından gedir. Nəticədə, istehlakçılar xarici məhsulların uzun siyahısını görürlər və yerli alternativ barədə fikirləşmirlər. Ona görə hökumət yeni istehsalatın yaradılması və mövcud olanların inkişaf etdirilməsi üzrə tədbirlərin dəstəklənməsi ilə birgə yerli məhsulların reklam etdirilməsi imkanlarını da nəzərdən keçirməlidir.
2015-ci ildə idxal olunan məhsulların sırasında mühüm hissəni 1,687 mlrd. dollar həcmində avadanlıqların və mexanizmlərin idxalı yer tuturdu; ayrıca bir bənd kimi 777,5 mln. dollar həcmində məişət və sənaye elektrik texnikasının idxalını göstərmək olar.
Aydındır ki, idxal olunan bu məhsulun tam həcmdə əvəz edilməsi barədə hələlik düşünmək tezdir. Lakin burada da müəyyən bazis var - dərin yenilənmədən sonra müasir məhsulların buraxılmasından ötrü istifadəsi mümkün olan soyuducu və kondisioner zavodlarıdır. Düzdür, bundan əlavə, yüksək ixtisasa malik texniki kadrların olması də vacibdir. Bu problem, həmçinin əczaçılıq məhsullarının istehsalı imkanları fonunda da əsas olanlar sırasında birincilərdəndir.
DGK-nın məlumatlarına əsasən, 2015-ci ildə 270,6 mln. dollar həcmində dərman və preparatlar idxal olunub. Lakin bu sahədə artıq yaxın illərdə irəliləyişlər gözlənilir - hökumət xarici tərəfdaş cəlb etməklə, dərmanların istehsalı üzrə zavodun tikintisi ilə bağlı planlarını açıqlayıb.
Beləliklə, "Made in Azerbaijan" markası ilə məhsulların yerli istehsalını təmin etmək üçün mühüm potensial mövcuddur. Lakin bunun üçün Azərbaycan məhsullarının təşviqi ilə bağlı düşünülmüş marketinq kampaniyasının və yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı ciddi iş aparılmalıdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Tünd şokolad meyvə şirəsindən daha faydalıdır
Oyunlardan nə qazanacağıq?
"Qarışqa yuvası" tortu(foto resept)
“Beşiktaş” Sərgən Yalçına vaxt verdi
Tubadan makiyajsız FOTO
Diananın yolundan gedən Keyt Middlton
Qatıqlı şirniyyat (foto resept)
“Sihirli Annem”in Çileyi indi-FOTO
Saat dəyişikliyi problemi ilə bağlı AÇIQLAMA
Ukraynada yayın ortasında qar yağdı
Məşhur vulkan yenə püskürdü
Ev bazarında canlanma gözlənilir - Qiymətlər necə dəyişəcək?
Səyahət edib MİLYONÇU oldular-FOTO
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (III hissə)
ÜST rəsmisi COVID-19-un ikinci dalğası barədə nikbin açıqlama verdi
Puluna qənaət etmək istəyənlərin nəzərinə
Boyun düzləşməsi əlaməti
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
Əfqanıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı
Bahar gəlinlikləri
42 yaşlı aktrisadan yeni hamiləlik pozu
Alişan və Buse yeni FOTO paylaşdı
Tarixdə ən güclü tayfun baş qaldırdı
İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Konqres Mərkəzinin açılışında iştirak ediblər
Sızanağa səbəb olan qidalar
Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi - RƏSMİ
Duyğuların qoxusu
Çox yemək istəyinin qarşısını almaq üçün 3 qayda
Ayların mənası
Saakaşvili Marneulidə yaşayan azərbaycanlıları düzgün seçim etməyə çağırıb
Bakı İslam Universitetinə qəbul olunmaq istəyənlərin diqqətinə
Bu kafedə qız ofisiantlar müştəriləri öz əlləri ilə yedirirlər
90 kiloqramlıq model jurnalın üz qabığında olacaq
Azərbaycanda zəlzələ olub
Yataq otaqlarınıza saray havası verin...
Kosmosdan nə iyi gəlir?
“Samsung” smartfon-bıçağı göstərdi
Cəbhədə nə baş verir?
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Rezus konflikt
Midi ətəyiniz varsa
Arda Turanın xanımı xəstəxanalıq olub
Yuxu formasına görə xarakter analizi
Belə dəyişdi: 18 aya 114 kq arıqladı
Dəmiryolu vağzalının yanındakı meydan və yol bağlanır
30 saniyəlik oğurluq gerçəkləşdi
Prezidentdən manat açıqlaması
“WhatsApp”da YENİLİK!
Zəlzələni 5 ay əvvəl proqnozlaşdıran türk alimdən - Qorxunc açıqlamalar
Yeni trend: Afrika hörüyü