İrana qarşı sanksiyaların ləğv edilməsi və neftini dünya bazarına çıxarması bu ölkənin inkişafı üçün zəmin yaradır. Hesablamalara görə, İrana qarşı tətbiq edilən sanksiyaların tam ləğvindən sonra, Tehran xarici investorlardan 50 milyard dollar gəlir əldə edəcək. Ekspertlər İranın yaxın zamanda iqtisadi gücünün artacağını proqnozlaşdırırlar.
Bəs qonşu ölkənin Qərbə bu cür açılım etməsi, neft ixracını artırmaq və dondurulmuş pullarını ölkəyə gətirmək hesabına iqtisadiyyatını inkişaf etdirməsi Azərbaycan üçün hansı nəticələr vəd edir?
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun fikrincə, İrana qarşı sanksiyaların ləğvinin regiona və Azərbaycana da təsir edəcəyi şübhəsizdir. "Bunlar hamısı əsasən neqativ təsirlərdir. Amma, Azərbaycan - İran münasibətləri daha praqmatik istiqamətə yönələrsə və qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurularsa, bunun həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycana müsbət təsirləri ola bilər", -deyə o, bildirdi.
Milli.Az sputnik.az-a istinadən bildirir ki, iqtisadçı ekspert Vüqar Bayramov isə Azərbaycanın İran iş adamları üçün önəmli investisiya məkanı olacağını düşünür. O, Sputnik-ə açıqlamasında deyib ki, İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra, yalnız Qərb ölkələri deyil, eyni zamanda region dövlətləri ilə əməkdaşlığının genişlənməsi müşahidə olunur.
"Təbii, İran çalışır ki, region ölkələri ilə əməkdaşlığını daha da gücləndirsin. Bu kontestkdə İran praktik olaraq bütün region ölkələri ilə müxtəlif sektorlarda əməkdaşlıq etməyə çalışır. Azərbaycana istər İran, istərsə də digər ölkələrdən investisiyanın cəlb olunması olduqca vacibdir", -ekspert vurğulayıb.
Bununla yanaşı, V. Bayramovun fikrincə, elə sektorlar var ki, ora Qərb investisiyasının cəlb edilməsi daha məqsədə uyğun olardı: "Qərb şirkətlərinin Azərbaycana gəlməsi Azərbaycanda istehsal olunan məhsulun ixrac qabiliyyətini artıracaq. Amma, sözsüz ki, İran kapitalı ilə istehsal edilən məhsulların iqtisadi imkanları məhdud olacaq və daha çox daxili bazarı qorumaq üçün nəzərdə tutulacaq. Ona görə güman edirəm ki, İran kapitalının Azərbaycana gəlməsi sadəcə müsbət haldır və bütün hallarda Azərbaycan çalışmalıdır ki, İran daxil olmaqla, digər ölkələrin investisiya imkanlarından faydalansın".
Qeyd edək ki, ABŞ-ın təşəbbüsü ilə İrana qarşı sanksiyalar İslam inqilabından sonra tətbiq olunmağa başlasa da, əsas qadağalar son 10 ildə qüvvəyə minib. Ən ciddi sanksiyalar 2005-ci ildə Əhmədinejadın prezident seçilməsindən sonraya təsadüf edir. Həmin vaxt İran İraqda ABŞ ordusuna müqavimət göstərən silahlı qrupları dəstəkləyirdi. 2006-cı ildə BMT TŞ, İranın Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə yetərli şəkildə əməkdaşlıq etməməsini əsas gətirərək dalbadal bu ölkəyə qarşı 5 qətnamə qəbul etmişdi. Bu qətnamələrdə BMT İrandan uranın zənginləşdirilməsini və nüvə reaktorları inşa edilməsi proqramlarını dayandırmasını tələb edib. Bu il yanvarın 16-da isə İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Uşaqlara bunları demək olmaz!
Qadını qısqandırmayın, yoxsa...
Hər zövqə uyğun üzüklər
Şahzadə-cütlük sosial şəbəkələrlə vidalaşdı
Azərbaycanlıların soyqırımından 102 il ötür
İnsanlıq sevgiyə həsrət gedir
Brus Li"nin mənəvi gücü
Televizora çox baxmağın yeni riskləri üzə çıxıb
Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı
Həftənin ilk iş günündə hava necə olacaq?
BÜRCLƏR bizə nə vəd edir?-30 Avqust
Sonsuzluğa səbəb olan amillər - SİYAHI
1 ay ərzində hər gün 10 banka kola içsəniz nə baş verəcək?
Hande Erçel və Murat Dalkılıçın ayrılıq səbəbi bəlli oldu
Milyarder özünü biabır etdi: Koronavirus xəstələrinə göndərilən hədiyyə...
Mustafa Sandal və Emin yenidən birlikdə FOTO paylaşdılar
Kəbə əvvəllər necə olub?
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Alimlər 75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarladılar
Qarğıdalılı barbunya (foto resept)
Peyğəmbərimiz meraca haradan, yəni kimin evindən getmişdi?
Cəlilabadda tarixi tapıntı
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Ramazanın başlama vaxtı
Amazon Yer orbitinə 3000-dən çox peyk göndərəcək
Hamilə xanımlara geyim nümunələri
Dünyanın ən varlısı yenə o oldu
Bahalı maşınların kasıb sahibləri
28 min azərbaycanlı geri döndü
2017-2018-ci illərdə ən çox qazanan məşhurlar
Koronavirusla bağlı son STATİSTİKA
"Sucuq"Şamaxı mətbəxindən(foto resept)
Ay ətrafındakı dairənin SİRRİ-FOTO
Sinem Kobal ad gününü qeyd etməyəcək
Kişilər niyə yüngül əxlaqlı qadınlara meyl edir?
Martın 20-nin ilaxır çərşənbəyə düşməsinə - RƏSMİ AÇIQLAMA
Evdə işləyənlər üçün çalışma masası
Rusiyada dollar üzüaşağı getdi
Koronavirusdan ən çox ölüm halının qeydə alındığı beş ölkə - SİYAHI
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Doğulacaq körpənin Rəbbi ilə söhbəti
SON DƏQİQƏ: Hamı Avropaya axışır - Biletlər satıldı
"Cənubi Afrikadan Azərbaycana" adlı kitabın təqdimatı keçirildi
Nur Yerlitaş moda evini bağladı-SƏBƏB
Rusiya konsulu və xanımına Sudanda hücum etdilər
Qarabağa erməni ümidi azalır
Bakıda karantinə nəzarət gücləndirildi
Pərdə nümunələri
COVID-19 velosiped sənayesi üçün fürsət oldu
Bakının bu ay bağlı olacaq yolları