İçərişəhərdə aparılan təmir-tikinti işləri bu qədim memarlıq qoruğunun tarixini məhv edir. Mətbuatda dəfələrlə bu haqda məlumatlar verilsə də, proses dayandırılmayıb. Əksinə, daha sürətlə davam etdirilir. Musavat.com-un əməkdaşı İçərişəhərin dar, dolanbac küçələrini dolaşaraq, tarixin izlərinin necə məhv edildiyinə şahid olub. Qədim məhəllələrin yollarının köhnə daş örtükləri, binaların üzlükləri sökülərək yeni aqlay daşları ilə əvəzlənib. Müasir şəhərsalma qaydalarına görə, tarixi məhəllə indi daha "təmiz və səliqəli" görünsə də, tarixin koloriti bu soyuq daş üzlüklərin altında qalır. İçəri şəhərin Qoşa Qala qapısından başlayaraq Qız qalasına kimi olan küçələrdə onlarla kafe, restoran fəaliyyət göstərir. Bu istirahət və əyləncə məkanları qədim binalarda yerləşir. Sahibkarlar müştəri cəlb etmək üçün qədim evlərin divarlarını müxtəlif müasir naxış və rəsmlərlə bəzəyir, pəncərələrini plastik pəncərələrlə əvəz edir, qədim qapıları dəyişirlər. Bu isə binaların tarixi görünüşünə kölgə salır. İçərişəhərin küçələrində də qədim evlərin harmoniyasını müasir şəkildə təmir olunmuş evlər pozur.Burada müşahidələrimiz zamanı bir neçə yerdə tikinti aparılmasının şahidi oluruq. Kiçik qala küçəsində yerləşən binada tikinti işləri gedir. Ərazidə işləyən ustaların dediyinə görə, binanın içərisi tamamilə sökülür və yenidən tikiləcək. Aparılan tikinti işləri Qız qalasına da kölgə salır. Belə ki, qalanın yaxınlığındakı qədim Atəşgah məbədi hasara alınıb. Oranın yenidən tikilərək restoran kimi fəaliyyət göstərəcəyi deyilir. Adının çəkilməsini istəməyən İçərişəhər sakini deyir ki, hasara alınan bu ərazidə qədim atəşgah olub. İndi isə həmin yerdə kilsə tikiləcək. Başqa bir sakin isə buranın bir müddət əvvəl restoran kimi fəaliyyət göstərdiyini, indi yenidən təmir olunub restoran olacağını deyir. Əgər bu ərazidə restoran tikilsə, o zaman kənardan baxdıqda Qız qalası yarıya kimi həmin restoranın arxasında görünməz olacaq. Hasara alınmasının səbəbi isə aparılan işlərin kənardan görünməsini əngəlləmək və tarixi bu yolla məhv etməkdir. Sakinlər deyirlər ki, burada bir çox abidələr insanların əsas hərəkət etdikləri küçədən aşağıda yerləşir. Küçənin hər iki tərəfində qoyulan köşklər, suvenir dükanları həmin abidələri kölgədə qoyur.İçərişəhərdə turistlərə bələdçilik edən Adil adlı şəxs bizə də bələdçilik edir. O da İçərişəhərin hazırki durumundan narazıdır: "10 ildən çoxdur ki, İçərişəhərdə bələdçilik edirəm. Şəhərin tinlərini, küçələrini əlimin içi kimi tanıyıram. Qədimlik İçərişəhərin yalnız adında qalıb, reallıqda isə əsər-əlamət qalmayıb. Hər şey Qız qalası ilə həll olunmur. Başqa tarixi binalarımız, məhəllələrimiz də var. Misal üçün İçərişəhərdə su kranları yoxdur. Bu qədər ərazidə cəmi 1-2 yerdə su kranı olmalıdır, onlar da xarabdır. Qız qalası sanki blokadada qalıb. Bəzi qədim daşlar, tarixi əks etdirən şeylər var ki, onlar restoran və köşklərin arxasında qalıb. Digər tərəfdən tarixi abidələri ziyarət edənlərdən ödəniş tələb olunur. İnsanlar tarixini öyrənmək üçün məgər pul verməlidirlər? Bu səbəbdən də tariximiz haqqında öyrənməyə gələnlər azdır. Hər gün 8 saat burada oluram və insanlara bələdçilik xidməti təklif edirəm. Camaat İçərişəhərə maraq göstərsə də, yalnız "selfi" üçün gəlirlər. Qədim abidələrin tarixi haqqında heç bir məlumatları yoxdur. Məlumat almaq belə istəmirlər. Bu səbəbdən də qazancım olmur".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hündürdaban ayaqqabılarla necə düzgün gedilir?
Azərbaycanda uşaq kinosu niyə yoxa çıxdı?
Vaqif Səmədoğludan xəbər var
Evlilik "qorxu"su, yaxud 30 yaş sindromu.
Yaponiya sahillərində güclü zəlzələ olub
İsveçrədən ermənilərə şok!
Meqanla bağlı daha bir saray QALMAQALI-SƏBƏB
Falafel (foto resept)
Sən demə, bütün hərəkətləriniz telefonla izlənilir
Barak Obama sevdiyi serialdan və qızlarından danışdı
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"
Riyazi məntiq
Yeni İphone 6
Braziliyada futbolçular hər oyundan əvvəl məcburi koronavirus testi verəcək
Moskvada metal anqar yanır - VİDEO
Azərbaycanda internet ticarəti üçün vergi vermək lazımdır?
Yaşlı qadınların gənc kişilərə marağı
Azərbaycan milli uşaq oyunları-5
ABŞ Türkiyəyə istintaqda dəstək olacaq
Ariana Beyonsun rekordunu qırdı
Sarımsaq qoxusunun əldən getməsi üçün..
Məşhur aktrisa və əri həbs edildi-SƏBƏB
İstehsal tarixindəki səhvlər
Köhnə şkaflarınızı yeniləyin
Əhaliyə xəbərdarlıq
Neftin qiyməti bahalaşdı
Solarium haqqında bilmədiyimiz həqiqətlər
Koronavirusla bağlı SON STATİSTİKA
Türkiyədə koronavirusdan ölənlərin sayı 92-yə çatdı
Divar şəkilləri
Miqrantlar üçün ən yaxşı ölkələr
Dünyanı gəzən kirpi Pokee
Ukrayna prezidendi oğluna qadağa qoydu-FOTO
Azərbaycanda üç sürüşmə sahəsi daha təhlükəlidir
Bürclərə görə göz makiyajı
Modern rəf modelləri
Yol Polisindən bu sürücülərə sərt XƏBƏRDARLIQ
Gəlinin ətəyini 250 uşaq daşıdı - FOTO
Közlənmiş qırmızı bibərli pərpərən salatı (foto resept)
Şirkətimiz reytinqdə birincidir
Qısqanc ərin acı intiqamı: illər sonrakı halı ŞOK ETDİ - FOTO
3D naxışlar
Hazarın makiyajsız FOTOsu TƏƏCCÜBLƏNDİRDİ
İnsanları ölümdən o qurtaracaq?
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
Minlərlə yeni iş yeri açılacaq
Qatilin polis əmisi oğlu da saxlanıldı?-RƏSMİ AÇIQLAMA
"İkinci çörək" də bahalaşdı?
Günün qoroskopu: Pozitiv gündür!
Arıqlayaraq onu ələ salanları təəccübləndirdi-FOTO