Bakıda hava 32°
USD 1.7007 AZN
EUR 2.0421 AZN
10:48Iceberg Salam xoş gördük hər kəsi ) 09:06Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər!
37696

Çakraların sağlamlığımızda və xoşbəxtliyimizdə rolu-IÇakra

 Çakraların sağlamlığımızda və xoşbəxtliyimizdə rolu-IÇakra

Çakra Nədir?

Çakralar - bədənimizdə enerji mərkəzləridir.

“Çakra” sözü sanskrit dilində “təkər” mənasını verən sözdən törəmişdir. Beləliklə, hindi dilindən hərfi tərcümədə çakra – “Fırlanan enerji çarxı” mənasındadır. Bu enerji burulğanları bədənimizdə 7 əsas və digər kiçik enerji mərkəzlərindən ötüb keçir.

Çakralar sanki təkrar-təkrar enerji ilə doldurula bilən gözəgörünməz batareya kimidir.

Necə yaşadığınız evdə enerji sistemi şəhərin mərkəzi enerji mənbəyindən qidalanır, eləcə də çakralar atmosferdəki kosmik enerji axını ilə təmas sayəsində dolub-boşalır.

Bu maraqlı mövzunu daha aydın anlamaq üçün, elə təsəvvür edin ki, şaquli enerji sistemi düz başınızdan ta onurğanızın ucunadək bütün bədən boyu yerləşir. Və yuxarıdakı analogiyaya əsasən, bədənimizi evə bənzətsək, o zaman həmin evin mərkəzi enerji mənbəyi məhz bu şaquli xətt boyunca yerləşən 7 çakradır.

Başqa sözlə, çakralar ruhi bədənlə cismani bədəni bir-birinə bağlayır.

Onlar enerji axınını bədənimizin hər yerinə yayılan xüsusi elektrik şəbəkəsi (meridianlar) vasitəsilə nizamlayır.

Amma çox zaman çakralar normal fəaliyyət göstərə bilmir. Onlar stress, emosinal və fiziki problemlər ucbatından bağlanır (bloklanır). Əgər qeyri-düzgün enerji axını beləcə davam edərsə, bu, insanda sadəcə, sağlıq durumuna ciddi zərbə vurmur, həm də fiziki, mental və emosional cəhətdən balansı itirmək kimi diskomfort hissi yaradır.

 1. Təməl (Kök) Çakra (Muladhara)

Bu çakranın rəngi qırmızıdır. Onurğanın qurtaracağında yerləşən bu çakra insan bədənində Yer Kürəsinə ən yaxın enerji mərkəzidir. Ona görə də o, əsasən sağ qalmaq, həyatda qalmaq (qida, pul) və təhlükəsizlik kimi məsələlər üçün cavabdehdir. Bu enerji mərkəzi ayaqlar, sümüklər, yoğun bağırsaq və böyrəküstü vəzlərlə əlaqəlidir.

Bu çakra zəiflədikdə və ya tamamilə bağlandıqda, aşağıdakı problemlər baş qaldıra bilər:

  • Ayaqlarda ağrı;
  • Qəbizlik;
  • Zəif immunitet;
  • Belin aşağı hissəsində ağrı;
  • Böyrəklərin fəaliyyətinin pozulması;
  • Reproduktiv sistemdə pozğunluq;
  • Hətta Xroniki Yorğunluq Sindromu;
  • Depressiya;
  • Mental və emosional problemlər;
  • Özünə əminlik hissinin azalması;
  • Daimi Narahatçılıq və qorxular;

Əgər hal-hazırda həyatınızda bu problemlərdən biri və ya bir neçəsi mövcuddursa, deməli, sizin təməl çakranız – birinci enerji mərkəzinizi balanslamağa ehtiyac vardır. Ancaq bu yolla fiziki və ruhi problemləri kökündən həll edə və həyatınızı birdəfəlik müsbətə doğru dəyişə bilərsiniz.

Ardı var...

 

Müəllif: Azərbaycanın İlk Yoqa Həyat Kouçu

            Arzu Kərimova

           http://yoqam.com


Səslərin sayı: 3
7
1197
Loading...
Şərhlər
Offline
Arzu Kərimova
قلب ,

Məqalələrimə göstərdiyiniz maraq üçün təşəkkür edirəm.
Sualınıza gəldikdə isə bütün bədənimiz boyunca yayılmış bu 7 enerji təkəri adlanan çakraları yenidən aktivləşdirmək üçün müxtəlif yoqa hərəkətləri, xüsusi meditasiyalar, şəfaverici səs terapiyası,xüsusi affirmasiyalar və s. üsullardan istifadə etmək gərəkdir. Amma ən birinci, önəmli addım - çakraların cari fəaliyyətini yoxlayıb hansının daha aktiv, hansının daha zəif, hansının isə tamamilə bağlı olduğunu aydınlaşdırmaq lazımdır. Daha sonra açılması lazım olan çakralar üçün xüsusi proqram hazırlanır və gündəlik ona riayət olunur. Bizim LESS - İlk Milli Xoşbəxtlik və Uğur Mərkəzində pulsuz konsultasiya zamanı çakraları yoxlayıb hər birinin nə dərəcədə fəal olduğunu bildiririk. Yalnız ondan sonra praktik tövsiyələr vermək olar.

قلب ,

Depressiyaya gəldikdə isə bu halda bir neçə çakranın fəaliyyəti pozula bilər. Xüsusən insanın daxili gücü və emosiyalarına nəzarət edən üçüncu və dördüncü çakralar zəiflədikdə depressiya, stress halları daha sıx rast gəlinir. Amma yenə də yoxlamadan dəqiq demək mümkün deyil. Mən, sadəcə, ehtimalla söylədim.
11 fevral 2016 15:45
Offline
قلب
Salam Arzu xanim. Saytimiza xos gelmisiz.
Oxudum sizin yazini. Neticeye geldim ki,mende "cakra" fealiyyetini coxdan dayandirib. Insan eger depresiyyaya dusurse " cakra" yeni teker dayanir da hee?
Yaxsi. Bes bu tekeri ise salmaq ucun ne etmeyimizi meslehet bilirsiz? Menim bu saat o "cakra"ya cox ehtiyacim var.
9 fevral 2016 15:58
imza: فراق
Offline
Arzu Kərimova
Şəri Babayeva,
İstənilən fiziki problemlərimiz birbaşa enerji səviyyəsində hüceyrələrimizin necə "proqramlaşması" ilə bağlıdır. Çünki kainatda hər şey və hər bir canlı əslində büsbütün enerjidən ibarətdir. Elə biz insanlar da! Bu, artıq kvant fizikası elmində dəfələrlə sübuta yetirilib. Ona görə də istənilən cismani nasazlıqları və xəstəlikləri, sadəcə, bədən səviyyəsində müalicə etmək kifayət deyil. Belə olduqda çox zaman səbəb deyil, nəticə aradan qalxır. Amma illər sonra o səbəb yenə özünü göstərə bilər, xəstəlik təkrar-təkrar yenidən qayıda bilər. Bu barədə çox yazmaq olar, olduqca maraqlı mövzudur. Amma bizim energetik durumumuzu müəyyənləşdirən 7 çakra (enerji mərkəzi) nəinki sağlamlığımız, hətta bütövlükdə həyatımızın bütün sferalarına dolayısı ilə təsir edir. Ona görə də mütəmadi olaraq çakralarımızı "məşq" etdirməliyik ki, onlar bağlanmasın və ya zəifləməsin.

Şəri Babayeva,
Dediyiniz əlamətləri nəzərə alsaq, çox güman ki, sizdə birinci və ikinci çakralar ya tamamilə bağlanıb, ya da zəifləyib.

Fatma xanım,
Çox doğrudur. Ve nəzərə alsaq ki, öncə ruh yarandı, daha sonra bədən, o zaman çakraların həyatımızda nə qədər önəmli olduğunu daha aydın anlamaq olar. Necə ki, evin və ya binanın bünövrəsi möhkəm olmadıqda, üst-üstə neçə mərtəbə qursan da, o bir gün dağılır, eləcə də, bizi bu həyata bağlayan bədənimizdəki o enerji mərkəzləri möhkəm olmadıqda, xəstəliklər bədənimizi gec-tez "yıxır", "dağıdır", bir sözlə tükənirik özümüz belə, fərqinə varmadan.
9 fevral 2016 13:15
Offline
Fatma xanım
Başqa sözlə, çakralar ruhi bədənlə cismani bədəni bir-birinə bağlayı.şÇakra haqda oxumuşdum
8 fevral 2016 17:08
Offline
Şəri Babayeva
Ayaqlarda ağrı
Belin aşağı hissəsində ağrı

dash Mən də ancaq bu iki problemdi. Arada bir olur.
8 fevral 2016 17:05
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Arzu Kərimova
Ellada Babayeva,

Həmişə sağlam olun, inşallah!
8 fevral 2016 11:20
Offline
Ellada Babayeva
Şükür Allaha hər şey yaxşıdı. Ayağımda ağrılar uşaqlıqda çox olardı.
7 fevral 2016 15:30
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır