Milli.Az Report-a istinadən bildirir ki, "Polis haqqında" qanuna edilən dəyişikliklər barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Dəyişikliyə əsasən, polis inzibati xəta törədən şəxsin azadlığını məhdudlaşdıra bilməyəcək və şəxsin inzibati qaydada tutulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda həyata keçiriləcək.Bundan başqa, "Polis haqqında" qanunun 24-cü (polis tərəfindən mənzil toxunulmzalığı hüququnun məhdudlaşdırılması) maddəsinə dəyişikliklər edilib. Belə ki, hakimin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə bir neçə əsaslardan birinin olması barədə dəqiq məlumat olduğu halda daxil ola biləcək.Bu əsaslara şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləməsi, yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması, eləcə də yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması, cinayət törədən şəxsin bilavasitə "isti izlərlə" təqib edilməsi daxildir.İndiyə qədər polis əməkdaşı mənzilə bu hallarla bağlı dəqiq məlumata malik olmaqla yanaşı, əsaslı şübhələri olduğu halda da daxil ola bilərdi. "Əsaslı şübhələr" müddəası qanundan çıxarılıb və polis bundan sonra dəqiq məlumat əsasında yaşayış yerinə daxil ola bilər. Bundan başqa, qanundakı mənzil ifadəsi çıxarılıb və yaşayış yeri ifadəsi ilə əvəz olunub. Bununla bağlı qanunun 1-ci maddəsinə səkkizinci abzas əlavə edilib. Səkkizinci abzasda deyili: "Yaşayış yeri - bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər təlabatlarını təmin etmək üçün istifadə olunan digər tərzib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə bu qanunun məqsədləri üçün yayşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir)."Dəyişikliklər polis əməkdaşlarının qanunsuz olaraq şəxsin razılığı olmadan onun yaşayış yerinə, müvəqqəti qalma yerlərinə daxil olmalarının qarşısını almaq məqsədi daşıyır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məşhur cütlük cümə günü BOŞANIR
Bakıda evlərin qiymətləri ucuzlaşır
Yumşaq və hamar ayaqlar
Bayramınız mübarək!
Acı təcrübələrdən dərs alaq
68 yaşlı bəy, 19 yaşlı gəlin - Toylarına heç kim gəlmədi - VİDEO
Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər
Şakiranın səsi batdı, konsertləri ləğv edildi
HAVA necə olacaq?
Növbəti imtahanın keçiriləcəyi tarix və yerlər açıqlandı
Dodaq çatları üçün nə etməli?
Ölənlərin sayı 5 dəfəyədək azalıb
MN: "Aprel döyüşlərində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır"
“WhatsApp” istifadəçilərinə bəd xəbər - İşləməyəcək
Koronavirus özündən sonra bədəndə hansı izləri qoyur?
Yeni kəşf: kökəlmə ailəvi problemdir
Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazandı
Sevgili tapmağın 30 üsulu
Emil Balayev oynadı, "Ayntraxt" 12 qolla qalib gəld
FİFA prezidentinə qarşı cinayət işi açılıb
Göyərtili blinçik (foto resept)
Yaddaşınız zəifdir? Çarə var
Qat-qat xəmirli rulet börək (foto resept)
Ana südü körpələrin stressini azaldır
Eşitmə qüsurları
Sağlam arqlamaq üçün meyvə pəhrizi
"Survivor-2020"nin qalibi bəlli oldu-FOTO
Köməkçi nitq hissələri. Qoşma
Qadın.Netlilərin ilk makiyajı - 2
İş görüşməsinə gedərkən bu səhvlərə yol verməyin
Çipsin hazırlanması
Metin Haradan Adriana Lima AÇIQLAMASI
Putin Qarabağ məsələsini şəxsi nəzarətinə götürüb
Facebook-da YENİ FUNKSİYA
Şeyx Fəxri fərmana layiq görüldü
Virtual autizm yayılır
2017-ci ilin payız rəngi: Qırmızı
Təxirə salma xəstəliyi nədir və necə xilas olunur? (1)
Heyran olacağınız rəsmlər
Qreypfrutun faydaları və zərərləri
Qaymaqlı tort (foto resept)
Bürclərin pul ilə əlaqələri (2)
Balanslı bəslənmənin yolları
Ölkənin dilini dəyişdilər: "Qərar qətidir və ondan şikayət etmək olmaz!"
Metro girişlərində müəyyən məhdudiyyətlər ola bilər
Tramp söz verdi: Vaksin 24 saat ərzində ölkənin bütün ərazilərinə çatdırılacaq
Azərbaycanda bəzi kommunal xidmətlərin qiymətləri DƏYİŞDİ
Ən xoşbəxt ölkələrin REYTİNQİ - Azərbaycan neçəncidir?
Azərbaycanda gözdən əlillər üçün saat hazırlanıb
Demet Akalın kökəldi-FOTO