Bakıda hava 20°
USD 1.7000 AZN
EUR 1.9479 AZN

Seriala "baxmayan"-lar...

Seriala "baxmayan"-lar...

Hamı deyir seriala baxmıram. Amma çox olub ki, söz arası seriallardan misal çəkirlər, ya da səhifələrinə təsadüfən nəzər yetirsən, mütləq qeyd elədiyi filmlərdə serial adına rast gəlirsən. İnsanlar,  yəni özümüzünkülərdən danışıram, zövqlərini inkar edəcək qədər səmimiyyətsizdirlər. Camaat beş dil bilir, iki universitet bitirib, xarici ölkələrdə rüşvətsiz, bütün dünyanın tanıyıb ,qəbul elədiyi diploma sahib olub, gəlib ölkəsində serial çəkib, bunlar da deyir, seriala baxmaq əskiklikdir ya səviyyəsi aşağıdır. Düşünməyin ki, mən bütün günü seriala baxan insanam. Son üç ildə tv-dən uzaq olan biriyəm, nadir hallarda HOLLİVUD çəkən filmlərə baxıram, amma serial da izləmişəm.

İllər öncə baxdığım "Gönülçelen" seriala baxdım, həyatım işıqlandı. Seriala baxarkən musiqi zövqüm dəyişdi, türk serialı olduğu üçün, Türk Sanat Musiqisinin sirlərindən anlayışım oldu və Cemal Süreyyanı, Aziz Nesinin adını ilk o serialda duydum. Ailə, uşaq deyərkən başım qarışdığı dönəmdə kitab oxuma, mütaliə etmə həvəsim yenidən baş qaldırdı....  

Seriala "baxmayan"-lar...

Kişilərə də aiddir bu status. İllərdi davam edən "Kurtlar vadisi"nə hələ də baxanlar var. Mənim heç zövq almadığım, yayımlandığı ilk günlərdən yalnız uşaqların və qadınlarının öldürüldüyü bir "mafya babaları" filmi. Bütün günü serial izləyən qadınları qınayan kişilər beş ildir eyni səhnələrə hələ də baxırlar. 

Bu bilirsiz, nəyə oxşayır? Mən sevgi romanları oxumuram deyib, oxuyanları "zəif zövqlərin nümayəndəsi" adlandıran, az qalır ələ salan müəyyən kütlənin, "sevgisizlik" " məhəbbətsizlik", "təklik" statusları paylaşmasına...

Qarşınızda kim olur olsun, nə yazır yazsın, nə oxuyursa, buraxın oxusun... heç kim bir -birini ələ salmaq , aşağılamaq hüququna sahib deyildir. O zaman oxuduğunuz elmi, şəxsi inkişafınız, əldə etdiyiniz dünya görüşünüz, 4- 6 il əziyyətlərlə başa gələn diplomlarınız boşa gedir. Oxumaq, mütaliə ilk baxışdan nəyə, necə yanaşmalı olduğumuzu öyrətməlidir bizə, sonra çıxıb "bu kitab mənim ruhumun aynasıdır", "bu yazar insan hisslərini anlayan, bir dahidir" deməyə haqqımız ola bilər. Dediyim odur ki, davranış, münasibət etiketlərinə riayət edək. Qarşımızdakı yemək dadsızdırsa və ya məclisdə içindən xoşa gəlməz bir şey çıxıbsa, onu ətrafında yemək yeyən insanlara bəlli etmədən bir kənara eləyin, hər kəs geci-tezi anlayıb sözünü deyəcək, yox anlamırsa, boş yerə könül bulandırmaq lazım deyil... ‪Səmimiyyətsizliyə son‬ verək, lütfən! 

Kubra İ-va

Səslərin sayı: 1
11
2144
loading...
Şərhlər
Offline
Iceberg
Seviyor sevmiyora baxirdim zövq alırdım
5 sentyabr 2017 23:42
imza: shafaabdulla.blogspot.com
Offline
°elif •.°
No 309 baxıram )))))
12 avqust 2016 23:05
Offline
Iceberg
men kecmis seriallri ozleyirem
25 iyul 2016 12:54
imza: shafaabdulla.blogspot.com
Offline
°elif •.°
Bezilerine baxıram xoşuma gelenine
25 iyul 2016 12:04
Offline
Utopya
Mən şəxsən çox istəyirəm hər dəfə deyirəm bax bu seriala baxacam. Baxa bilmirəm. Çünki darıxıram kinoya baxanda. Sanki vaxtım hədər gedir. Mütləq nəyləsə gərək məşqul olam yadaki yuxum gəldi kino bitmədisə başımı atıb yatıram. Məncə kinoya baxmaq yaxşıdı ama aslılıq yaratmaya. Demək olarki televizorda xəbərdən başqa heç nəyə baxmıram ancaqki iş yerində qızlar baxıb müzakirə edurlər və reklamların sayəsində demək olar bütün seriallardan xəbərim var. Məncə başqasına seriala baxmağına görə lağ etmək düzgün deyil. Şəxsən mənimdə bir yerdə otura bilməmək xəstəliyim olmasa məndə baxardım.
25 iyul 2016 11:53
imza: O biri dünyada əbədi eyş-işrətdə yaşamaq ümidi ilə ibadətlə məşğul olanlar az şey verib çox şey alan alverçilərlə oxşardır.
Offline
✈█▓▒ Руслан Абилов ▒▓█✈
Men seriala qetiyyen baxmiram hetda zehlem gedir
25 iyul 2016 10:22
Offline
Ceylan Mumoğlu
Kaş ki vaxtım ola, oturub hamısına bircə-bircə baxam biggrin
24 iyul 2016 13:34
Offline
Leylaxanim Cumsudlu
Bu bilirsiz, nəyə oxşayır? Mən sevgi romanları oxumuram deyib, oxuyanları "zəif zövqlərin nümayəndəsi" adlandıran, az qalır ələ salan müəyyən kütlənin, "sevgisizlik" " məhəbbətsizlik", "təklik" statusları paylaşmasına..👍
3 fevral 2016 14:47
Offline
Fatma xanım
Baxıram Kırqın çiçəklər və Güllərin savaşına
2 fevral 2016 18:48
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ellada Babayeva
Qarşınızda kim olur olsun, nə yazır yazsın, nə oxuyursa, buraxın oxusun... heç kim bir -birini ələ salmaq , aşağılamaq hüququna sahib deyildir.

Hər gün olmasada, seriala baxıram. Əsas koreya, tarixə aid olanları çox bəyənirəm. İnsanın beyni dincəlir. Çox sağ olun.
2 fevral 2016 18:29
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Mamedova
Heç kim bir -birini ələ salmaq , aşağılamaq hüququna sahib deyildir. good
2 fevral 2016 13:12
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )