Salam gözəl insan, necəsən? Nə edirsən? Mənimlə ayrıldıqdan sonra fikirləşirəm ki, görəsən indi kimi aldadırsan, kimi sevirsən və yaxud da kimləri? Görəsən, heç olmazsa yanındakı və yaxud da yanındakılara məndən nə danışmısan, ya danışmağa utanmısan, yadaki.. yadaki, nəisə özün bilərsən, kimə nə danışsan, ancaq əminəm ki, məndən mənim guya vəfasız olmağımdan danışırsan. Onlar da "Sənin kimi birisini necə aldatmaq olar?" deyirlər, lakin əminəm ki, onlar həqiqəti bilmirlər, bilsələr, sənin nə qədər şərəfinin nakam olduğunu anlayarlar. Sözüm onda deyil, amma ürəyimdə bir başqa sözlər var, yadıma düşdü deyə sənə indi dediklərimi dedim, əslində sənə bir başqa bir mövzuda söz açmaq istədim, lakin necə başlayım bilmədim. Yadındamı sənə necə gözəl olduğun demişdim, deməyəydim kaş, ancaq sən onda "onu tək sən demirsən" sözündən sonra başladı bəlkə hərşey.
Səni sevdiyimi və sənin bundan istifadə etməyini mən bilməsəm də, sən bilirdin, lakin sənin üçün bəlkə də hərşey tamam başqa idi, ancaq sən Allahından qorxmurdun.
Bilirəm, bəlkə sənin üçün adi bir şeydi, ancaq ayrılığımızın üstündən neçə il keçir, dediyin sözlər bir bir tək-tək, heca-heca qulağımdadı. Allah bilir, indi harda çirkli yorğanındasan, unutma, sən unutma ki, heç kim mənim sevdiyim qədər səni sevə bilməz, çünki çirkli yorğanlar çoxdu bu həyatda, lakin mən sənə öz həyatımı xərcləyərək sənə bir dünya sonra isə orda yaşamağa şərait yaratdım, sən isə məni bir sabahın sübhündə tək qoyub getdin, bir tək saçının teliylə. İnanırsan, inanmırsan, bilmirəm, ancaq o hələ də mən də yadigar olaraq qalıb, amma bir şeyi başa düşmürəm və hər dəfəsindədə öz-özümə fikirləşirəm ki, istədiyin anda evə gəlirdin, istədiyin anda hanıssa bir restoranda və yaxud da kafelərdə öz rəfiqələrini mənim pul kartımla yedirirdin, istədiyin vaxt salona gedirdin, bəlkə də bir gündə 5 saç stili edirdin, maşın istədin, ev istədin, salon açdırdın, lakin doymadın, səyahətlərə getmək istədin, razılaşdım, səni bir sözlə şah sarayında saxladım, lakin hər dəfəsəində bəsdi, bu qədər bir az özünə, evinə yığıl, deyəndə küsürdün, inciyirdin, hər dəfəsində sevmirsən daha məni, deyirdin, mən yenə ürəyi yumşaqlıq edərdim, sənə dəyər verdiyim üçün hər şey edirdim, ancaq bir sabah məni tək qoyub yox olmaq, bu artıq məni və həyatını məhv etdi, kaş ki hər şeyi götürüb aparardılar məndən, əlimdən bir tək sən getməzdin, ağlatmazdın məni.
Gələcəksən deyə hər dəfə yolunu gözlədim sənin, gözləyirəm də, çünki mən səni sevirdim, sevirəm, sənə hər şeyi bağışladım, sevdiyim üçün. İndi qayıtmasan da olar, üzülmə, əslində sən oyun oynadığın kimi mən də oyun oynayırdım, son zamanlar sənə bütün sənə aldıqlarımın mənim adına olduğunu eşidəndə necə olduğunu bilmək istəyirdim. Bütün hər şeyi əlindən çəkə biləcəyimi bil istədim, ancaq bir tək şeyi bilmək istədim.
Mən sənə sənin etdiklərini edib, sən mənə belə mən davrandığım kimi, mənim kimi sevərdinmi? Yoxsa...?
Müəllif: Elvir Onur
XƏBƏR LENTİ
2 sualla 17 min cütlüyü ayırdı
İsrailin sabiq baş nazirinə hökm oxunub
Hava haqqında
Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI
Cavanlığımın qədrini bilmirəm
Cəbhədən YENİ XƏBƏR
Tut doşabının faydaları
Sonsuzluq qadın xəstəliyi deyil!
Demək Akalın qəzəbləndi-FOTO
Həkimlərə qadağa!
Bazar ertəsi sindromundan qurtulmağın YOLLARI
Bakı-Sumqayıt yolunu sakinlər bağladılar
Avropa Oyunlarının Açılışına gədənlər üçün – Təlimat
Dibçək bitkiləri haqqında (2)
Ekzoplanet aşkarlandı-FOTO
Ana olmaq üçün ən təhlükəli varlı ölkə
Bakıda ağır avtobus qəzası: yaralılar reanimasiyada
Azərbaycanda köhnə maşınların qiyməti qalxdı
Dünyada işsizlərin sayı rekord həddə çatıb - 192,7 milyon
Qadınların gözəllik haqqında bilməli olduqları
Kamran Əliyev yeni vəzifəyə təyin edildi
Detoks təsiri göstərən ərzaqlar
Holland pendirli, vetçinalı maffinlər (foto resept)
Metroda mahnı oxudu, həyatı dəyişdi - VİDEO
Türkiyə ekranların ən dəbli məşhurları
Kəlbəcər rayonunun Zəylik kəndindən VİDEO
Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı RƏSMİ AÇLQLAMA
Astma və boğulma
Facebook Messenger sadələşdi
ÜST-dən məyusedici peyvənd açıqlaması
Bu gün Xəyalə Muradın ad günüdür!
Bu ilin qış qarderobu
İlk görüşdə bunları yeməyin
Qat-qat perojki (foto resept)
Sony şəkil müsabiqəsi-2 (son)
Uşaq bezlərindən düzəldilmiş səbətlər
Gəlinliklər
Qeyri-adi saç düzümləri
11 Yaşlı Alimdən İnanılmaz Sözlər-FOTO
Zerrin Tekindor YENİ İMİCDƏ-FOTO
Ramazanın 25-ci günüС‚ duası
Aslı Enver onu “sildi”
Con Lennonun gitarası rekord qıra bilər
Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri məlum oldu
Yaxın adamı rəhmətə gedən kişi 40 gün üzünü qırxmamalıdır?
Göz makyajı
Kerem Bürsin etirafı ilə diqqət çəkdi
Payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.
Fransa hökümətindən QƏRİBƏ QƏRAR
Ordumuzun irimiqyaslı təlimlərindən görüntülər
- ŞƏRHLƏR