Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

Valideynlərin və uşaqların hüquq və vəzifələri

Valideynlərin və uşaqların hüquq və vəzifələri

Deməli bəzi ailələrimizdə belə bir fikir formalaşıb-uşaqı istəyimiz kimi tərbiyyə etmək lazımdır-bu nə dərəcədə doğrudur? Əvvəlcə qeyd edim ki, uşağa qarşı zor və güc tətbiq edilən zaman  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin On səkkizinci fəslinin (Həyat və sağlamlıq əleyhinə) 132 (Döymə) və 133 (İşgəncə vermə)-cü Məddələri ilə məsuliyyət daşınılır. Onuda qeyd etmək istərdim ki, hətta beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə məsuliyyətə cəlb olunur.

VALİDEYNLƏRİN VƏ UŞAQLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

UŞAQLARIN MƏNŞƏYİNİN MÜƏYYƏN OLUNMASI

Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları

Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır.

Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi

44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb muəssisəsindən kənarda anadan olduqda doğuma kömək gostərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının olumundən 300 gun ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (kecmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.

44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.

44.4. Ana öldukdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkun olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.

44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mumkunluyu və ya cətinliyi guman olunduğu hallarda gələcək uşağın oz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dovrundə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.

44.6. Yetkinlik yaşına catmış şəxs barədə atalığın muəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya muvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

Maddə 45. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması

45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəcisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına catdıqda onun özunun ərizəsi əsasında məhkəmə qaydasında muəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun motəbərliyini nəzərə ala bilər.

45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin ozunu uşağın atası hesab edən şəxs öldukdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında muəyyən oluna bilər.

Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd

46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.

46.2. Valideynlər oz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın muəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının gostərişi uzrə yazılır.

46.4. Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar.

46.5. Oz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər.

Maddə 47. Atalığa, analığa dair mübahisə Açma

47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mubahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına catandan sonra onun ozunun və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə acıla bilər.

47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı ozunun uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə acma haqqında tələbi təmin oluna bilməz.

47.3. Qanunvericiliklə muəyyən olunmuş qaydada suni mayalanma və embrionun implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mubahisə acma zamanı bu vəziyyətə əsaslanmaq huququ yoxdur.

47.4 Embrionun başqa qadına kocurulməsinə razılıq vermiş ər-arvad, habelə uşağı doğan qadın (surroqat ana) atalığa (analığa) dair mubahisə acma zamanı doğum haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə əsaslana bilməz.

Maddə 48. Nikahda olmayan şəxslərdən olmuş uşaqların hüquq və vəzifələri

Bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, oz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.

İndi isə gəlin ailədə uşaqlar hansı hüquqlara malik olmaları haqqında məlumat alaq:

Elə ailələrdə var ki, məsələn valideynlər ayrılan zaman uşaqı bir tərəf digər tərəflə münasibətdən uzaq tutur. Var belə hallar.. Diqqətinizə çatdırmaq istərdim ki, bu secimdə çox yalnış bir haldır.

AİLƏDƏ UŞAQLARIN HÜQUQLARI

Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ

49.1. 18 yaşına (yetkinlik yaşına) catmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.

49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, oz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hormət olunması hüququna malikdir.

49.4. Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində (VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARI TƏRBİYƏ FORMALARI) müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.

Maddə 50. Uşağın öz valideynləri və başqa qohumları ilə unsiyyətdə olmaq hüququ

50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.

50.4. Valideynlər muxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir.

50.5. Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə muəyyən olunmuş qaydada oz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

Maddə 51. Uşağın müdafiə hüququ

51.1. Uşaq oz hüquqlarının və qanuni mənafelərinin mudafiəsi hüququna malikdir.

51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata kecirilir.

51.3. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına catana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər oz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata kecirirlər.

51.4 Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır.

51.5. Uşağın huquqları və qanuni mənafeləri pozulduqda, o cumlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi uzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq oz hüquqlarını qorumaq üçün muvafiq icra hakimiyyəti orqanına, 14 yaşına catdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

51.6. Uşağın həyat və sağlamlığının təhlukədə olması, onun hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin muvafiq icra hakimiyyəti orqanına məlümat verməyə borcludurlar. Muvafiq icra hakimiyyəti orqanı bu cur məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ucun zəruri tədbirlər görməyə borcludur.

Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ

Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı oz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına catmış uşağın fikri mutləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına catmış uşağın razılığı ilə qərar qəbul edə bilər.

Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ

53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir.

53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına gorə verilir.

53.3. Uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları muxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir.

53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.

53.5. Atalıq muəyyən olunmadıqda uşağa ad ananın gostərişi ilə, ata adı bu Məcəllənin 46.3- cu maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına gorə verilir.

Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi

54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına catana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.

54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona oz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mumkun olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də uzursuz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.

54.3. Uşaq oz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada muəyyən olunmayıbsa, muvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə muraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir.

54.4. 10 yaşına catmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Maddə 55. Uşağın əmlak hüquqları

55.1. Uşaq öz valideynlərindən və ailənin digər uzvlərindən bu Məcəllənin beşinci bölməsində (AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ) müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.

55.2. Aliment, pensiyalar, muavinətlər şəklində uşağa odənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

55.3. Məhkəmə uşağa gorə aliment odəyən valideynin tələbi ilə alimentin 50 faizdən cox olmayan məbləğini yetkinlik yaşına catmayan uşağın adına acılmış bank hesabına kocurmək barədə qərar cıxara bilər.

55.4. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak uzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur.

55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mulki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur.

55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mulkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər.

55.7 Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak uzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir.

 

Əziz xanımlar!Heç bir zaman “UŞAQDIR” deyib hərəkət etməyin. Əgər hansısa tərəf səhv edibsə, bu vəziyyətdə uşaqın bu səhvə görə cavab, əziyyət, sağlam mühitdə yaşamamaq məcburiyyətində deyil. Yəni, uşaq bütün bu problemlərdən kənarda qalmalıdır.

Əlbəttə bu hal övladımıza sağlam, istedadlı, gələcəyin çox ugurlu peşəsinə yiyələnməkdə çox kömək edəcək.

 

Hər birimizə xeyirli övlad, xoşbəxt ailə arzusu ilə…..

Səslərin sayı: 7
44
38622
loading...
Şərhlər
Offline
Aysel İ.
Çox gözəl xəbərdir. Bəzilərini mən də bilmirdim.Sayənizd öyrəndim. Təşəkkürlər.
16 noyabr 2014 23:49
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Рояна Акперова
sagolun xeber ucun,,,,,,
23 fevral 2013 17:17
Offline
NUREL
Cox vacib meseleye toxunmusunuz. Bunlari hami bilmelidir, elece de usaqlar oz huquqlarini indiden bilmelidirler
8 fevral 2013 20:04
Offline
FEMIDA
Sitat: leylahuseynova
Bir az ya yazilamayn qanunlarimizdan yaz baji

BAS USTE CANIM,, AMA ADI USTUNDE -YAZILAMAYAN- ODURKI, GOZLEYEK HACAN, YAZILDI, ONUDA YAZAJAM.. wink
16 iyun 2011 12:54
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
leylahuseynova
Uşaqı istəyimiz kimi tərbiyyə etmək lazımdır----
Men de bele dusunurem ki usagi terbiyeli boyutmek ucun gerek terbiyeni ilk gunden ele neca deyerler besikden baslayasan. Zaman kecdikce usagin beyninde neyi etmek olar neyi etmek olmaz fikri formalasir.Usagi doymek olmaz bu beledir amma bezen de usagi vurmasan ele bildiyini edir ne qeder bunu etme olmaz desen de usaq oz bildiyini edir.Sag ol Ceyhune qanunlarimizi bilmek her birimizin borcudu. Bir az ya yazilamayn qanunlarimizdan yaz baji fellow wink
16 iyun 2011 11:43
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
FEMIDA
Sitat: moocik
COX SAGOL CANIM,ANLADIM NEHAYET

CANIM MENIM OLA BILSIN MEN 1 AZ QELIZ YAZMISAM BIRINCIDE,OPTUM SENI..
16 iyun 2011 11:42
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
moocik
Ceyhune,
COX SAGOL CANIM,ANLADIM NEHAYET laughing
16 iyun 2011 11:38
Offline
FEMIDA
Sitat: moocik
YENI UWAQ ISTESE ATASININ ADINI ALMAYA BILER?MESELEN FILANKESOV FILANKES YAZILSIN,ATA ADI YAZILMASIN?

beli bacis, eger 10 yasi tamam olubsa, o zaman ola biler, elbette burada usaqin eqli cehetden saqlam olmasida nezere alinir.yeni istediyi soy adi, ve adi secmekde serbestdir.
16 iyun 2011 11:32
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
moocik
Ceyhune,
YENI UWAQ ISTESE ATASININ ADINI ALMAYA BILER?MESELEN FILANKESOV FILANKES YAZILSIN,ATA ADI YAZILMASIN?
16 iyun 2011 11:21
Offline
FEMIDA
moocik,
Sitat: moocik
YADA ATA UWAGA ADINI VERMIRSE

Uşaq nikahı olmayan anadan olduqda və atalığın muəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının gostərişi uzrə yazılır.
Sitat: moocik
EGER UWAQ ATA ADINI ISTEMIRSE

Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona oz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mumkun olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də uzursuz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.
10 yaşına catmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.
16 iyun 2011 11:02
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
moocik
CEYHUNE
CANIM BIR SUAL VERIM,EGER UWAQ ATA ADINI ISTEMIRSE,YADA ATA UWAGA ADINI VERMIRSE ONU NECE DEYIWMEK OLAR,YADA YALNIZ AD FAMILYA YAZILA BILER?
16 iyun 2011 10:56
Offline
Mexbube
men usaqlari cox sevirem onlar aglayanda ureyim aglayir valideynler usaqlarinizi doyende berk vurmayin yungul vurun
16 iyun 2011 10:32
Offline
LONDONER ME

Vacibdir bunlari bilmekki haqqlarimizi yemesinler.
16 iyun 2011 03:17
Offline
Senem M
Superdir coxxxx sag olun
15 iyun 2011 22:08
Offline
aysel_1
usaq huquurlarini qoruyuram cunki ozumde muqenniyem tsk movzuya gore
15 iyun 2011 21:58
Offline
her kes bilmelidir bunlari mence.twk edirem
15 iyun 2011 21:43
Offline
a.angel
saq ol
15 iyun 2011 21:02
Offline
Yaffa
XBERE GORE TWK-LER.BUNLARI BILMEK HER KESE LAZIMDIR.
15 iyun 2011 19:42
Offline
Aytən
cox saqol.amma uzun oldu oxuya bilmedim.tesekkurler
15 iyun 2011 17:58
Offline
Orkide
cox sukurki televiziyada bu haqda melumat verirler.tesekkurler
15 iyun 2011 17:11
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır