Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Mənim qərənfillərim...

Mənim qərənfillərim...

Bu gün 4-cülərimi Şəhidlər Xiyabanına aparmışdım. Bizim qürur yerimizi canlı görsünlər deyə.

Onlar yaşda olanda mən bu hadisələrin canlı şahidi olmuşam. Bizim böyük istixanalarıımız (parniklərimiz) var idi. Onu çox zəhmət çəkərək əkərdik. Atama hamımız kömək edərdi. Mən böyük övlad olduğumdan mənim zəhmətim daha çox olardı. Atamın başqa sənəti vardı, əlbəttə. Sadəcə burada pul çox olduğundan (Bakı kəndində yaşayasan bu işlə məşğul olmayasan) bu işlə də məşğul olardı. Dörd uşağı saxlamaq həm də mərd mərdanə hər insanın işi deyildi. 

Mənim qərənfillərim...

Noyabrdan sonra artıq başlayardıq bəhrəni görməyə. Əsas qış aylarında. Qərənfillərimizin alıcıları çox olardı. Gəlib həyətdən aparardılar. Hər alıcı gələndə atam anam sevinərdi. Mən də əlbəttə. Çünki o qərənfillərin böyüməsində mənim də zəhmətim olardı. Elə bilərdim gül bağçamdır.  

Mənim qərənfillərim...

Və bir gün axşamla nə qədər alıcı gəldi. Anam atam bağçamın güllərini yığırdı. Anam ağlaya -ağlaya qərənfilləri yığırdı. Atam güclə özünü saxlayırdı. Axı o gülləri həmişə sevinclə dərirdik. Mən bildiyimə görə sevgililər bir birlərinə verərdi. Mənim qərənfillərim gözəl günlərdə,  insanların sevincli günlərində lazım olurdu. İndi nə olmuşdu? Neçə gün o qərənfillər dərildi. Və alıcılara pulsuz verilidi. 

Mənim qərənfillərim...

Qonşu qadınlar bir yerə yığışıb ağlayardı. İlk dəfə idi ki, bu qədər qadının ağladığını görürdüm. Amma bu qadınların heç kimləri ölməmişdi. Həmişə gülən qonşu zarafatcıl xalamız hamıdan çox ağlayırdı.

Böyüdüm anladım ki, bu qürur duyulacaq hadisə olmuşdur!  

Mənim qərənfillərim...

Qəhramanlıq yazmışdı tarixinə millətim!. Və mənim bağçamın gülləri onların qəhramanlığını alqışlayıb, onlara gül vermişdi! 

Sagirdlərimlə bu gün onları yenidən məzarlarında ziyarət etdim. Bu şəraiti bizə yaradan müdirimiz, əsl pedoqoq Vələddin Nurəddinova təşəkkür edirik!  

Mənim qərənfillərim...

Bu gün yenidən uşaqlığımın qəhramanlıq xatirələrini mənim dünyam olan şagirdlərimlə yad etdik. O qərənfilləri ilk sevdiyim gülləri onların məzarına yenidən qoydum. Bütün xatirələrim göz önümdə film lenti kimi yenidən canlandı..

Şəhidlər ölməz! 

İmza; Onların qəhramanlıq güllərini becərən bir ailənin ən kiçik şahidi.

Səslərin sayı: 4
18
1628
loading...
Şərhlər
Offline
......
Elnare xanim cox sag olun.Maraqla oxudum.ALLAH butun wehidlerimizi rehmet elesin.
24 yanvar 2016 15:34
Offline
איסון ממדוב.
Elnare xanim cox saqolun
24 yanvar 2016 08:23
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Pərvanə
Allah şəhidlərimizə rəhmət eləsin.
21 yanvar 2016 14:09
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Fatma xanım
Çox təsirləndim Elnarə mən qərənfil görməişdim heç onunla Şəhidlərin məzarlarını ziyarətə gedən də tanış oldum
20 yanvar 2016 22:05
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Sevil Babayeva
Allah şəhidlərimizə rəhmət eləsin
20 yanvar 2016 21:13
Offline
Fatimə
Allah şəhidlərimizin ruhunu şad etsin!
20 yanvar 2016 18:35
Offline
Suzanna
Allah şəhidlərimizə rəhmət eləsin.

Allah rəhmət eləsin bütün şəhidlərimizə.
20 yanvar 2016 18:32
Offline
S.S.E.
Allah şehidlerimize rehmet elesin.
20 yanvar 2016 17:25
Offline
Gultekin
Usaqlarda bu sevgini yaratmaq her insanin isi deyil.Allah rehmet elesin

Usaqlarda bu sevgini yaratmaq her insanin isi deyil.Allah rehmet elesin
20 yanvar 2016 15:56
Offline
Gultekin
Usaqlarda bu sevgini yaratmaq her insanin isi deyil.Allah rehmet elesin
20 yanvar 2016 15:56
Offline
Ro-Xe-Sa
Qerenfil beceren xanimin hekayesini oxuyub tesirlendim. O vaxtlar Bakinin kucelerine ele bil al qirmizi qerenfil yagisi yagmisdi. Qan tokulen her yeri qerenfillerle ortmusduler.
ALLAH sehidlerimizd rehmet etsin. 20 yanvar tariximize qanla yazilib yaddan cixmaz hec vaxti.
Elnare xanim sizede tesekkur edirem ki, sagirdleri o xiyabana aparmisiz, inaniram ki lazimi melumatlari sagirdlerinize catdirmisiz.
20 yanvar 2016 08:56
imza: فراق
Offline
Emma Svon
Allah şəhidlərimizin ruhunu şad etsin!
19 yanvar 2016 19:26
Offline
PƏRVANƏ ƏLİYEVA......
Illere baxe (((Ele bil dunen olub.Indiki kimi yadimdadi olanlar.Her defede yada dushdukce adam deli olur((Allah butun shehidlerimize rehmet elesin.Mekanlari cennet olsun.


Görəsən, Vətənimizdə şagirdlərə o faciəmizi Elnarə müəllimə kimi canlı hiss etdirən neçə müəllimə var?

Var Ceylan xanim.Balaca oqlumun oxuduqu mektebde dunnenen bu gune kimi bir cox muellime sinifi kolektiv shekilde shehidler xiyabanina aparir ve shahid olduqlari bu facieni ushaqlara danishirlar.


Yaziniz cox tesirli idi bacim.Sizin kimi muellimeler cox olsa bizden sonra gelen nesil her sheyi bizim bildiyimiz kimi bilecey.
19 yanvar 2016 18:54
Offline
Ceylan Mumoğlu
Görəsən, Vətənimizdə şagirdlərə o faciəmizi Elnarə müəllimə kimi canlı hiss etdirən neçə müəllimə var?
Balaca əllərin Göylərə açılıb dua etmələri təsirlidir.
Allah şəhidlərimizə rəhmət etsin, məzarları nurla dolsun.
19 yanvar 2016 18:19
Offline
Ellada Babayeva
Allah şəhidlərimizə rəhmət eləsin.. Yazınızı maraqla oxudum. Gözlərim doldu. Uşaqlar tarixmizi bilməlidirlər. Çox sağ olun.
19 yanvar 2016 18:00
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Mələksima
Allah şəhidlərimizə rəhmət eləsin.Allah sizdəndə razı olsunki vəzifə borcunuzu layiqincə yerinə yetirisiniz.
19 yanvar 2016 12:52
Offline
Xəyalə Murad
Allah ölən şəhidlərimizə rəhmət etsin! Məktəb şagirdlərinin tariximizi bilməsi müəllimlərdən asılıdır. Qərənfilləriniz haqqında əhvalat təsirli idi. O günlərdə bütün Azərbaycan xalqı göz yaşı axıdırdı.
19 yanvar 2016 09:26
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Elnarə xanım, göz yaşları ilə oxudum yazınızı. Sizinlə fəxr etdim! Sizinkimi müəəlimlərimiz olduğu üçün çox sevinirəm. Sinifinizin mələklərini də Allah qorusun!.
Allah şəhidlərimizə rəhmət eləsin!
19 yanvar 2016 08:05
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır