Bakıda hava +4°
USD 1.6280 AZN
EUR 1.8188 AZN

Spiral

 

Spiral

 

Uşaqlıqdaxili vasitələr və ya geniş yayılmış adıyla desək,spirallar ən çox istifadə olunan kontrasepsiya vasitəsidir.Plastmas tərkibli uşaqlıq daxilinə yerləşə biləcək ölçüyə malik olan spirallar T hərfi formasındadır.Plastmasdan ibarət olan əsas gövdə hissənin ətrafını mis tel əhatə edir.Bu mis hissəni bəzən qızıldan da hazırlayırlar.Bəzən isə dərman maddələri və ya hormonlar da bu hissəni əvəz edir.Spirallar təkcə hamiləlikdən qorunmaq üçün deyil,eyni zamanda müalicəvi vasitələr kimi də istifadə olunur.

Hormon tərkibli spirallar əsasən, misli spiralların aybaşı qanaxmasının miqdarını və ağrılarını artırmaq kimi əlavə təsirlərini aradan qaldırmaq üçün istifadə edilir.Çünkü ən geniş yayılmış spirallar mis tərkibli olanlardır.

Hər bir spiralın gövdə hissəsinin aşağısında sap vardır ki,bu da lazım olduqda həkimin onu xaric etməsi üçündür.

Təsir mexanizmi isə bundan ibarətdir ki,daxil edildiyi andan etibarən spiral yad maddə kimi fəaliyyət göstərir və ətrafında iltihab sahəsi əmələ gətirərək bu zaman bu sahəyə çoxlu sayda immun hüceyrə toplanaraq cinsi əlaqədən sonra uşaqlığa daxil olan spermin mehv edilməsinə səbəb olur və hamiləlik baş vermir.

Spiralın təsiri qoyulduğu andan başlayır və çıxarıldığı anda başa çatır.Qoruma müddəti isə hər bir markada fərqlidir,ən az 5 il müddətinə qoruma orta minimumdur.Bu müddət spiralın tərkibindəki misin və  ya hormonun zaman keçdikcə bitməsi ilə əlaqədardır.

Spiralın qoruma faizi çox yüksəkdir,bir ərzində hər 100 qadından 1ində hamiləlik müşahidə olunur.

Spiralın qoyulmasına qərar verən qadından ətraflı anamnestik məlumat alınaraq ginekolji müayinə aparılır və xərçəngönü xəstəliklər və ya xərçəngin özü inkar edildikdən sonra həkim spiralın qoyulacağı günü təyin edir.Bu dərhal da ola bilər.Əgər planlı şəkildə olarsa,aybaşının ilk günlərində uşaqlığın xarici dəliyi azacıq açıq olduğundan aybaşının ilk günlərində və ya istənilən tarixdə xarici dəliyi genəltməklə qoyulur.Spiral süni və ya təbii abortdan yaxud da doğuşdan dərhal sonra da qoyula bilər.Lakin daha yaxşı olar ki,zahılıq müddətini başa vurasız.

Ancaq ümumilikdə qadın hamilə olmadığı bütün hallarda spiral qoydura bilər.

Spiralın qoyulması əsasən ağrısız bir proseduradır,lakin yerli olaraq anestetiklərdən də istifadə edilir.

Spiral taxıldıqdan sonra qadın USM edilir və spiralın vəziyyəti təyin olunur.

Əks göstərişlər

  • Çoxsaylı partnyorlu həyat yoldaşı  infeksiya mənbəyi ola bilər
  • Hamiləlik
  • QİÇS,hormonal müalicə almış şəxs,narkotik istifadəçilərində orqanizmin immuniteti zəiflədiyi üçün
  • Norma xarici qanaxması olan qadınlarda səbəb aradan qaldırılmadan
  • Uşaqlıqdaxili miomaların uşaqliğın quruluşunu pozduğu hallarda
  • Misə həssaslığı olan və mis metabolizmi pozğunluğu olan qadınlarda
  • Müayinə zamanı uşaqlığın boşluğunun böyük və ya kiçik olduğu hallarda spiralın qoyulması əks göstərişdir.Əvvəllər doğmamış qadınlar ətraflı müayinədın sonra spiral qoydura bilər.

Əlavə təsirlər

  • Mis tərkibli spirallar aybaşı qanaxmasını gün və miqdar olaraq artırır.Buna görə də iltihab əleyhinə vasitələr istifadə olunur.Əks hallarda həkimə müraciət olunur
  • Bəzən ilk həftələrdən ləkə şəklində qanaxmalar ola bilər
  • Spiralın ipinin uzun kəsilməsi cinsi əlaqəyə mane ola bilər
  • Uzun müddətli spiralın bətndə qalması spiralın yerdəyişməsi və boruları bağlaması ola bilər və s.

Xüsusi hallar

  • hamiləlik-spiral istifadə edən  qadında aybaşı gecikirsə,dərhal həkimə müraciət etməlidir

P.S. Kimə nə aydın deyilsə,sual verə bilər. 

P.S. Xanımlar,hansı mövzular haqda məlumat almaq sizə lazımdırsa,burda qeyd edə bilərsiz və ya ismarıclar bölməsindən çatdıra bilərsiz.Sizi məlumatlandırmağa çalışacam.

Səslərin sayı: 36
160
38759
loading...
Şərhlər
Offline
Nermin_Guler
Ən yaxşı qorunma üsulu sbiraldır. Lakin gərək ağırlıq qaldırmayasan, özünü bir az qoruyasan. Həblərdən və başqa vasitələrdən ən yaxşısı budur.
2 mart 2016 13:13
Offline
ayla qasimova
aynure huseynova,menim xalam qizi qoydurub 9 aydi her wey yaxwi idi ama bu ay aybawi vaxti gecikib ginekoluqa gedib hecne yoxdu deyib amma qiz cox qorxur hamile qalar deye hele uwaq dogmaq olmaz ona bu neden olar? spiralda gecikme ola biler?
1 mart 2016 13:39
Offline
Farida_Asadova
istifade etmemisem.....dusunmurem de hec...
4 yanvar 2015 18:31
Offline
Dəniz84
Spiraldan istifadə edirəm Artıq 7-8 ildir. Həkimə yoxlatdırmaq lazımdır tez-tez. Əgər heç bir problem yaranmırsa ən yaxşı üsuldur mənə görə.
20 dekabr 2014 21:37
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
Hacət-i Vuslat
Mənə olmaz.Problemlərim var.
28 noyabr 2014 14:43
Offline
gunel eliyeva
Men 2 -3gun olar qoydurmuwam
5 iyul 2014 17:47
Offline
Deniz N-va
Sagol canim menim sagol tesekkur edirem biggrin
29 may 2014 14:11
Offline
periska
Salam acetilovaya kislota (yeni ASPIRIN)ILE NECE QORUNMAQ OLAR?
22 may 2014 00:34
Offline
AYAN ALIYEVA
MEN TEZE QOYDURMUWAM BU QAN NE QEDER GELECEY?BILEN YAZSIN XAIW EDIREM
17 aprel 2014 17:05
Offline
ezizli s.q
Men ginikoloqdan plasmas sorusdum mene mis terkiblini meslehet gordu.qoydurdum indi rahatam
28 mart 2014 16:27
Offline
Minira Aslanzade
Təşəkkürlər istifadə eləmirəm mənimdə bir sirrim var kişilər sayta girməsəydi paylaşardım fellow
25 mart 2014 16:56
Offline
Farida_Asadova
Ən qorxduğum ........
17 fevral 2014 16:40
Offline
eliyeva gulka
Men qoydurdum spiral. Teze doganda saldirmisdim o mene dusmedi dehset qanaxmam oldu. Indi oyrendim ki zahi qadinlar qoydura bilmez il yarimdan sora yene qoydurdum sukurki dusdu bu defe. Ilk uc gunde cox geldi qan. Ondan sonra normaya dusdu. Indi bilmey isteyiremkii birde qanaxma olmazki birinci kimi???
27 yanvar 2014 05:05
Offline
samire eliyeva
Salam men 2 defe qoydurmusam amma dusub.Bilmirem niye
11 dekabr 2013 19:56
Offline
efsane eliyeva
men qoydurmuwdum cox gozel duwdu mene.3 il saxladim cixartdirdim
26 oktyabr 2013 00:04
Offline
aysel elıyeva
oda duzdu pervane xanim men yene qoydurmusam belimde ve ayaqlarimda cox agri olur ama biliremki cixartdirsam ilisecem abortda legv olunub mecbur saxlamaliyam
19 sentyabr 2013 11:43
Offline
PƏRVANƏ ƏLİYEVA......
Men qoymushdum hardasa 8 il once.onda biraz problemim varidi sehettimde ona gore.6 illik qoydrdum.ama 2 ilden sonra cixartdirdim.cunki shishdim.butun abedenim ayaqlarim .dehshetli bir veziyyet yarandi.hereye bir cur tesir edir.mene dushmedi deyerdim.Ama qorunmuramda ushaqada qalmiram.
19 sentyabr 2013 11:30
Offline
aysel elıyeva
men qoydurandan 1 il sonra hamile qaldim onda bildim ki spirallada hamile qalinirmis

hesenova aysel xanim tebii yolla nece qorunursuz bilmek olar

salam sevgi xanim bu deqiqe kisileri qadinlarin sohbetleri qadinlardan cox maraqlandirir
19 sentyabr 2013 11:25
Offline
Seli
Men anadangelme spiralliyam deyesen girl_cray
30 avqust 2013 23:35
Offline
Gultekin Yusubova
Mende coxxx qorxuram :(
30 avqust 2013 23:18
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
  • Etməyə tənbəllik etdiyimiz 15 şey

    İri paltarları ütüləməydən xoşum gəlmir. Əslində bu işlər hər gün görülməsi zəruri işlər olduqu üçün bezdiricidir. 15 i vaxtlı vaxtında eləmək lazım ;)
  • Etməyə tənbəllik etdiyimiz 15 şey

    1. Ütü bəlası yay aylarında lap bezdirici olur, məni Dijitürk filmləri xilas edir)
  • 14:03 - Müəllif: S U S E N _BACI
    Sabahın HAVAsı (1)

    Sabahın HAVAsı

    Birazdan az qalıb yağışlar başlayacaq çox sqğol proqnozo gore
  • Nə üçün axşam vaxtı dırnaq kəsməyin yaxşı olmadığını deyirlər?

    Salam he düzdü ypxdu ele bir müəllimat amma inanclar sınamaıar var hami inanir çoxuda emel edir o nina richiden yollayin 1 eded mene :-) :-)
  • 11:34 - Müəllif: Ceylan Mumoğlu
    Açıq sözlü qadınlar (1)

    Açıq sözlü qadınlar

    Belə olmaq əlbət ki, yaxşıdır, insan içindəkiləri saxlamır, düşündüyünü üzə çıxarır. Digər tərəfdən də mühitdə qarşılanma, yanaşma fərqli ola bilir. Məsələn, bu kimi qadınlara erkək Fatma deyə ad qoyurlar. Ən yaxşısı müdrik qadın obrazında olmaqdır, hər şeyi yerli yerində etmək, lazım gələndə açıq sözlü olmaq, lazım gələndə sadəcə susmaq. Subyektiv fikrim.
  • Duzlu pomidor (foto resept)

    Türklər belə şeyləri etmirlər deyə, mən də artıq 10 il olacaq yemirəm. Təşəkkürlər, Qəribə xanım. Mümkünsə bu günlər resept artıq göndərin, kömək lazımdır saytımıza.
  • Bütün dünyadan gözəllik sirləri

    Zoğal suyunun saça tətbiq olunmasını bilmirdim.
  • Bəzi qısa məsləhətlər

    Mende hemiwe caliwiram bu gunun iwini sabaha saxlamayim,cunki insan bilmir sabah bawina ne gelecekse,demek istediyim sozu etmek istediyim hereketi vaxtinda deyirem,buna vaxtim varda sora deyerem sora ederem demire
Maraqlıdır
Gözlədikləriniz...
Yeni görünüş
Yeni imkanlar
Yeni müsabiqə
Maddiyyat
Mənəvi istirahət
Saytın bağlanması