Polyannanın hekayəsini çox adam bilir yəqin ki. Ən pis zamanlarında belə atasının özünə öyrətdiyi xoşbəxtlik oyununu oynayan kiçik bir qızın hekayəsidir.
Polyannacılıq, itirilən hər hansı bir şey üçün kədərlənmək yerinə əlindəkilərlə kifayətlənmə və xoşbəxt olma davranışıdır. Yalnış hadisələrin yaxşı tərəflərini görməyə çalışır.
W. Arthur Ward deyirki: "Gerçək optimist problemlərin fərqindədir. Həlləri yollarını da bilir, çətinlikləri görür, amma öhdəsindən gəlinəcəyinə də inanır, ən pisə açıqdır amma, ən yaxşını də gözləyər, şikayət etmək üçün səbəbi var, amma gülümsəməyi seçir".
Fikrimcə Polyannaçılıq pis bir davranış forması deyil yalnız burada bir müdafiə mexanizmi söz mövzusudur, kişi hər hadisənin yaxşı tərəfini görməyə çalışaraq kədərli hadisələri basdırmağa çalışır və bunun həddindən artığı adamın ruh sağlamlığına təsir edə bilər.
Optimist olan bir insan eyni zamanda Polyannaçılıq davranışı içərisinə də girər, hadisələrin yaxşı tərəfini görür, amma çəhrayı eynəklə deyil, həqiqi gözlərlə görür. Yəni optimizmin içində Polyannaçılıq vardır, amma sırf polyannaçılıq oyunu oynamaq həqiqi bir optimizm davranışı deyildir.
Aralarındakı ən əhəmiyyətli fərq optimist olan adam pis hadisələrin fərqindədir və bu hadisələrə olan kədərini gizlətməz, kədərlənər, amma vəziyyəti araşdırıb həlli yolunu tapmağa çalışar, maneələrdən qaçmaq yerinə onları aşmağa çalışır. Dəyişdirə bilməyəcəyi vəziyyətləri isə Polyanna kimi qəbul edir amma hadisənin verdiyi ağrının öhdəsindən gəlmək gücünü özlərində taparlar.
Polyannaçılıq
Gəlin indi, optimist olan insanların davranışlarını araşdıraq və bunun nəticəsində isə optimist olmağın gücünü birlikdə anlamış olacağıq. Mütəxəssislərə görə optimist olan insanların davranışları belədir:
• Həqiqidilər. Optimist, həyatı güllük gülüstanlıq olaraq görməz, ona görə də həyat çəhrayı rəngdə deyil. Problemlərin, çətinliklərin fərqindədir. Lakin çətinliklər qarşısında əlindən gələnin ən yaxşısını etməyə çalışır. Çətinlikləri öhdəsindən gəlinməsi lazım olan bir fürsət olaraq görər. Ahlanıb vahlanmaq yerinə problemlər qarşısında həll axtarışını seçər. Bir çox çıxış yolunun olduğunu bilir və çıxış yollarından ən yaxşısını tapmağa çalışır, o yol olmazsa digər yolları sınayar.
• Dəyişdir əbilməyəcəyini qəbul edərlər: Problemlər qarşısında elastikdirlər. Problemin həlli üçün hər yolu sınayıb bir cür həll yolunu tapa bilmirlərsə, bu vəziyyəti qəbul edər və kədərlənmək yerinə o vəziyyətdən dərs almağı seçib eyni səhvləri etməməyə səy edərlər və bənzər bir vəziyyətlə qarşılaşdıqlarında əldə etdikləri təcrübəylə daha asan öhdəsindən gələ bilərlər.
• Həyatlarında hər cür sevgiyə yer verirlər: Sevgiləri tək bir şeyə deyil. Optimist olan insanlar əvvəlcə özlərini sevərlər və bu sevgiləri daşar və hər şeydə öz əksini tapmışdır, alıcı yerinə verici olurlar daha çox. İnsanları, heyvanları, çiçəkləri, bitkiləri, böcəkləri, təbiəti, hər şeyi sevərlər. Həyatı, həyatdan kef almağı sevərlər.
• Özlərinə inanarlar: Məqsədlərinə çatmaq üçün başqalarının "edə bilməzsən" kimi növdən sözlərinə qulaq asmayıb özlərinə inanırlar. Sərhədlərini bilirlər və ona görə hərəkət edərlər. Öz həyatlarından özlərinin cavabdeh olduğunun şüurundadırlar.
• Dəyişməyə açıqdırlar: Özlərini və həyatlarını dəyişdirməkdən qorxmazlar. Dəyişmənin inkişaf istiqamətində olmasını təmin edərlər. Hər hadisəni qarşılaşdıqları hər vəziyyəti öz inkişafları üçün bir fürsət olaraq görürlər.
• Sülh tərəfdarıdırlar: Biriylə mübahisə və ya bir mövzu haqqında müzakirə edərkən bu müzakirəni döyüşə deyil həllini tapmaq bacarıqları vardır. Həm qarşı tərəfi anlar həm də özünü ifadə edər. Hər zaman sülh tərəfdarıdırlar.
• Anlayışlıdırlar: Baxış bucaqları anlamağa istiqamətlidir: Həyata qarşı o qədər sevgi doludurlar ki, bütün gözəllikləri kəşf etmək istəyərlər və buna görə də dünya görüşləri anlamağa istiqamətlidir. Heç kimi müzakirə etməzlər. Qarşısındakı insana, hadisələrə və ətrafında gördüyü hər şeyə "bu səhv, bu doğru", "bu yaxşı - bu pis", "bu gözəl - bu çirkin", " bunu belə etməlisən, bu belə olmalı idi" kimi sözlərlə heç kimi mühakimə etməzlər. Hadisələri, insanları, ətrafını, ən əhəmiyyətlisi özlərini nə səbəbə , necə suallarıyla anlamağa çalışırlar.
Bu davranışları sərgiləyən bir insan hər şeydən əvvəl güclü bir xarakterə sahib olur. Həyatı dolu-dolu, hər anın qiymətini bilərək yaşayar. Girişdiyi işlərdə müvəffəqiyyətli olur. Yaşadığı mənfiliklərdən, səhvlərindən dərs aldığı üçün bunları özünü tanıma fürsəti olaraq görür. Problemlər qarşısında həlli yolunu axtarmağı isə yaradıcılığını artırar. Aşağıdakı yazı, bunun gözəl bir nümunəsidir.
John Ruskin, məşhur bir İngilis sənət araşdırmacısıdır. Bir gün, Ruskinin zəngin bir yoldaşıyla axşam yeməyi görüşü vardır. Yoldaşı sifəti asıq bir şəkildə gəlir.
Anlaşıldığına görə, yeməyə gələrkən dostunun sinə cibindəki dolmaqələm qırılmış və qısa bir müddət əvvəl hədiyyə olaraq aldığı qiymətli bir dəsmalın üzərinə çıxmayan Hind mürəkkəbi ləkə salmışdı.
Dostu dəsmalı çıxarıb Ruskinə göstərir. Parçanın arxasında çox diqqətə çarpan qara yumru bir ləkə var. Adam o qədər kədərlənmişdirki, yeməyinə çox az toxunur və evə tələsik qayıdır, dəsmalı masanın üstündə qoyur.
Ruskin çıxarkən dəsmalı yanına alır. Bir neçə həftə sonra zəngin dostun evinə bir paket təslim edilir. Açdığında, özünü çox çaşdıran və sevindirən bir şəkildə mürəkkəb ləkəli dəsmalın möcüzə bir sənət əsərinə çevrildiyini görür. Ruskin bir az Hind mürəkkəbi almış və yumru ləkəni mərkəz nöqtəsi olaraq istifadə edib, bütün dəsmalı örtən gözəl bir naxış çəkmişdi.
İnsanlar əgər müsbət düşünürlərsə və yaradıcı davranırlarsa, mənfilikləri müvəffəqiyyətə çevirərlər.
Ruskin dostunun kiçik kədər divarına bir qapı açaraq xoşbəxtliyini təmin etmişdi. Həm fədakar davranışı ilə həyatlarını zənginləşdirmiş, həm də dostunun sevgisini qazanmışdı.
Eyni zamanda optimist rəftarın sağlamlıq üzərində də böyük təsiri vardır. Elmi araşdırmalar optimist insanlrın pessimistlərə görə daha sağlam və daha uzun yaşadıqlarını göstərir.
İndi soruşuram sizlərdən, həyatınızı kefli hala gətirmək, dolu-dolu yaşamaq istəyirsiniz, yoxsa həyatınızı özünüzə zəhər etmək istəyirsiniz? Seçim sizindir ...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Möcüzə baş vermədi: əlvida, Türkiyə...
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Manikür 3-cü hissə
28 mindən çox abituriyent ixtisas seçib
Sançes: "Braziliya millisindən qorxuruq"
Müsəlmanlar ruslara niyə möhtac qaldılar?
Hava xəbərdarlığı - qar qayıdır
Türkan Şorayın azərbaycanlı oxşarı - FOTO
Ermənilərin daha bir yalanı ifşa olundu
Hollivur Ulduzu Qəzada öldü -FOTO
800 uşağın basdırıldığı yer aşkarlandı
Orucun uzunömürlülüyə ŞOK TƏSİRİ
Günün ulduz falı - 23.02.2014
"Leyli və Məcnun" operasını Üzeyir Hacıbəyov tək yazmayıb - Fakt+FOTO
Şabalıd zəhərlənməsi nədir?
Uşaq bağçalarına qəbul YENİ QAYDALARLA olacaq
Müəllimlərin DİQQƏTİNƏ - Sabahdan başlayır
Buzlar əridi, 76 il əvvəl qəzaya uğrayan təyyarə üzə çıxdı
Məşhur reperin həyatı təhlükədədir-SƏBƏB
Birlikdə öyrənək
Yapon alimlərindən bir ilk
Sifilis nədir?
Dəri ağardıcı maska
İngilis dili müəllimləri üçün layihə həyata keçiriləcək
2020 Yay Makiyaj Trendləri
Aqillərin inamına görə...(2)
“İlin ən yaxşı kişiləri” seçildi - FOTO
Devid Bekhem onları aldada bilmədi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakının bu ərazisində qaz olmayacaq
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
Özcan Dənizin xanımı aylar sonra FOTO paylaşdı
İyunda qeyri-iş günlərinin sayı açıqlandı
Dünyanın ilk üzən adası hazırlanır
Yağlı dərilər üçün limon maskası
Nanə ilə gözəlləşin
AZAL Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq
Afinanın görməli yerləri
Qışda gözlər də üşüyür
"Ağıllı" xalça hazırlandı
Damar sağlamlığı haqqında bilməli olduqlarınız
Məhəmməd Əmin Rəsulzadənin ailə faciəsi
Hava haqqında
Neslihanın ayrılıq xəbəri yayıldı-FOTO
Bakı mağazalarında sellofan torbalar pulla satılacaq? - FOTO
Daha bir dərman preparatının satışına QADAДћA
Sınanmış arıqlama üsulları
Döşlərinizi Tibet üsulu ilə böyüdün!-3
Xoşbəxtlik
- ŞƏRHLƏR