Xəyalə Muradın qələmi ilə diqqətli tanışlığım bir müsabiqədə iştirak edən “Bir yarpağın arzusu” hekayəsi ilə başlayıb. Hekayəni diqqətlə oxuyub fikirlərimi gənc yazıçıya bircə- bircə demişdim. İradlarımı göstərmişdim. Elə həmin söhbətdə xəbər tutdum ki, Xəyalə xanım sayca ikinci kitabını çap etdirmək istəyir. O söhbətin nəticəsi olaraq da sonucda o kitabın təqdimatını təşkil etmək şərəfi mənə qismət oldu.
Üç hekayə və “Xoşbəxtlik həsrəti” adlı bir romanın yer aldığı kitabı təqdimatdan qabaq oxuyub bitirsəm də, haqqında yazı yazmaq tənbəlliyim ucbatından bu günə qədər gecikib və buna görə Xəyalə xanımdan üzr istəyirəm.
Kitabdakı hekayələrdən olan və kitaba öz adını bəxş edən “Bir yarpağın arzusu” hekayəsində yazıçı arzusu uğrunda yorulmadan çalışan, can atan, budağından qopmaq, azad olmaq və uzaqdan gördüyü dənizə qovuşmaq istəyən bir yarpağın timsalında, oxucuya mübarizliyin, məqsədə gedən yolda yorulmamağın mahiyyətini açıqlamqla bərabər, həm də daxili azadlığı tərənnüm edir. Hekayədəki keçidlərin tələskənliyini hələ ilk söhbətimizdə demişdim yazıçının özünə.
“Sadiq dost” hekayəsi son illərdə müasir ədəbiyyatımızda rast gəldiyim ən yaxşı uşaq hekayələrindən biridir. Saf dostluqdan danışan bu hekayəni uşaqlar da, böyüklər də çox bəyənəcəklər.
“Yaşam naminə” hekayəsi isə Tiflisdəki son daşqında baş verən hadisələrdən bəhs edən, deyərdim ki son illərdə oxuduğum ən yaxşı hekayələrdəndi.
Kitabın əsas hissəsi isə “Xoşbəxtlik həsrəti” mövzusudur. Mən hər zaman demişəm, istənilən mövzunun ədəbiyyata gətirilməsinin tərəfdarıyam. Təki o mövzuya yanaşma tərzi banal, bayağı olmasın. Bu romandakı hadisələr də tipik azərbaycanlı ailələrində baş verən hadisələrdir. Oxuduqca hər biriniz bəlkə də öz qonşunuzu, həmkəndlinizi, qohum- əqrəbanızı görəcəksiz. Ancaq sevindirici olan odur ki, yazıçı mövzuya yaxşı yanaşıb, təhkiyə bayağı alınmayıb. Əsər oxunduqca qətiyyən yormur, əksinə axıcılığı ilə oxucunu cəlb edir, hadisələrin ardıyca çəkib aparır, apardıqca da xatırladır, düşündürür. Təhkiyə zamanı yazıçının istifadə etdiyi üsul, bir hadisənin o biri hadisəyə həyəcan yaradacaq dərəcədə zəmin yaratması müasir roman üçün səciyyəvi olsa da, Xəyalə xanımın “yaral yeri” olan tələsik keçidlərə yol verir və bu xanım yazıçıya olan ən əsas iradlarımdan biridir.
Tərlan adlı gənc oğlan qonşularındakı Sevinc adlı qızı gizli sevir. Digər qonşunun qızı Arifə iə Tərlanı öz qəlbində gizli sevir. Hər zaman rəfiqəsi Sevincin paxıllığını çəkən Arifə üzdə bunu heç vaxt büruzə vermir, özünü əsl dost kimi göstərir. Kənd yerlərində tez- tez rast gəldiyimiz “göürcü üsulu” evlənmə təklifi, atasını uşaqlıqdan itirən yetim Sevincdən də yan keçmir. Təbii ki bu təklifin Sevincə gəlib çıxmasında, Tərlanın Sevinclə ailə qurmasından və onu itirməsindən qorxan Arifənin əli olur. Dayısı tərəfindən təsirlərə məruz qalan Sevinc, uşaqlıqdan acı olan taleyi ilə barışaraq yaxından tanımadığı oğlana ərə gedir. Bundan sonra hadisələrin sürətli şəkildə dəyişməsi fonunda yazıçı bu insanların, bu ailələrin, əslində isə bir toplumun həm acılarını, həm problemlərini oxucunun gözləri önünə sərir. Süjet barədə bundan artıq nəsə deyib əsər barədə çox ipucu vermək istəmirəm, özünüz oxuduqda daha maraqlı olsun deyə.
Yazıçıya iradlarım həmişəki kimi ən əsası tələsik keçidlərdi. Romanın ilk dörd səhfəsində biz Sevincin anasının dünyaya gəlməsini, böyüməsini, ailə qurmasını, ərini itirməsini, Sevincin dünyaya gəlişini və s. sürətlə oxuyaraq keçirik. Ayrı- ayrı obrazların daxili aləminin açılmasında da bu tələskənlik problemlər yaradır. Məsələn Sevincin həyat yoldaşı Vahidin xarakteri çox ziddiyətli görünür. Obrazlar nə qədər canlı, həqiqi olarsa roman o qədər yaxşı olar fikrimcə. Vahidin bir çox hərəkətləri, verdiyi reaksiyalar isə inandırıcı görünmür və yazıçının tələskənliyi bu hallarda da öz təsirini göstərir. Romanın sonluğu da bu cür tələsik notlarla bitir sanki. Oxuyub bitirdikdən sonra “yəqin ki yazıçı bunun ardını da yazmaq istəyir” deyə bir düşüncə yaranır insanda. Əsər boyu baş verən ümumi hadisələr nə qədər həyatdan götürülmüş olsa da, nə qədər canlı, təbii, “bizim tərəflərdə də belə bir şey olmuşdu” dedirdəcək qədər həyatdan götürülən süjet xətti olsa da, ayrı- ayrı obrazların xarakterlərinə boşluqlar var.
Ümumi götürdükdə, üslub problemlərini çıxsaq, adi bir həyat hekayəsi ilə oxucunu təəccübləndirməyi, həyəcanda saxlamağı, hisslərə, duyğulara toxuna bilmə bacarığına görə yazıçıya həqiqətən də alqış düşür. Nəzərə alsaq ki ailə- məişət mövzusunda yazıçının ilk böyük işidir, gələcəkdə bu iradları nəzərə alaraq biz oxucularına daha dolğun, fikir bitkinliyi olan əsərlər verəcəyinə ümid edirəm.
Kitabı oxumanızı tövsiyyə edirəm. Ən birincisi, öz ədəbiyyatımıza, həm də müasir ədəbiyyatımıza sahib çıxmaq üçün onları oxumaq, ağı- qaradan seçmək bir oxucu kimi üzərimizə düşən vəzifədir. Hələ bu yazıçı xanımdırsa, o zaman bir xanımın yanaşma tərzini oxumaq cəmiyyətimizi tanımaq üçün oxucuya daha da maraqlı olar. İkincisi isə əsər öz axıcılığı, təsirli olması baxımından sizi heç yormayacaq, birnəfəsə oxuyub bitirəcəksiz. Hissləriniz təlatümə gələcək, duyğulanacaqsız, gözləriniz yaşaracaq, ən əsası isə düşünəcəksiz.
Hər kəsə xoş mütaliələr!
Fariz Bayramov
XƏBƏR LENTİ
Pendirli rulet börek (foto resept)
Sabahın HAVAsı
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
"Heyvanların ibadəti"
Enrike ilk dəfə əkizlərindən danışdı
Nasa Günəşə kosmik gəmi göndərir
Heyvanın faydaları
Yaz havası olacaq
Düşmənimizi yaxından tanıyaq
"Biz nə təxribata çəkildik, nə də təxribata getdik"
Bakıda Bilik Günü üçün hava proqnozu açıqlandı
Yer əhalisi çoxalır
“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı
Coğrafiya İnstitutundan müşahidə edilən hava haqqında AÇIQLAMA
Körpələr üçün maraqlı hədiyyələr
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Keçmişin 3 milyarderi
Sevgisi divarlarda qalanlar
Armudun faydaları
Prezidentdən Şuşaya yol çəkilməsi ilə bağlı göstəriş: Hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ
Neftin qiyməti enir
Sarıkökün faydaları
Mercedes SLS AMG-nin salonu lüks oldu
Duma qondarma " erməni soyqırmı"na dair bəyanat verəcək
Ön cəbhədə pulemyotlar işə düşdü
Hava haqqında
Şeron Stoundan yeni FOTOsessiya
Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
"Supermen" olmaq istəyirsiniz?
Dünyanın möhtəşəm mənzərəli yolları
"Microsoft" "Facebook"u almaq istəyib
Gözəlliyi ilə seçilən məşhurlar və övladları
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Günün ulduz falı
Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir
"Hansısa münaqişə həll olunmadıqda başqa münaqişə doğurur"
Prezident ailəsində xoş gün-36 il birlikdə!
Pulun iyinə komadan oyandı
Uşaqlar üçün bəzək əşyaları
Mirvari, gözdə axan şəlalə
Merve Bolğur psixoloji yardım alır-SƏBƏB
Avropada Windows phone zəiflədi
Hava şəraiti kəskin dəyişəcək
Təqaüdlərin məbləği açıqlandı
Malayziyanın ən gənc milyarderi - FOTO
Çağatay sevgilisindən yeddinci dəfə ayrıldı
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
Azərbaycanda dolların məzənnəsi kəskin qalxdı
- ŞƏRHLƏR