1940-cı ilə qədər dünya alimləri uşaqlarda anadangəlmə inkişaf patologiyalarının əmələ gəlməsini irsi faktorla izah edirdilər. Lakin daha sonra aparılan apaşdırmalar hamiləlik dövründə xarici faktorların, eləcə də dərmanların qəbulunun təsirindən inkişaf anomaliyalarının yarandığını təsdiqlədi.
1941-ci ildə avstriyalı həkim Norman Qreqq sübut edib ki, hamiləliyin I trimestrində ana məxmərəklə xəstələndikdə yeni doğulmuş körpədə müxtəlif anomaliyalar yaranır.
1961-ci ildə isə hamiləlik dövründə "Talidomid" adlı sedativ preparatın qəbulu ilə dölün ətraflarında inkişaf anomaliyalarının yaranması arasındakı əlaqə müəyyən edildikdən sonra dərmanların döldə orqan və toxumaların inkişafına təsir göstərdiyi öz təsdiqini tapdı.
Yeni doğulmuş körpələrin 1/3-də hamiləlik dövründə qəbul edilən dərmanların əlavə təsirləri yaranır
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, qadınların 90 faizindən çoxu hamiləlik dövründə reseptlə və reseptsiz buraxılan farmakoloji vasitələri, tütün və alkoqol və ya qeyri-leqal (narkotiklər, hallüsinogenlər və s.) preparatları qəbul edirlər. Qadınların orta hesabla 75-86 faizi hamiləlik dövründə dərman vasitələri qəbul edirlər. Tədqiqatlar zamanı məlum olub ki, döldə inkişaf defektlərinin 5%-i hamiləlik dövründə dərman terapiyasının tətbiqi ilə bağlıdır. Yeni doğulmuş körpələrin 1/3-də hamiləlik dövründə olan qadınlar üzərində aparılan müalicənin əlavə təsirləri yaranır.
Həkim-konsultant Yazgül Abdiyeva Trend-ə deyib ki, praktik olaraq istənilən farmakoloji preparat dölə zərərli təsir göstərə bilər. Buna görə də hamilə qadında farmakoterapiya ciddi aparılmalı və onun aparılmasının vacibliyi dəqiq əsaslandırılmalıdır.
Hamiləlik dövründə bir sıra dərman vasitələrindən, xüsusilə sakitləşdirici, yuxugətirici, ağrıkəsici və anemiya əleyhinə preparatlardan çox istifadə olunduğunu deyən həkim-konsultant hamilələrin istənilən dərmandan ehtiyatla istifadə etməsini vacib hesab edir: "Hamilə qadınlar uzun müddət qıcolma əleyhinə dərman qəbul edirsə, bu barədə mütləq ginekoloqun məlumatı olmalı və nevropatoloqla birlikdə müalicə prosesinə nəzarət edilməlidir. Çünki elə dərman seçilməlidir ki, o, dölə minimal təsir etsin və toksiki təsiri az olsun. Uzun müddət "Fenobarbital" və digər dərmanlar qəbul edən hamilə qadınların uşaqlarında bir sıra inkişaf qüsurları yaranır. Hamiləlik dövründə antibiotiklərin seçiminə də xüsusi diqqət yetirmək lazımdır. Bəzi qrup antibiotikləri, vərəm əleyhinə preparatları, "Streptomisin"i uzun müddət qəbul edən hamilə qadınların uşaqlarında sümük patologiyaları, karlıq yaranır".
Uşaqlarda anomaliyaların yaranmasına səbəb olan dərmanlar
Dölə mənfi təsir edən konkret dərmanlara gəldikdə isə Y.Abdiyeva qeyd edib ki, hamiləlik zamanı asetilsalisil turşusunun (aspirin) uzun müddət istifadəsi perinatal ölümə, yeni doğulmuş körpədə qan sızmaya, doğuluşda körpənin kiçik çəkiyə malik olmasına, doğuş müddətinin uzanmasına səbəb olur. Bu preparatın hamiləliyin I trimestrində istifadəsi zamanı qastroşizis (ön periton divarının defekti) yaranma riski artır.
Natrium metamizolun (analgin) qəbulu nəticəsində oliqohidroamnionun yaranma riski artır, anadangəlmə hipotrofiya baş verir.
"Diklofenak", "İbuprofen", "Ketoprofen", "Naproksen" dərmanları arterial axacağın vaxtından əvvəl bağlanmasına, diafraqmal yırtıqların yaranmasına gətirib çıxarır.
Qlükokortikoidlər ("Kortizon") qrupuna daxil olan preparatlar dölün sərt və yumşaq damağın yarılmasına, qıcolma əleyhinə preparatlar - "Fenobarbital", "Fenitoin" yenidoğulma dövründə ölümün (0-28 günlər) baş verməsinə, mikrosefaliyaya, dovşan dodaqlığa səbəb olur.
Peroral diabet əleyhinə preparatlar döldə inkişaf anomaliyalarının baş verməsinə səbəb olur. Vərəm əleyhinə preparatlardan ("Tubazid", "İzoniazid") hamiləliyin I trimestrində istifadə etmək anomaliyalara - anensefaliyaya, ürək qüsurlarının baş verməsinə və fəqərələrin yarılmasına gətirib çıxarır.
"Metronidazol", "Trimetoprim" dərmanları hamiləliyin I trimestrində embriotoksik təsir göstərir.
İmmundepressantlar qrupuna daxil olan dərmanlar embriotoksik və teratogen təsir edir, bətndaxili inkişafın ləngiməsinə səbəb olur.
Hamiləlik zamanı şiş əleyhinə vasitələrdən - "Metotreksat", "Vinkristin", "Siklofosfamid"dən istifadə inkişaf anomaliyalarına, "Streptomisin" isə karlıq, skelet sümüklərinin qurulmasında pozğunluğun yaranmasına gətirib çıxarır. "Diazepam" dərmanları ətrafların ikiləşməsi və anomaliyasına, "Sulfanilamid"lər isə teratogen təsirə malikdir.
Hamilə qadınlar vitaminlərdən də ehtiyatla istifadə etməlidirlər, əks halda...
Qadınlar hamiləlik zamanı bir çoxlarının zərərsiz hesab etdiyi vitaminlərdən də istifadə edərkən olduqca ehtiyatlı olmalıdırlar.
Həkim-konsultant qeyd edib ki, vitaminlərin sutkalıq dozadan artıq miqdarda istifadəsi (folatlar istisna olmaqla) hamilələrə göstəriş deyil.
Onun sözlərinə görə, İngiltərədə 2400 hamilənin iştirakı ilə aparılan 2 illik tədqiqat da göstərib ki, gün ərzində 250 mq vitamin E və 1000 mq vitamin C ağırlaşma riskinin artmasına, ölü doğulmaya, uşağın çox aşağı bədən çəkisi ilə doğulmasına səbəb olur.
Y.Abdiyeva deyib ki, retinol (vitamin A) dölün düşməsinə, hidrosefaliya, anensefaliya, ürək qüsurları, sərt damağın yarılması kimi halların baş verməsinə gətirib çıxarır. Lakin hamilə qadınlar üçün retinolun sutkalıq dozası 8000-10000 BV-i (5000 BV)/ keçməməlidir.
Piridoksin (vitamin B6) qıcolmalara, xolekalsiferol (vitamin D3) aortanın qapaqüstü stenozuna, psixiki inkişafda geriləməyə, vitamin PP embriotoksik, teratogen təsirin yaranmasına səbəb olur. Vitamin C və E-nin dozadan artıq qəbulu nəticəsində isə vaxtından əvvəl doğuş təhlükəsi mümkündür.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Günün qoroskopu:Uğurlu gündür!
Hava xəbərdarlığı edildi
Zərbə helikopterlərimiz Füzuli istiqamətində cəbhə boyu uçuşlar həyata keçirir
Dünyada koronavirusa yoluxanların sayı 50 milyonu keçdi
Müasir vanna otaqları
18 yaşadək nikaha girən gəlin və bəylərin sayı azalıb
Özge Gürel yeni filmdə
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
Bakıda yeni yol nişanları və yeni qadağalar
Azərbaycanda yol hərəkəti qaydalarında yeniliklər edilir
Rəngarəng corab modelləri
Yaşıl çayı xeyirli bilirdiniz? Oxuyun...
Beren Saat sehirli "Atiye" rolunda
İrem Derici manyak fanatından gizlənir
Sizi daim məşğul edən Feysbuk haqqında BİLMƏDİKLƏRİNİZ
Bəşəriyyət üçün daha bir təhlükə: Qaz sızıntısı aşkarlandı
Qadınlar haqqında deyilənlər
Kəlbəcərin Çıraq kəndindən görüntülər - VİDEO
Tamaşaçıların nəzərinə!
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma
"Vineqred" salatı (foto-resept)
Cütlüklərin toy fotolarına dair 25 planı
Erməni tərəfi cəbhədə növbəti itki verib
Boris Conson 6-cı dəfə ata olacaq-FOTO
İkinci bahar
Myasnikov sağlamlığa zərərli vərdişləri sadaladı
"İşğal altındakı ərazilər qaytarılmalıdır"
Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT
Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib - RƏSMİ
Cins şalvarlar
Gəlinliklər
Sosyopatı necə tanımalı? (3)
Cəlilabadda quyu qazan kəndli tarixi nümunələr tapdı - VİDEO
İki körpə atasız qala bilər!
Mehriban Əliyeva: “Bu, ədalətin təntənəsidir”
Maraqlı tapşırıqlar - 1
Baş nazirin mətbəxinə siz də baxın
Qızılla bağlı şok gözlənti
Balanın ana sevgisi: kövrək hekayət
Fındığın qiyməti İKİ DƏFƏ UCUZLAŞDI
Evlənənlərin də sayı artdı, boşananların da
Bakı metrosu gün ərzində 5 saat işləyəcək
Ukrayna xalqı məhv ola bilər
Gül dərənə İnanılmaz Cəza
Girov götürülən azərbaycanlı: Altısını da öldürdülər
Maskanızı özünüz hazırlayın
Günün ulduz falı
Xaşxaşlı çiyələkli keks (foto resept)
Eynəyi necə seçməli?
Gül kələmi yeməyi
- ŞƏRHLƏR