Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Qadınların ayrılıq sonrası suallara 17 cavabı

Kimi yastığına sarılıb ağlayaraq günlər keçirir. Kimi isə mismar mismarı sökər deyərək özünü yeni başlangıçlara buraxır. Hamınızın özündən bir parça tapa biləcəyi ayrılıq sonrası müddəti sizlər üçün qadınlardan soruşduq və cavabları burda yerləşdiririk.

Qadınların ayrılıq sonrası suallara 17 cavabı

1. İynələyici mahnılar paylaşmaq, sözlərini hər yerə yazmaq, hətta lazım olsa, alnımıza döymə etdirmək.

2. Ayrıldıqdan sonra filmlərdəki kimi əllərində çiçəklərlə qapınıza  gələcəyini xəyal etdiyiniz sevgilinizin, yaxın yoldaşlarıyla futbol izləməyə getdiyini görmək.

3. Whatsappda online olub olmadığına baxarkən gözlərimizin pozulması və ətrafda uçuşan "son görülmə tarixi" yazıları görmək.

4. Sevginizin sonsuza qədər sürəcəyini zənn edib döydürdüyünüz döyməni sildirmək üçün yana-yana döymə sənətçisi axtarmaq.

5. Facebook vəziyyətinizi "Yeni bir həyata salam deyək o zaman" şəklində aktuallaşdırarkən evdə oturub  ağlamaq.

Qadınların ayrılıq sonrası suallara 17 cavabı

6. Geyinmənizə icazə vermədiyi o qısa  ətəkləri, paltarları dərhal ortaya çıxarmaq.

7. Ayrılıq ehtimalı heç düşünmədiyi üçün  kreditlə alınan tətil paketi ləğv etdirməyə çalışmaq, ləğv olmazsa, sizinlə getməsi üçün bir yoldaşınızı razı etmək.

8. Hər melodiyası acı fışqıran mahnılar dinlərkən belə ətrafdakı insanlara çox əylənirəm imici göstrmək.

9. Bütün paylaşma saytlarından birlikdə olduğunuz fotoşəkilləri silib, çox gözəl çıxdığınız bir selfieyi profil fotoşəkili etmək.

10. Facebook əlaqə vəziyyətinizi "qarmaqarışıq" olaraq yeniləmək.

11. Sizdə qalan əşyalarını bir çamadana doldurub onun bir yoldaşına təslim etmək.

12. Özünüzü ən yaxın gözəllik salonuna  atıb, daha sonra peşman olacağınız köklü imic dəyişiklikləri etmək.

13. Rəfiqələrinizlə aliş-verişə  gedib, aldığınız hər məhsuldan sonra bir az daha yüngülləşmək.

14. "Görəsən o, nələr edir?", deyə ictimai media hesablarına baxıb səhvən fotoşəkilini bəyənmək.

15. Sevgilinizdən əvvəl sizinlə maraqlanan amma sizin üz vermədiyiniz kişilərə qəflətən "necəsən “ deyə mesaj atmaq.

Qadınların ayrılıq sonrası suallara 17 cavabı

16. "Bir qadın varmış, hər şeyi bilirmiş, hər şeyi" deyilən falçılara bir çox pul tökmək.

17. "Yox –yox  o mənsiz  qala bilməz, qəti iki həftəyə barışarıq", dedikdən sonra yeni sevgilisiylə olan fotoşəkilini görmək.

Səslərin sayı: 6
8
2350
loading...
Şərhlər
Offline
Pərvanə
Falçı işi olmaz məncə inanmadım ona
16 yanvar 2016 11:29
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
✈█▓▒ Руслан Абилов ▒▓█✈
Qisa paltarlari dehral ortaya cixarmaq neydi ? bunu eleyenen sonra o qiza etibar qalar ? hmmm crying
15 yanvar 2016 11:57
Offline
Aysel İ.
16. "Bir qadın varmış, hər şeyi bilirmiş, hər şeyi" deyilən falçılara bir çox pul tökmək.

Mənasız pul və vaxt itkisindən başqa bir şey deyil. Düşüncəsi savadı olan insanın falçı yanında işi olmaz.
14 yanvar 2016 09:18
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Mələksima
Pərvanə,
Şəri Babayeva,
Sevil Babayeva,
Ellada Babayeva,
Çox sağ olun xanımlar rəyləriniz üçün.

Pərvanə,
Şəri Babayeva,
Sevil Babayeva,
Ellada Babayeva,
Təşəkkürlər xanımlar rəyləriniz üçün.
14 yanvar 2016 01:08
Offline
Ellada Babayeva
Ayrılıqdan əziyyət çəkən bir çox xanıma məsləhət vermişəm vaxtiylə. Bu cür şeylər boşdur. Həyat davam edir depresiyaya qapılıb musiqiyə qulaq asmaq xəyyallar qurub dəqiqə başı mesaj atmaq nəyə lazım. Başını işlə qat, kitab oxu.

14. "Görəsən o, nələr edir?", deyə ictimai media hesablarına baxıb səhvən fotoşəkilini bəyənmək.

biggrin Saymaqla bitmir.
13 yanvar 2016 19:12
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Sevil Babayeva
"Görəsən o, nələr edir?", Bu bütün qızlarda olur.
13 yanvar 2016 15:42
Offline
Şəri Babayeva
Facebook vəziyyətinizi "Yeni bir həyata salam deyək o zaman" şəklində aktuallaşdırarkən evdə oturub ağlamaq.

Ağlamaqla heçnə düzəlmir. Yeni bir həyata başlamaq lazımdı.
13 yanvar 2016 15:01
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Pərvanə
Maraqlı cavablar vermişlər.
13 yanvar 2016 14:46
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!