Bakıda hava 20°
USD 1.7007 AZN
EUR 2.0368 AZN
19 sentyabr 22:18Xəyalə Murad Hər vaxtın xeyir) 19 sentyabr 21:58Iceberg Axşamınız xeyir))
37690

Qadınlar və kişilər arasındakı 38 fərq

Yetkinlik sızanağı: Kişilərin sızanaq problemi daha çoxdur. Bu da daha çox testosteron hormonundan qaynaqlanmaqdadır. Bu hormon yağ vəzlərini xəbərdar edir və dəridəki məsamələrin tıxanmasına və  sızanağa səbəb olur.

Bədən iyi: Kişilərin bədən qoxusu qadınlardan çox daha güclüdür.

Döyüşkənlik. Kişilər qadınlardan daha döyüşkən olub bədənsəl güc istifadəsinə daha meyllidirlər. Bunun səbəbi  də testosterona bağlanmaqdadır. Buna qarşılıq qadınlar sözlərlə hücum edər və döyüşərlər.

Qadınlar və kişilər arasındakı 38 fərq

İdman: İdman mövzusunda kişilər qadınlardan daha sürətlidir, ancaq qadınlar daha dayanıqlıdır.

Qan: Kişilərdə 4.5, qadınlarda 3.6 litr qan vardır. Kişi qanı daha tünddür, bir damlasında 1 milyon qan hüceyrəsi vardır. Toplam olaraq kişilərdə 1 kub santimetr qab qanda 5 milyon qırmızı qan hüceyrəsi vardır, bu da qadınlara müqayisə etdikdə  yüzdə iyirmi çoxluq deməkdir. Kişilərin təzyiqi də qadınlardan yüksəkdir: 140/88. Bu dəyər qadınlarda 130 / 80dır.

AIDS: Hər dörd AIDS xəstəsindən yalnız biri qadındır. Səbəbi isə qadınlarda xəstəlik daşıya bilən X xromosomundan iki dənə tapılmasıdır. Çünki bir sağlam, bir də xəstə genə sahib olsalar belə, sağlıqlı gen xəstə genə basqın edər və xəstə deyil daşıyıcı olarlar.

Üzmə qabiliyyəti: Qadınlar dərilərinin altındakı yağ təbəqəsi səbəbiylə daha yaxşı üzərlər.

Bədən İstiliyi: Kişilərin bədən istiliyi qadınlardan daha yüksəkdir.

Su: Kişi bədəninin yüzdə 60-70-i sudan ibarətdir. Qadın bədənindəki su nisbəti isə yüzdə 50-60 arasındadır.

 

 

Skelet: Kişilərin çiyinləri daha geniş, qolları və qıçları daha uzun, sümükləri daha ağır, oynaqları da daha böyükdür. Buna qarşılıq qadınların omba sümükləri daha geniş, oynaqları daha elastikdir.

Dəri: Kişilərin cəmi 1.8 kvadrat metr, qadınların 1.6 kvadrat metr dəriləri vardır. Qadının dərisi daha incə və quru, buna görə də daha həssasdır. Kişidə tər bezləri və dəri altı yağ bezləri daha çox olduğundan dərisi yağlıdır və daha çox tərləyirlər.

Ağciyərlər: Kişilərin ağciyərləri qadınlarınkından yüzdə 50 daha geniş həcmə malikdir.

Yemək: Eyni kilodakı kəslərdən, kişilər qadınlardan daha çox yemək ehtiyacı duyarlar, çünki maddələr mübadiləsi daha sürətlidir.

Anticisimlər: Qadınlar daha çox anticisim çıxararlar, buna görə də kişilərə müqayisə bakteriya və virus xəstəliklərinə daha seyrək tutularlar.

Ağlamaq: Qadınlar kişilərdən 5 qat çox ağlarlar. Ümumiyyətlə, saat 19.00-22.00 arası.

Qadınlar və kişilər arasındakı 38 fərq

Beyin: Kişi beyni yüzdə 14 daha ağırdır. Buna qarşılıq qadınlarda iki yarım kürə arasındakı bağlılıq  daha yaxşıdır.

Döllənmə Qabiliyyəti: Kişilər irəli yaşa qədər, qadınlar isə menopoza (təxminən 50 yaş ətrafı) qədər döllənə bilmək qabiliyyətinə malikdir. Kişilərdə istiliyin artımıyla döllənəbilmə qabiliyyəti azalır. Qadınların döllənməyə uyğun olduqları ən uyğun olan otaq istiliyi 17 dərəcədir.

Ödkisəsi Daşı: Qadınların yüzdə 20-sində, kişilərin yüzdə 8-ində öd kisəsi  daşı meydana gələr.

Qadınlar və kişilər arasındakı 38 fərq

Ürək döyüntüsü: Kişilərin ürəyi daha böyükdür və daha yavaş döyünər, dəqiqədə ortalama 72 dəfə döyünər . Bu dəyər qadınlarda 80-dır.

İnkişaf: Yetkinlik cağına qədər qızlar kişilərdən daha sürətli böyüyərlər (10-a 8 nisbətində). Oğlan uşaqları  14-15 yaşları arasında inkişafa başlarlar və 20 yaşına qədər bu böyümə reallaşa bilər. Qız uşaqları ən sürətli 12-13 yaşları arasında inkişaf edərkən 17-18 yaşlarında bu inkişaf dayanar.

İstilik həssaslığı: Qadınlar qalın yağ toxumaları səbəbiylə soyuğa daha dayanıqlıdırlar.

Səs telləri: Qadınların səs telləri daha qısa olduğundan səsləri daha incədir.

Bədənin ağırlıq nöqtəsi: Çiyin və omba skeletləri fərqli olduğundan, qadınların ağırlıq nöqtəsi kişilərinkindən daha asağıdadır.

Qadınlar və kişilər arasındakı 38 fərq

Duyğu orqanları: Qadınların eşitmə və iyləmə duyğuları daha güclüdür. Buna qarşılıq kişilər işığa qarşı daha həssasdır. Kişi gözü detalları daha yaxşı seçər.

Enerji xərcləməsi: Kişilər hərəkətsiz halda, bədənin kvadrat metri başına saatda ortalama 39.5 kalori yandırırlar. Qadınlar isə 37 kalori. Kişinin gündəlik kalori ehtiyacı 2700 kalori, qadının ki 2000 kaloridir.

Yağ: Kişilərdə qadınlarınkının yarısı qədər yağ toxuması vardır. Qadınlarda yağ toxuması bədənin yüzdə 27 -sini meydana gətirərkən, bu dəyər kişilərdə yüzdə 15-dir. Qadın bədənində kişilərdən 3.5 kq. daha çox yağ vardır. Yağ, kişilərdə qarın bölgəsində toplanarkən qadınlarda daha çox omba, baldır və göbəkdə sıxlaşır.

Xəstəliklər: Kişilər həyatları boyunca qadınlardan ortalama 40 gün daha az xəstələnərlər.

Dirsək: Qadınlar kişilərə nisbətən qollarını dirsəkdən 6 dərəcə daha çox aça bilərlər.

Qadınlar və kişilər arasındakı 38 fərq

Xromosomlar: Kişi və qadınların hüceyrələrində cəmi 46 xromosom vardır. Bunların yarısı atadan, yarısı anadan gəlir. Bu 46 xromosomun içində iki dənə cinsiyyət hormonu vardır ki, bu kişidə XY, qadında XX olaraq olur.

Saçlar: Qadınların saçları daha sıx və daha müqavimətlidir. Saç kökləri iki milim daha dərində olduğu üçün kişinin ki qədər tez tökülməz.

Yaşlanmaq.  Kişilər qadınlardan daha sürətli yaşlanarlar. 55 yaşındakı bir qadın fiziki gücünün yüzdə 90-nına malikdir. Halbuki eyni yaşdakı bir kişi gücünün yalnız yüzdə 70-inə malikdir. 35 yaşındakı bir kişinin damar sistemi 50 yaşındakı bir qadınınkinə dəyərdi. Buna qarşlıq qadında yalnız dəri daha incə olduğundan tez qırışır. Qadınlar yaşlanma prosesini psixoloji olaraq kişilərdən çox daha asan qəbul edərlər.

Güclər;Kişilər qadınlardan yüzdə 50 nisbətində daha çox əzələ gücünə malikdir. Yetkinlik dönəmində  kişilərdə əzələ hüceyrələrinin sayı 20 misli, qadınlarda 10 misli artar. Kişilər qadınlardan üçdə bir nisbətində daha güclüdürlər.

Yetkinlik; Kişilər yetkinlik  çağını 10-15, qadınlar 9-14 yaşları arasında yaşayarlar.

Həyat Müddəti: Kişilərin ortalama ömrü 71.5 il, qadınların 78 ildir.

Qıçlar: Kişilərin qıçları daha uzun və əzələlidir. Buna görə qadınlardan daha sürətli qaçar, daha uzağa tullanarlar.

Qadınlar və kişilər arasındakı 38 fərq

Bədən Ölçüləri: Kişi ortalama 175 sm boyunda və 73.5 kq ağırlığındadır. Sinə ətrafı 98.5 sm, beli 80.4 smdir. Qadın ortalama 160 sm boyunda olub 61.2 kqdır. Sinə ətrafı 90.1, omba genişliyi 96.5 sm, beli 74.3 smdir.

Ulğum; Qırtlaqdakı "ulğum" adlı çıxıntı yalnız kişilərə məxsusdur.

Tənəffüs: Kişilər dəqiqədə ortalama 16 dəfə nəfəs alıb verir. Qadınlar isə dəqiqədə 20-22 dəfə nəfəs alıb verir. Hər iki cinsin gündə tənəffüs etdikləri miqdar isə eyni olub, 12 min litrdir.

Səslərin sayı: 3
10
2597
Loading...
Şərhlər
Offline
Iceberg
Xəstəliklər: Kişilər həyatları boyunca qadınlardan ortalama 40 gün daha az xəstələnərlər.
11 iyul 2017 15:03
imza: shafaabdulla.blogspot.com
Offline
Ceylan Mumoğlu
Qadınların eşitmə və iyləmə duyğuları daha güclüdür. Buna qarşılıq kişilər işığa qarşı daha həssasdır. Kişi gözü detalları daha yaxşı seçər.

Yaşasın qadınlar! bully blum
9 may 2016 14:51
Offline
Aysel İ.
Yaşlanmaq. Kişilər qadınlardan daha sürətli yaşlanarlar. 55 yaşındakı bir qadın fiziki gücünün yüzdə 90-nına malikdir. Halbuki eyni yaşdakı bir kişi gücünün yalnız yüzdə 70-inə malikdir. 35 yaşındakı bir kişinin damar sistemi 50 yaşındakı bir qadınınkinə dəyərdi. Buna qarşlıq qadında yalnız dəri daha incə olduğundan tez qırışır. Qadınlar yaşlanma prosesini psixoloji olaraq kişilərdən çox daha asan qəbul edərlər.
9 may 2016 09:33
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Ulğum; Qırtlaqdakı "ulğum" adlı çıxıntı yalnız kişilərə məxsusdur.


Buna diqqət etmişəm. Həqiqətən də ancaq kişilərdə var.
9 may 2016 08:56
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ellada Babayeva
Aysel Camallı,
İndi əksinə olub. crazy
9 yanvar 2016 18:46
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel Camallı
Birsey unudulub qadinlara kisilerden daha cox danisir )
8 yanvar 2016 23:08
Offline
Fatma xanım
Allah fərqli yaradıb də ha desək də hüququmuz birdi
8 yanvar 2016 20:43
Offline
Gultekin
Xəstəliklər: Kişilər həyatları boyunca qadınlardan ortalama 40 gün daha az xəstələnərlər.
ondada ele kuyculuk edirlerki Allah gostermesin lol
8 yanvar 2016 17:34
Offline
Aysel İ.
Həyat Müddəti: Kişilərin ortalama ömrü 71.5 il, qadınların 78 ildir.

Qadınlar həmişəki kimi hər zaman hər yerə gecikirlər. dash biggrin
8 yanvar 2016 14:54
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Bəzilərini bilirdim. Çox sağ olun. İndi kişilər daha tez xəstələnirlər..
8 yanvar 2016 13:08
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır