Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
13:11Surayye Her kese salam/ Sima-Peri Qizlar burdayam 10:12Xəyalə Murad SabahInız xeyirli, gününüz uğurlu olsun))
38086

Türksayağı tomat şorbası (foto resept)

Tərkibi:

Sarımsaq – 1 diş

Soğan (orta ölçülü) – 1 ədəd

"Zeytun  bağları" zeytun yağı – 1- 2 x.q

Bulyon (toyuqdan) – 500 ml

"Bizim Tarla" Tomat pastası – 250 ml

Pomidor (tər) – 200 q

Cəfəri (balaca dəstə)

Bərk pendir

Ədviyyat (duz, istiot)

Hazırlanması:

Qazana 1-2 xörək qaşığı zeytun yağı əlavə edirik. Bir diş sarımsaqı doğrayıb, zeytun yağında qızardırıq. Ətri yağa çıxdıqdan sonra sarımsağı qazandan çıxardırıq.

Xırda doğranmış soğanı qazanda bitki yağı ilə qızardırıq.

Qazana xırda doğranmış pomidor və cəfərini əlavə edirik.
Sonra tomat şirəsi

Toyuq bulyonunu qazana əlavə edirik.

Duzunu istiotunu əlavə edib qaynadıqdan sonra zəif odda 20 – 25 dəqiqə bişirilir.

Sonra blendirlə əzirik və yenidən odun üzərinə qoyub, qaynayana qədər bişiririk.

Üzərinə bərk pendir əlavə edərək süfrəyə verilir. Üzərinə nanə səpdikdə daha dadlı olur.

Şorbamız hazırdır.

Asan hazırlanan, dadlı, ətirli, xeyirli şorba.

Türksayağı tomat şorbası (foto resept)

Nuş olsun!

Tərcümə etdi: Ellada Babayeva

Səslərin sayı: 3
19
2766
loading...
Şərhlər
Offline
♥ஐ♥ JALICKA♥ஐ♥
dadli gorunur deniyecem insallah
26 yanvar 2016 22:44
Offline
Ellada Babayeva
MAYA EL,
give_ros Çox sağ olun.

Xanim_Xatun,
Gultekin,
Fatma xanım,
Nermin_Guler,
Şərhləriniz üçün çox sağ olun xanımlar. give_ros give_ros give_ros
21 yanvar 2016 18:54
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Nermin_Guler
Dadlı və faydalı reseptdir. Şorbalar tez-tez bişirilməlidir. Təşəkkürlər xanım.
10 yanvar 2016 08:35
Offline
Fatma xanım
Bunu kimisini tez tez edirəm çox dadlı olur
8 yanvar 2016 20:56
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Gultekin
Hedsiz cox sevirem sorbalari men
8 yanvar 2016 01:07
Offline
Xanim_Xatun
sorbalari cox sevirem.dadli gorenir
7 yanvar 2016 23:28
Offline
MAYA EL
Yeyənlərə nuş olsun,faydalı resseptdi.
Tərcümə etdi: Ellada Babayeva bunu lap çox bəyəndim good
7 yanvar 2016 21:04
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Ellada Babayeva
Dəniz84,
Xoşdu. Sən sağ ol. give_ros
7 yanvar 2016 19:51
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Çox bəyəndim bu resepti. Təşəkkürlər Ellada.Mən eyni ilə beləsini hazırlayıram. Ancaq yağsız.
7 yanvar 2016 08:31
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Ceylan Mumoğlu,
Sevindim. smile
6 yanvar 2016 17:30
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Sabrina Mamedova
Dadlı reseptə oxşayır çox sağ olun.
6 yanvar 2016 15:43
Offline
Şəri Babayeva
Soyuq havada lap yerinə düşür. Dadlı görsənir.
6 yanvar 2016 15:34
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Cavadova Xedice
Pendirlə dadı necə olar görəsən.
6 yanvar 2016 15:06
Offline
Pərvanə
Dadlı reseptdir əminəm.
6 yanvar 2016 14:49
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Ceylan Mumoğlu
Ellada Babayeva,
Ellada,şorbanın ayağı yüngül oldu, texniki problem düzəlib. lol
6 yanvar 2016 13:20
Offline
Ellada Babayeva
Ceylan Mumoğlu,
Mən aşpazam Ceylan müəllimə qeyri adi tamları sevirəm.. blush give_ros

gunay,
Sonay Quluzade,
Bəyəndiyinizə sevindim. give_ros give_ros give_ros
6 yanvar 2016 13:18
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ceylan Mumoğlu
Çox sağ ol, Ellada, səni resept hazırlayan görməmişdim, onu da gördüm. biggrin blum
6 yanvar 2016 11:27
Offline
Sonay Quluzade
Dadlı olar yəqin. Yayda yoxlayarıq inşəAllah.
6 yanvar 2016 10:30
Offline
gunay
Dadli gorunur. Tewekkurler resept ucun.
6 yanvar 2016 10:27
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır