Victoria Caroline Haltom, Texaslı bir fotoqrafçıdır.
Ölkə daxilində tura çıxıb, sıravi qadınlar üçün cəlbedici fotoşəkil çəkilişləri edir.
Bəzi qadınlar bu fotoşəkilləri özləri üçün çəkdirərkən, bəziləri da sevgililərinə, ərlərinə hədiyyə etmək üçün çəkdirirlər.
Hər ölçüdə, hər yaşdan qadının çəkilişlərini edən fotoqraf Facebookta diqqət çəkici bir mesaj paylaşdı.
"Əri ilə arasındakı əlaqəyə rəng qatmaq istəyən bir qadınla çəkiliş etmək üçün görüşdük. Buruq saçları vardı və gözəl bir bədəni vardı. Mən onsuz da qadının hal-hazırda çox yaxşı göründüyünü düşünərkən, o fotoşəkillərinə çox təsirli bir şəkildə Photoshop edilməsini istədi, bu şəkildə selülit, qırış və ləkələrdən arınacağını düşünürdü. Mən də müştərimiz istədiyini etdim və onu hər qadının xəyalını qurduğu bir şəklə saldım. "
Bura qədər hər şey normal gedirdi, ancaq Victoria çəkilişdən bir müddət sonra qadının ərindən bir e-mail məktub alır.
"Mən X-in əri Y. Bu məktubu yazıram, çünki qısa müddət yoldaşımdan çəkilişlərini sənin etdiyin bir albom aldım. Sənə əsəbləşdiyimi düşünməyini istəmirəm. Amma sənə söyləyəcək sözlərim var. Mən və həyat yoldaşım 18 yaşımızdan bəri birlikdəyik və iki gözəl övladımız var. Keçən illərdə aramızda soyuqluqlar yarandı. Sanıram ki, xeyr əminəm ki, yoldaşım bu fotoşəkilləri aramızda bəzi şeyləri təkrar alovlandırmaq üçün çəkdirdi. Bəzən mənim onu cazibədar saymadığım haqqında şikayət edər və ondan daha gənc birini tapsam məni günahlandırmayacağını söyləyir.
Albomu açdığımda ürəyim yerindən çıxacaqdı. O şəkillər ... Çox gözəldirlər və çox açıqdır ki, sən çox qabiliyyətli bir fotoqrafsan. Amma fotoşəkillərdəki qadın yoldaşım deyildi. Onun hər qüsurunu yox etmişdin. Əminəm ki, sən onun tam olaraq istədiyini etdin. Amma bu bizi biz edən hər şeyi bizdən alıb apardı. Onun izlərini ondan aldığında uşaqlarımızın izlərini almış oldun. Qırışıqlıqlarını aldığında qəhqəhələrlə və narahatlıqlarla dolu illərimizi almış oldun. Selülitlərini aldığında onun xəmir işi eşqini almış oldun, ki o illərdə bizə mükəmməl şeylər bişirərdi və yeyərdik. Bütün bunları pis hiss etmək üçün söyləmirəm. Sən yalnız işini edirsən və bunu anlayıram. Bunları sənə yalnız təşəkkür etmək üçün yazıram. Bu şəkilləri görmək yalnız yoldaşıma onu nə qədər çox sevdiyimi və ona olduğu kimi qəbul eydiyimi söyləmədiyimin fərqinə varmağa səbəb oldu. Çünki bu sözləri nadir söyləyərəm. Bu da bu fotoşəkilləri bu şəklə sancmasının səbəbi oldu. Daha yaxşısını etməliyəm. Həyatımın geri qalanında onun bütün mükəmməl olmayan yanlarını bayram edəcəyəm. Xatırlatma üçün təşəkkürlər".
Bu məktub üzərinə Victoria; "Məndən photoshop etməmi istəsəniz edərəm, bu mənim işim amma özünüzü olduğunuz kimi qucaqlayın, çünki çox gözəlsiniz!" deyir.
Biz də yoldaşının dəyərini bilən və onu hər halıyla gözəl bilən bu böyük ürəkli yoldaşı təbrik edirik.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Göz formasına uyğun makiyaj etmək üsulları
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Ləkə çıxararkən edilən 7 xəta
Qısqanmaq və tərk etmək
Məşq sonrası aclıq böhranı
91 yaşlı kişi paraşüt qəzasından sonra sağ qaldı
Nərmini öldürən İlkinlə bağlı DƏHŞƏTLİ FAKTLAR
Nazirlik boya sexini məhkəməyə verdi
Fatih Terimin Bakıdakı mətbuat konfransının vaxtı açıqlandı
Braziliyalı uşaq öz şirniyyat pulunu Azərbaycan ordusuna yardım kimi yolladı
Dadlı "Snikers" tortu (foto resept)
Kələmli qarğıdalı salatı (foto resept)
Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı
Gürcüstanın bu kəndində 17 nəfər koronavirusa yoluxdu
Obama iftar verdi
Ralph Laurenin payız kolleksiyası
Sağlamlığımızı kimə etibar etməli?
Cansu da ekranlara qayıdır
Bu gün “Üç aylar” başlayır
Zəlzələ qayaları uçurdu
Qırmızı bibərli xam sous (foto resept)
Johnny Depp'in 18 yaşlı oğlu diqqət çəkdi
Söz birləşməsi-1
Burak və Fəxriyyə Karanın 1 yaşını belə qeyd edəcəklər... - FOTO
Aprel döyüşlərində dağılan evlərin təmiri başladı
Google-dan yeni xidmət
Həftədə 5 kq arıqlamaq üçün pəhriz
"Göbələk" tortu (foto-resept)
Dünyanın ən böyük şokolad tablosu ilk Avropa Oyunlarına həsr ediləcək
BMT ekspertləri Suriyanı sabah tərk edəcəklər
Angela Merkel Rusiyaya qarşı sanksiyaları uzatmağa çağırdı
77 kq arıqlayan qadın: "Kimsə inanmırdı, amma bunu etdim" - FOTO
Sakit və rahat yatmaq üçün
Britni Spirs yenidən məhkəməlik oldu-SƏBƏB/FOTO
Müğənniyə olan sevgisi onu bu hala saldı - FOTO
10 dahini ölümə aparan 10 axmaq hərəkət
Azərbaycanda növbə mədəniyyətsizliyi və biz...
TƏBİB-dən əhaliyə MÜRACİƏT
Qadınlar necə qənaət edir?
Yeni metro stansiyaları nə vaxt istifadəyə veriləcək?
Hamiləlikdə hansı idmanlar edilə bilər?
Ölkələrə görə dəyişən süfrə qaydaları
Squat nədir, necə edilir?
MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu
Sizə hansı vitaminlər lazımdır?
Ermənistan qazsız qaldı
Aztəminatlılara birdəfəlik yardım 290 min ailəni əhatə edəcək
Keçibuynuzunun faydaları
Əl boyama sənəti ilə hazırlanılan heyvanlar aləmi
Bazarlarda qiymətlər bahalaşdı
- ŞƏRHLƏR