Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
23 fevral 20:18Ayla Ayla Dalaka gəldi amma Sabriye yoxdu gören Sude nu udacag?! 23 fevral 20:18Ayla Ayla Surayyə canım Survivora baxıram,Özetdi.Sən də bax
39991

İki su pərisi

İki su pərisi

Bir dəfə nənəm mənə qaynının başına gəlmiş, qorxulu əhvalatı danışdı. Müharibə dövrünə təsadüf edirdi. İlqar cavan, gümrah gənc idi. İnstitutu yeni qurtarmış, təyinatla bir qəsəbəyə yollanmışdı. Ural çayının sahilində yerləşən şəfalı, təmiz havası olan bir yer idi. Çayın ətrafındakı meşə qoca olsa da, çox gözəl görsənirdi. Köhnə sakinlərin arasında çay haqqında əfsanələr gəzirdi. Onların bir çoxu çayda iki su pərisinin yaşadığını iddia edirdi. Su pərilərinin uzun, qızılı rəngdə saçları olduğunu deyirdilər. Onlar hər axşam sahilə gəlir, böyük daşda əyləşir və öz gözəl saçlarını darayırlar. İlqar hekayəni eşitsə də, inadla inanmaq istəmirdi. Bir axşam, ot biçməsindən gələrkən o, çayda çimmək qərarına gəldi. Dostlarını da dəvət etmişdi çayda çimməyə amma onlar yorğun olduqlarından gəlmək istəməmişdilər. Çayda gəzən iki su pərisi haqqında danışılan hekayə insanları çox qorxutmuşdu. İlqar mistik hekayələrə o qədərdə inanmırdı. 

İki su pərisi

Tək çay qırağına getdi. Ay, meşə və çayı yaxşı işıqlandırırdı. Çaya keçmək üçün meşənin dolanbac cığırı ilə, kiçik bir hissəsinə keçmək lazım idi. Cığırın sonuna yaxınlaşanda, İlqar qadın səsləri eşitdi. Bir anlıq ayaq saxladı. Beynində şübhələr dolaşmağa başladı. O bilirdi ki, yerli qızlar gecə çayın sahilinə gəlməzlər. Bunun üçün mərd olmaq lazımdır, deyə düşündü. O suya doğru enməyə başladı və iri daşın üstündə iki gənc qız gördü.

İki su pərisi

İlqar onlarla salamlaşmaq istəyirdi ki, birdən qızların suya dəyən quyruqlarını gördü. O, artıq bir dəqiqə belə şübhə etmirdi ki, bütün rəvayətlər su pəriləri haqqında həqiqətdir. Su pəriləri arxası tərəf ona oturmuşdular. Nəzərə çarpmadan çaydan çıxmaq istəyirdi. Bir addım geri atmışdı ki, su pərilərindən biri kəskin hərəkətlə dikəlib onun gözlərinə baxdı. O hərəkətsiz dayanıb gözlərinidə qırpa bilmədi. Evə necə gəldiyini belə xatırlamırdı. Ertəsi gün hər şeyi dostlarına danışdı. 

İki su pərisi

Deyirlər ki, əgər su pərisi sənin gözlərinə baxdısa səni qaçırılmaz ölüm gözləyir. Bilmirəm bu həqiqətdir ya yox. Bu hadisədən bir neçə ay keçmişdi ki, İlqar xərçəng xəstəliyindən vəfat etdi. Heç bir xəstəliyi aşkar olunmamışdır buna kimi.

Hekayə tərcümə edilib

Müəllif: Ellada Babayeva

 

İki su pərisi

Qeyd: Bu hekayədə su pərilərinin uzun qızılı rəngdə saçlarının olmasından danışılır. Su pəriləri əslində heç bir gözəlliyə malik deyillər. Real həyatda onlara az çox insan rast gələ bilər. Xəzər dənizində olmasalar belə qara dənizdə onları görmək mümkündü. Bu yazım sizə qəribə gələ bilər. Bir neçə ay bundan qabaq izlədiyim sənədli film buna sübutdur. İlk əvvəl məndə inanmadım, amma onlar yaşayırlar. Nəsilləri kəsilmək üzrədir artıq. Alimlər onların axtarışındadır. 2010 –cu ildə su pərilərindən biri sahildə canlı tapılmışdır.

Səslərin sayı: 4
13
3134
loading...
Şərhlər
Offline
✈█▓▒ Руслан Абилов ▒▓█✈
Su persi beli var heqiqeten amma insanin tesevur eledyi formada deyil.
2 fevral 2016 11:47
Offline
Ellada Babayeva
Fatma xanım,
Elə şeylər var ki, canlı gözümüzlə gördüyümüz zaman inanırıq. Normaldır sizin inanmamağınız. Amma mövcuddurlar mən inanıram. smile
6 yanvar 2016 17:33
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Nəsə inanmağım gəlmir belə şeylərə
27 dekabr 2015 23:27
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ellada Babayeva
Şərhləriniz üçün çox sağ olun. Su pərisi qarşınıza çıxsa, qaçın.. smile
27 dekabr 2015 13:32
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Xəyalə Murad
Mən inanıram ki, yer üzündə hələ çox şey məlum olmayıb, öyrənilməyib. Eləcə də su pəriləri haqqında həqiqəti bilə bilmərik. Ancaq möcüzələrə çox inanıram. "Od olmayan yerdən tüstü çıxmaz" məsəlini də unutmayaq.
27 dekabr 2015 13:22
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Şəri Babayeva
Mən inanıram onların mövcud olmasına.
26 dekabr 2015 21:54
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Ellada Babayeva
Ceylan Mumoğlu,
İnanmırsız mənə.. cray İnşaAllah su pərisi canlı qarşınıza çıxar. Bəli o şəkil filmdəndir.

Emma Svon,
Onları görmək indiki zamanda mümkünsüzdü çünki insanlardan gizlənirlər. Delfinləri müşahidə etsək, rast gələrik. Əfsanəyə ona görə çevrilib ki, nəsilləri kəsilib.
26 dekabr 2015 18:27
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Emma Svon
Bu elə əfsanədir və əfsanə olaraq da qalacaq. O zamanlar insanların fantaziyası daha çox inkişaf etmişdi. Nəinki indiki zamanda.
26 dekabr 2015 16:51
Offline
Ceylan Mumoğlu
Ellada, əzizim, çox maraqlı hekayə idi, sondakı qeyd də maraqlı gəldi. Ancaq mən o qeydin gerçək olmasına inanmadım nəsə. Araşdırım tapım, həqiqəti yazacam burda. biggrin blum

Deyirəm də)) Buyurun izləyin. https://www.youtube.com/watch?v=lg54ufPB3ic

Ella, alimlərini görüm indi lol
26 dekabr 2015 14:06
Offline
Şəri Babayeva
Su pəriləri haqqında verilişə baxmışam. Bir oğlan dəniz qırağında görmüşdü yaxınlaşanda su pərisi oğlanın üstünə hücum elədi oğlan qaça bildi. Yaxşıki, heçnə olmadı oğlana. Maraqlıdı. Mən şəxsən canlı görsəm qorxaram. no
26 dekabr 2015 13:51
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Ellada Babayeva
Nermin_Guler,
Dəniz84,
Əslində qorxunc şəkillərindən qoymaq istədim. Sonra fikrimi dəyişdim. Birinci şəkildəki su pərisi, animasiya versiyasından götürülüb. Adamın tükü ürpəşir onlara baxanda.
26 dekabr 2015 13:36
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Nermin_Guler
1-ci şəkildən qorxdum. Sonuncu şəkil isə heç də eybəcər deyil. Su pərilərini cizgi filmlərində daha çox izləyirik. Hekayə həm maraqlı, həm də hüznlü oldu. Təşəkkür Ellada xanım.
26 dekabr 2015 12:29
Offline
Aysel İ.
Hekayənin sonu pis qurtarsada bəyəndim. Su pəriləri haqda youtube də mraqlı videolar və sənədli filmlər var. Onların var oluşuna mən də inanıram. Təşəkkürlər Ellada.
26 dekabr 2015 11:51
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!