Səmimiyyət çox gözəldir. Sadəcə sizə yaxşı təsir etdiyi üçün deyil, hər zaman əldə edilən bir duyğu olmadığı üçündür. Qadınların nəyin qəlbdən olub-olmadığı düşüncəsi, kişilərin hər zaman maraq obyekti olub. Bu məsələdə kişilər hər zaman sinifdə qalıb. “Səni sevirəm” cümləsi çox şey ifadə edə bilən, vacib bir sözdür, amma bütün sevginizi, səmimiyyətinizi bu iki kəlmə ilə ifadə etmək çox çətindir. Kişilərin sevdikləri qadına səmimiyyətini göstərə biləcəyi məsləhətlərimiz;
1. Ona yemək bişirin.
İlk növbədə, hər kişinin yemək bişirməyi bilməsi lazımdır. Usta bir aşbaz səviyyəsində olmasa da, özü-özünü idarə edə biləcək qədər bilməsi lazımdır. Öz yeməyinizi bişirmək daha etibarlı olar. İçində nələrin olduğunu bilmiş olursunuz. Sevgiliniz üçün bir yemək bişirmək isə çox təqdirə layiq və onu xoşbəxt edəcək bir davranışdır. Masanı hazırlayın, şamı yandırın, bir də xoş, gözəl musiqi arxa fonda çalsın... Sonra yeməyinizi yeyin. Bir az romantika çox gözəldir.
2. Birlikdə ulduzları seyr edin.
Zatən səmanın və ulduzların inanılmaz rahatlıq bəxş edən təsiri var, bir də bunu sevdiyiniz insanla yaşadığınızı düşünün. Çox səmimi və gözəl bir gecə olar. Baharda, havalar isinməyə başlayır. Birlikdə gəzintiyə çıxın, hava qaralmağa başladığında da uzanın yaşıl otların üstünə və yanınızda bütün qəlbinizlə sevdiyinizdən başqa heç bir şeyi düşünməyin.
3. Birlikdə səyahət etdinizmi?
Avtomobilinizə minin, avtomobiliniz yoxsa avtobus biletinizi alın və səyahətə çıxın. Hər nə qədər uzun yolçuluqlar məsləhət görsək də, qısa olmasının bir problem yoxdur. Vacib olan onunla yeni bir yer kəşf etmək deyilmi? Həm də birlikdə səyahət edərək gələcəkdə danışa biləcəyiniz yeni xatirələriniz olar.
4. Ehtiyacı olduğunda onu qoruyun.
Əslində, özünü qoruyacaq bir çox qadın olduğu kimi, özünü qorumayacaq bir çox kişi var. Qadınların özlərini qorumayacaqlarından bəhs etmirik, amma yenə də onun üçün mübarizə aparan birini görmək onları xoşbəxt etməyə kifayətdir.
5. Sizi xəstə edəcək olsa da yanında olun, əlini tutun.
Səmimi davranışlar yalnız həyatın həmişə gözəl anlarında meydana çıxacaq deyil. Tərli, kirli zamanlarda ya da qrip olduğunda, heç qəribə qarşılamadan eqo ilə davranmadan onun yanında olduğunuzu hiss etdirin. Bir şorba bişirin, ev işlərində ona kömək edin. Yanında qalıb sevginizi göstərin, bu hər iki tərəfi xoşbəxt edər.
6. Ailələri ilə tanış olun.
Uzun müddətli münasibətlərdə bu qaçınılmaz vəziyyətdir. Filmlərdə, seriallarda qorxunc anladılsa da, əslində çox xoş bir hadisədir. Sevgilinizin ailəsi ilə tanış olmanız, həm ailəsinə həm də ona dəyər verdiyinizin sübutudur. Sadəcə onun ailəsilə tanış olmayın, siz də onu ailənizlə tanış edin. Xoşbəxtliyinizi bölüşmək onu azaltmayacaq, əksinə daha da artıracaq.
7. Birlikdə gələcəyə dair planlar qurun.
"Səni sevirəm.." cümləsi elə də diqqətə alınmayacaq bir cümlə deyil… Amma əgər onun gələcəkdə də yanınızda olmasını istəyirsinizsə, bu cümləni qurun. Birlikdə gələcəyə aid planlar qurmanız, onu həyat yoldaşınız olaraq görməyiniz, bəlkə uşağa sahib olmaq istəyiniz, iki tərəfin də münasibətlərinin gözəlliklərinə həvəsləndirəcək. Sevgiliniz də, sizin onunla həqiqətən gözəl bir gələcək xəyal etdiyindən xəbərdar olub, xoşbəxt olacaqdır.
8. Əslinə baxsanız, onu heç tənha qoymayın.
Bir ömür yanında olun. Sözlər uçar gedər… İnsanlar hər zaman necə sözlər demirlər ki? Vədlər veririk, tutmuruq, yalanlar danışıb, fikrimizi dəyişdiririk. Amma səmimiyyət belə bir şey deyil, olmamalı da. Sağlam, möhkəm bir münasibət inşa etmək, etibarlı mühit yaratmaq, qarşılıqlı anlayış yarada bilmək illəri alan bir müddətdir. Hər halda, bir cütlük arasında keçən ən səmimi an, illər geriyə dönüb baxdığında bir-birləri üçün nələr etdikləridir və sonra üzlərində yaranan isti təbəssümlərdir. Sevgi gözəl bir şeydir, tapdığınızda itirməyin!
XƏBƏR LENTİ
Azərbaycanda ilk milli ödəniş sistemi yaradılır
2018 gəlinlik kolleksiyası
Qızıl və platin iPhone istəyirsiniz?
Disney qəhrəmanlarının real həyatda oxşarları
Şaftalı
Hər il Zəfər Günü iş olmayacaq - VİDEO
CCleaner
Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi
Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi
İnsan sifətli donuz balası görənləri dəhşətə gətirdi – VİDEO
Böyük gülüş ustamızın anadan olmasından 99 il ötür
İctimai yerlərdə bu sayda toplaşmaq olar - YENİ QƏRAR
Baş Prokurorluqdan sayt rəhbərlərinə xəbərdarlıq
İstismar müddətini başa vuran avtobuslar yığışdırılır
Uşaqların sosial-psixoloji inkişafı-6
WhatsApp-da dostları izləmək mümkün olacaq
Ermənilər ruslara qarşı kütləvi etiraz aksiyalarına start verdi
Şəhid pilotlarımız son "eniş"lərini edirlər
Qadınların nəzərinə: bu hiylələrlə daha gözəl görünün
Gül bayramı
Pentaqon hicaba azadlıq verdi
Gələn həftə Azərbaycanda dörd gün iş olmayacaq
Tənbəl heyvanlar
Metroda Əmrahı görüb TƏƏCCÜBLƏNDİLƏR-FOTO
Kokoslu keks (foto resept)
Girovlarımız bu gün azad ola bilər
İnternetdə onlar ingilis dilində danışırlar
Qadın idmançımız Avropa çempionatının finalında
Ermənistan güzgüyə baxsın
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Mickey Mouse
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
İdmançılarımızla bağlı daha bir qalmaqal
Sinoptiklər istirahət gününə nə vəd edirlər?
Saxsı qabda mal əti şorbası (foto resept)
Saç dərisi baxımı üçün 3 tövsiyə
Bakıda qeyri-adi bəy-gəlin - Maşınlarını saxladıb, bazarlıq etdilər
Bakıda içməli suyun verilməsində fasilələr olacaq
Kəs və yapışdır-29
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Qurban bayramı TÖVSİYƏSİ
Bakıda zəhərli balıq satılır!
Dekorativ qidalar - foto
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
“Zeytun Bağları" – Fayda və dad qovuşanda!
DƏHŞƏTLİ İSTİLƏR gəlir: temperatur rekord həddə yüksələcək
2015-ci ilin Ford Mustang-ı satıldı
Bu mahnı "Youtube"da REKORD QIRDI - VİDEO
Azərbaycanda bu bankların bütün səlahiyyətləri alındı
Hamilə olmaq şansını necə artıraq?
- ŞƏRHLƏR